ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır".
Publika.az bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin, Dövlət Müfəttişliyi İdarəsinin ləğv olunması və ümumi məhkəmələr haqqında qanuna dəyişiklik edilməsi barəsində bəyanatında qeyd olunub.
Bəyanatda, hakim partiyanın Dövlət Müfəttişliyi İdarəsini ləğv etməklə hökumətin hesabatlılığını sarsıtdığı qeyd olunub:
"Keçən həftə hakim partiya polis zorakılığını araşdırmaq və məlumatların məxfiliyini qorumaq vəzifəsi daşıyan Dövlət Müfəttişliyi İdarəsini ləğv etməklə hökumətin hesabatlılığını sarsıtdı. Həmçinin ümumi məhkəmələr haqqında qanuna dəyişiklik etməklə ayrı-ayrı hakimlərin müstəqilliyinə xələl gətirdi və nöqsanlı seçim prosesi ilə həyata keçirilən başqa bir Ali Məhkəmə hakiminin təyin edilməsi ilə məhkəməyə etimadı zəiflətdi. Bu dəyişikliklərin nə üçün lazımi məsləhətləşmədən, tələsik qəbul edilməsi zərurəti yarandığına dair ictimaiyyətə yetərli arqumentlər təqdim edilmədi".
Vurğulanır ki, bu qanunvericilik dəyişikliklərinin şəffaf təhlilinin və analizlərin olmaması xüsusi narahatlıq doğurur:
"Qəsdən və ya bilməyərəkdən hakim partiyanın mesajı ondan ibarət oldu ki, hökumətə müstəqil nəzarət etmək və ya fərqli fikir bildirmək, hətta bu qanunla nəzərdə tutulsa belə, bu zaman hökumət tərəfindən onlara cavab qisas almaqla, cəza və işdən çıxarılma ilə veriləcək. Birləşmiş Ştatlar təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlıq və iqtisadi inkişaf proqramları vasitəsilə hər gün Gürcüstanın suverenliyini və sabitliyini dəstəkləyir. Güclü demokratik institutlar və qanunun aliliyinə sadiqlik Gürcüstanın Rusiyanın təcavüzünə qarşı ən yaxşı müdafiəsidir. Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır və gürcü mədəniyyəti və cəmiyyətinin əsasını təşkil edən fundamental azadlıqlara zərbə vurur".
Tural Turan


Dünya     Baxılıb: 600   Tarix: 04 yanvar 2022
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər

Dünyada koronavirusa yoluxanların sayı 290 milyonu ötdü

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 290 milyonu, ölənlərin sayı isə 5,44 milyonu ötüb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. ÜST-ün məlumatına görə, 290 959 53

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl

80 il əvvəl yoxa çıxan sualtı qayıq TAPILDI

Yunan dalğıcları Egey dənizinin dibində 80 il əvvəl yoxa çıxan italyan sualtı qayığını tapıblar. xəbər verir ki, bu barədə "Ekspress" məlumat yaydı. Bildirilib ki, "Jantina" sualtı qayığı göyərtəsind

Çin imkansızı bacardı

Üçüncü Dünya müharibəsinə səbəb olacağı ehtimal edilən ABŞ, Rusiya və Çin arasında silahlanma yarışının sürətlənməsi gərginliyi artırır. Ağ Ev Pekinin son aylarda Pentaqonu şoka salan hərbi sınaqlarından sonra hərəkətə keçdi

Paşinyanla İran prezidenti arasında telefon danışığı oldu

Ermənistan Baş naziri Nikol Paşinyan və İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. xəbər verir ki, telefon danışığı zamanı həmsöhbətlər Ermənistan-İran münasibətlərinin inkişafı ilə bağlı bir sıra məsələlər

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind


tezbazar yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta mezennesi oxu.az xeberler xeberler bugun xeber