AFFA-nın vitse-prezidenti AÇ-2024-ə təyinat aldı

AFFA-nın vitse-prezidenti AÇ-2024-ə təyinat aldıAFFA-nın vitse-prezidenti və qurumun Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb.
KONKRET.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, bununla ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnirə təyinat alıb.
Könül Mehtiyeva 17 iyun – 1 iyul aralığında AVRO-2024-ün Frankfurt şəhərində təşkil olunacaq 5 oyununda UEFA nümayəndəsi olacaq. O, qrup mərhələsi çərçivəsində iyunun 17-də Belçika – Slovakiya, 20-də Danimarka – İngiltərə, 23-də İsveçrə – Almaniya, 26-da Slovakiya – Rumıniya görüşlərinə və iyulun 1-də 1/8 final qarşılaşmasına nəzarət edəcək.
Xatırladaq ki, UEFA nümayəndəsi qitə futbol qurumunun keçirdiyi oyunlara və turnirlərə təyin edilən ən yüksək rütbəli oyun rəsmisidir. Nümayəndə matçların təşkilinin bütün aspektləri üzrə ümumi səlahiyyətə malikdir, qarşılaşmanın və ya turnirin nizamlı təşkilinin təmin edilməsinə, oyundan əvvəl, oyun zamanı və sonra stadionun istər daxilində, istərsə də xaricində nizam-intizam və təhlükəsizlik qaydalarına riayət olunmasına cavabdehdir.


İdman     Baxılıb: 60   Tarix: 01 may 2024
f Paylaş

Oxşar xəbərlər

Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq

Argentina millisinin əfsanəvi futbolçusu Dieqo Maradonanın 1986-cı il dünya çempionatında qazandığı "Qızıl top" hərraca çıxarılacaq. xarici KİV-ə istinadən xəbər verir ki, açıq satış iyunun 6-sı Fransada baş tutacaq

Bu komanda II Liqanın çempionu OLDU

Futbol üzrə Azərbaycan II Liqasının çempionu bəlli olub. xəbər verir ki, XXV tur çərçivəsində doğma meydanda "Dinamo" komandasına qalib gələn (4:2) "Baku Sportinq" xallarının sayını 61-ə çatdıraraq qızı

Məhəmməd Muradlı Avstriyadakı turnirin qalibi oldu

Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Avstriyada keçirilən "Grand Prix Plus City" turnirinin blits mərhələsində qalib olub. xəbər verir ki, o, 13 turdan sonra 11 xal toplayaraq birinci yeri tutub. Eyni yarışd

Azərbaycan şahmatçısı erməni rəqibini məğlub etdi

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Şarjah Masters şahmat turnirində 4-cü turun görüşləri keçirilib.  İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib. Məhəmməd Muradlı qara fiqurlarl

O da Avro-2024-də olmayacaq

İtaliya millisinin futbolçusu Nikolo Zaniolo Avro-2024-ü buraxacaq. xəbər verir ki, bu barədə millinin baş məşqçisi Luçano Spaletti məlumat verib. O, "Aston Villa"nın oyunçusunun zədə səbəbindən sözügedən turnird

Aziz Yıldırım yenidən "Fənərbağça"nın prezidenti olmaq istəyir

Aziz Yıldırım "Fənərbağça"nın prezidenti postuna namizədliyini irəli sürüb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 71 yaşlı iş adamı mayın sonlarında keçiriləcək prezident seçkilərində iştirak edəcək. "Sarı-lacıvərdlilər"i

Millimizin oyunları ləğv edilib

Bakıda təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik edilib. Bu barədə AFFA-nın məlumatında bildirilib. Qeyd olunub ki, Azərbaycan və Gürcüstanı

UEFA-dan Şahruddinin klubuna avrokubok qadağası

UEFA Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi "Adana Demirspor"a 1 mövsümlük avrokubok qadağası qoyub. qurumun saytına istinadən xəbər verir ki, buna Adana təmsilçisinin 90 gündə

AFFA Premyer Liqada komanda sayının artırılmasını müzakirə edəcək

Mayın 13-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məlumat yayıb. Bildirilib ki, saat 15:00-da başlanacaq toplantını


tezbazar son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal xeber en son xeberleri cəbhədən video en yeni xeberler