"AŞPA ölkələri məcbur edir ki, qeyri-ənənəvi oriyentasiya nümayəndələrini göndərin" - Volodin

"Avropa Şurası Parlament Assambleyası (AŞPA) ölkələrin parlamentlərini qeyri-ənənəvi cinsi oriyentasiya nümayəndələrini təşkilata göndərməyə məcbur edir".
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin jurnalist Pavel Zarubinlə söhbətində deyib.
"AŞPA-nı müxtəlif növ qeyri-ənənəvi oriyentasiyalı insanlardan formalaşdırmağa başlayıblar. Özü də  müxtəlif ölkələrin parlamentlərini bu müxtəlif qrupların nümayəndələrini, transgenderlər və sairi AŞPA-ya göndərməyə məcbur edirlər. Onlar seçici və məcburi şəkildə qeyri-ənənəvi oriyentasiyalı şəxslərin təmsil olunmasını tələb edirlər", – deyə Volodin bildirib.
AŞPA-nın Rusiya Federasiyasının müstəmləkəsizləşdirilməsi ilə bağlı qətnaməsini şərh edən Volodin qeyd edib ki, bu təşkilat çoxdan nəyisə həll etməyi dayandırıb:
"Vaşinqton və Brüssel tərəfindən yaradılan AŞPA Avropa dövlətlərini öz siyasi gündəmində saxlamaq məqsədi daşıyan strukturdur. Əslində o, çoxdan nəyisə həll etməyi dayandırıb. Onlar müstəsna olaraq siyasətbazlıqla məşğuldurlar və cəmiyyətə zərər vururlar. Səlahiyyət yoxdur, demaqogiya çoxdur, amma ən pisi odur ki, onlar Avropa birliyini məhv edirlər və ilk növbədə Avropa dövlətlərinə zərər verirlər".
O əlavə edib ki, AŞPA "müxtəlif bəyanatlarla" təkcə Rusiyanı deyil, Belarusu, Türkiyəni, Azərbaycanı və təşkilata aidiyyatı olmayan ölkələri də gözdən salmağa çalışır.
Qeyd edək ki, Rusiya 2022-ci ilin martında Avropa Şurasından çıxıb. Bu, Avropa Şurası Nazirlər Komitəsinin "Ukraynaya silahlı müdaxilə ilə əlaqədar" Rusiya Federasiyasının Avropa Şurası Parlament Assambleyasında və komitədə hüquqlarının dayandırılması barədə qərarına cavab olub.
Xatirə SADİQ,
KONKRET.az


Siyasi     Baxılıb: 52   Tarix: 02 may 2024
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

"Qarabağda bu işləri görməyə hazırıq" - Lukaşenko

"Kənd təsərrüfatında buraya cins mal-qara, hər şeydən əvvəl, süd məhsullarına, iribuynuzlu mal-qara ətinə tələbatı tam təmin etmək üçün tədarüklə bağlı böyük proqramlarımız var. Biz bu mal-qaranı sizə tədarük edəcəyik"

Sahibə Qafarova Simonyanla təkbətək söhbətləşdi

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan arasında Cenevrədə qısa təkbətək söhbət olub. Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Alen Simonyanın mətbuat katibi Nell

İlham Əliyev qazaxıstanlı həmkarına zəng edib

Azərbaycan və Belarus prezidentləri Şuşadakı Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ" sərgisinə baxıblar. xəbər verir ki, mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasını

Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesi çərçivəsində əldə olunan irəliləyişi alqışlayır. xəbər verir ki, bu barədə Aİ-nin mətbuat xidmətinin bəyanatında deyilir. "Aİ 1991-ci il Almat

Armen Qriqoryan Peskovu təkzib etdi

"İrəvan Moskvadan Rusiya sərhədçilərini Türkiyə və İranla sərhəddə saxlamağı xahiş etməyib". erməni mediasına istinadən bildirir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan prezident Putinin köməkçis

Qərb Gürcüstanda öz səhvlərinin "meyvəsi"ni dadır - ŞƏRH

Azərbaycan ictimaiyyəti ölkəmizin strateji tərəfdaşlarından biri olan qonşu Gürcüstanda baş verən prosesləri diqqətlə və həyəcanla izləməkdədir. Bəri başdan deyək ki, ərazi bütövlüyü və süverenliyi Rusiya tərəfdən kobudcasın

Lukaşenko Şuşaya ƏLİBOŞ GƏLMƏDİ - Hədiyyə gətirdi

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiy

"Fransa yenə də vəhşi metodlarla xalqın iradəsini sındırmaq istəyir" - Deputat

"Yeni Kaledoniya Fransanın baş ağrısına çevrilməkdədir. Bu da səbəbsiz deyil. Köhnə zehniyyətlə bu ölkələri idarə etmək mümkün deyil. Əvvəlki müstəmləkə zehniyyəti ilə burda olan sərvətləri talayaraq hansısa xalqın rifahın

Azərbaycan və Ermənistan parlament sədrləri görüşdü

Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan arasında qısa danışıqlar olub. xəbər verir ki, bunu Ermənistan parlamentinin mətbuat xidmətinin rəhbəri Nelli Qulyan deyib. Qey


tezbazar azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən xəbər sou xeberler bugun kriminal bugun novruz bayramı