"Axirətdə onların sorğu-sualı ağır olacaq" - Rəşad Sadıqov

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 32-ci turunda "Araz-Naxçıvan"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
KONKRET.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
"Futbolçularıma təşəkkürümü bildirirəm. Qələbə qazanmaq üçün 90 dəqiqə əlimizdən gələni etdik. Fürsətlərdən yararlana bilmədik. Rəqibin 90-cı dəqiqədə qapımıza ilk ciddi zərbəsi qolla nəticələndi. Mövsüm ərzində belə oyunlar olur. Bu da onlardan biri idi. Ərazi üstünlüyümüzü daha çox qol epizodları yaratmağa çevirə bilmirdik. Belə olan halda məğlubiyyət qaçılmaz olur. Amma ən azı oyun heç-heçə bitməli idi. Təəssüf ki, son dəqiqələrdə standart vəziyyətdən gözlənilməz qol buraxdıq. Ruhdan düşməməli, oyunumuzu davam etdirməliyik.
Bu qədər üstünlüyü qola çevirə bilmirsənsə, son dəqiqələrdə sənin üçün çətin keçəcək. Korner olanda ürəyimə damdı ki, qol olacaq. Hər komanda mövsüm ərzində 4-5 belə oyun keçirir.
Elmar Baxşıyevi qələbə münasibətilə təbrik edirəm. Açığı Elmar Baxşıyevin müdafiəyəmeyilli futbol oynatdığını ilk dəfədir görürdüm. Onun həmişə hücum futboluna alışmışıq. Müdafiəni yara bilmədik.
Hələ mübahisəli epizodlara baxmamışam. Hakimliklə bağlı köhnədən qalma bağlantılar var. O bağlantılar aradan qalxmayana qədər çempionatda hər şey ola bilər. Bu gün ən azı 7-8 xal fərqlə 2-ci yerdə olmalı idik. Verilən, verilməyən penaltilər, ofsayd və s. Bu tip epizodlar çox olub. Təəssüf ki, mövsümün sonunda heç kim bunları yada salmayacaq. Bəzi qərarlar çəkilən əziyyətləri yerə vurur. Mənim 30 illik futbol təcrübəm var. İnşallah, bəzi klubların hakimlərlə bağlantıları yaxın gələcəkdə aradan qalxacaq. Əminəm ki, gələn mövsümə qalmayacaq. Əvvəldən belə şeylərə göz yumulub. Müəyyən insanlar münasibətlərindən istifadə edirlər.
Yeni rəhbərliyə inanıram. Hakim səhvləri qaçılmazdır. Amma əminəm ki, bu tip səhvlər aradan qalxacaq. Hakimlik yer üzərində ən məsuliyyətli işdir. Axirətdə onların sorğu-sualı ağır olacaq. Komandalar ilboyu əziyyət çəkir. Amma hakimlərin soyuqqanlı halda verdiyi qərarlar çempionatın birbaşa gedişatına təsir edir".


İdman     Baxılıb: 110   Tarix: 30 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Fransa Superkuboku bu ölkədə keçiriləcək

2024-cü ildə Fransa Superkuboku uğrunda oyun Çinin paytaxtı Pekində keçiriləcək. xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb. Bu oyunda hazırkı ölkə çempionu PSJ Fransa kubokunun qalibi ilə qarşılaşacaq

Mariya Stadnik tarix yazdı

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. xəbər verir ki, 50 kiloqram çəki dərəcəsind

Premyer Liqada komanda sayı artırılmayacaq - RƏSMİ

Önümüzdəki mövsüm Azərbaycan Premyer Liqasında 10 komanda iştirak edəcək. xəbər verir ki, bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. İclasdan sonra AFFA prezidenti Rövşən Nəcəf qərar barədə açıqlama verib. Alına

AFFA rəqibi vuran və hakimi təhqir edən futbolçuları cəzalandırıb

AFFA İntizam Komitəsi rəqibi vuran və hakimi təhqir edən futbolçuları cəzalandırıb. qurumun rəsmi saytına istinadən xəbər verir ki, Həvəskarlar Liqasında II turun "Sparta" və "Gənclər" komandaları arasınd

Mbappe PSJ-dən gedir

Fransa millisinin hücumçusu Kilian Mbappe mövsümün sonunda Fransanın "Paris Sen-Jermen" futbol klubunu tərk edəcək.  xəbər verir ki, bu barədə futbolçu özünün "X" səhifəsində məlumat verib. "Hər zama

Olimpiya məşəlini Zidan yandıracaq

Fransa millisinin keçmiş futbolçusu Zinəddin Zidan Marsel şəhərində olimpiya məşəlini yandıracaq.  xəbər verir ki, olimpiya məşəlini daşıyan gəmi axşam limana yan alacaq və məşəl quruya ötürüləcək. Fransada olimpiya məşəl

İdmançımız Avropa çempionatında qızıl medal qazandı

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) Serbiyada keçirilən Avropa çempionatında qızıl medal qazanıb. xəbər verir ki, o, finalda türkiyəli rəqibini məğlub etməklə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb

"Real"dan əzmkar qələbə: ÇL-in finalında

Çempionlar Liqasının yarımfinalı çərçivəsində "Real Madrid" – "Bavariya" ilə qarşılaşır.  xəbər verir ki, ilk matçda 2-2 bərabərliyə razılaşan komandaların ikinci dueli İspaniyada keçirilir. Hazırda matçd

"Qarabağ"ın sabiq qapıçısı milli karyerasını başa vurdu

"Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisindəki karyerasını başa vurub. xəbər verir ki, 35 yaşlı qolkiper bu barədə instaqram hesabında bildirib. Qapıçı 14 ildən sonra yığma ilə vidalaşdığın


tezbazar yeni xeberler azerbaycan xeberleri son xeberler idman xeberleri cəbhədən son vəziyyət metbuat son xeberler bugun 2024 canli