AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbAZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 31-dən yay uçuş cədvəlinə keçid edir. Cədvəl oktyabrın 26-dək qüvvədə olacaq. Aviaşirkət yay qrafiki üzrə səyahət üçün geniş istiqamət seçimi təklif edərək dünyanın 50-dən çox şəhərinə uçuşlar həyata keçirəcək.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Aprel-oktyabr aylarında AZAL ilə dünyanın müxtəlif yerlərinə, o cümlədən Dubay, Tbilisi, Aktau, Almatı, Astana, Batumi, Dammam, Ciddə, İslamabad, Kəraçi, Lahor, Mədinə, Mumbay, Nyu-Dehli, Pekin, Daşkənd, Təl-Əviv, Ürgənç və Ər-Riyad kimi Asiya şəhərlərinə səyahət etmək mümkündür.
Aviaşirkətin yay cədvəlində Türkiyənin bir sıra istiqamətləri təqdim olunub:
İstanbul: gündə 4 reys;
Ankara: gündə 1 reys;
Antalya: aprel-may aylarında uçuşlar həftədə 3 dəfə, yay aylarında isə hər gün həyata keçiriləcək;
Bodrum: iyun ayının sonundan sentyabr ayının ilk həftəsinə qədər reyslər hər gün yerinə yetiriləcək;
Dalaman: həftədə 4 reys;
İzmir: apreldən iyunun ortalarına qədər reyslər həftədə 3 dəfə, iyunun sonundan sentyabrın ilk həftəsinə qədər hər gün həyata keçiriləcək;
Trabzon: aprel-may aylarında həftədə 3 reys, yay aylarında isə daha bir tezlik əlavə olunacaq.
Bundan əlavə, AZAL Avropaya səyahət etmək istəyənlərə müxtəlif seçim imkanları təqdim edir. Aviaşirkətin reysləri ilə Barselona, Berlin, Vyana, Kişineu, Tivat, London, Milan, Paris və ya Praqaya səfər edərək bu şəhərlərin gözəlliyindən zövq almaq olar.
Rusiyanın bir sıra şəhərlərinə, o cümlədən Moskva, Həştərxan, Volqoqrad, Yekaterinburq, Kazan, Mahaçqala, Mineralnıye Vodı, Novosibirsk, Samara, Sankt-Peterburq, Soçi və Ufaya reyslər mövcuddur.
Yay cədvəli çərçivəsində aviaşirkət Naxçıvan, Dubay, Aktau, Tel-Əviv, Ankara, Moskva, Tbilisi, yay aylarında isə İzmir, Bodrum, Antalya şəhərlərinə gündəlik uçuşlar yerinə yetirəcək.
Ən uyğun uçuş vaxtını seçmək və aviabiletləri daha sərfəli qiymətlərlə əldə etmək üçün AZAL sərnişinlərə səyahətləri əvvəlcədən planlaşdırmağı tövsiyə edir. / oxu.az


Turizm     Baxılıb: 180   Tarix: 29 mart 2024
f Paylaş

Xidmetler

Oxşar xəbərlər

AZAL Tivat şəhərinə bilet satışına start verib

AZAL Tivat şəhərinə bilet satışına start verib. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Monteneqronun kurortu olan Tivat şəhərinə bilet satışına start verdiyini elan edir. Bakı-Tivat-Bakı marşrutu üzrə ilk reys mayı

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq. Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirili

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır. Rusiya Daxili İşlər Nazirliyi miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi təklifləri ilə hökumətə qanun layihəsi göndərib. Bu barədə qurumu

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq. "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin nəzdində fəaliyyət göstərən Milli Aviasiya Akademiyası (MAA) Türkiyəni

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI. "Ötən il Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarların sayı 15 min nəfəri keçib". "Report" xəbər verir ki, bunu Bakıda səfərd

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO. "2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub". . xəbər veri

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL. Rusiyanın "Ural Hava Yolları" şirkəti Jukovski hava limanından (Moskva vilayəti) Azərbaycanın paytaxtına müntəzəm birbaşa reysləri bərpa edəcək

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir. Bu barədə "Azərbaycan Hava Yolları"

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır. Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirməyə davam edir. Aviaşirkət mayın 8-dən etibarən Bakıdan Rusiyanın daha bir şəhərinə - Qroznıya müntəzə


tezbazar yeni xeberler azerbaycan xeberleri son xeberler maşın realiti şou hava son.xeber son xabarlar