Azərbaycanda elektron siqaret və 'vape' qadağan ediləcək? - Ekspertlər şərh etdi

Azərbaycanda elektron siqaret və 'vape' qadağan ediləcək? - Ekspertlər şərh etdiMəlum olduğu kimi, bir müddət deputat Tahir Mirkişili Mlli Məclisin plenar iclasındakı çıxışında elektron siqaret və "vape"lərin ölkədə qadağan olunması ilə əlaqədar təkliflə çıxış edib.
Deputat mövzu barədə araşdırma apardığını və bu cür tüstü məhsullarının gələcəkdə gənc nəsillər üçün ciddi fəsadlar yarada biləcəyinə işarə edib, habelə Azərbaycanın elektron siqaret və "vape" kimi zərərli məhsulları istehsal etməyini də dilə gətirərək sözügedən idxal məhsullarının ölkədə qadağan edilməsiylə əlaqədar təşəbbüs göstəriləcəyini anons edib.
Bəs, görəsən Azərbaycanda bu hal baş verərsə, mövcud situasiyanın iqtisadiyyata hansı müsbət və mənfi təsirləri ola bilər?
Məsələ ilə əlaqədar azxeber.com-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov deyib ki, Azərbaycanda tüstü məhsullarının qadağan edilməsi ehtimalı iqtisadiyyata pozitiv və neqativ təsir etməyəcək:
Azərbaycanda elektron siqaret və 'vape' qadağan ediləcək? - Ekspertlər şərh etdi"Qeyd etdiyiniz halın iqtisadiyyata pozitiv və neqativ təsirini düşünmürəm. Buna səbəb isə danışdığımız gözlənilən prosesin alternativlərinini olmasıdır. Yəni, digər formada ölkəyə idxal həyata keçiriləcəkdir. Müəyyən qadağalar tütün istehsalçıları istiqaməti üzrə bu sahədə daha böyük canlanma yarada bilər. Amma əhalinin sağlamlığı baxımından, mən düşünürəm ki, istər məhdudiyyətlər, istərsə də bu qəbildən olan digər addımları birmənalı olaraq dəstəkləyirəm və bunun iqtisadiyyata hər hansısa bir zərər vuracağını düşünmürəm".
Yarana biləcək iqtisadi duruma münasibət bildirən iqtisadçı ekspert Xalid Kərimli azxeber.com-a açıqlamasında bildirib ki, elektron siqaretin və hansısa tütün məhsulunun qiymətinin artmasının Azərbaycan iqtisadiyyatı üçün heç bir ciddi təhdidi yoxdur:
Azərbaycanda elektron siqaret və 'vape' qadağan ediləcək? - Ekspertlər şərh etdi"Azərbaycanda elektron siqaretin qadağan olunmasının iqtisadiyyata heç bir ciddi təsiri ola bilməz. Çünki bu məhsulların istehsalı ölkəmizdə müşahidə edilmir. Düşünəndə ki, əgər elektron siqaret qadağan olunsa iş yerləri bağlanar, insanlar işsiz qalar, lakin belə bir hal da gözlənilmir. Sadəcə ölkədə qeyd edilən məhsula qarşı tələbat azalacaq. Vətəndaş görəcək ki, bunu almaq olmur, alternativ məhsuldan yararlanacaq. 
Hazırda tüstü məhsullarının qiymətində rüsum tətbiq edilməyib. Əksər halda aksizlər qiymət artımına ciddi təsir göstərir. Əhalinin tələbatında kəskin sıçrayış yoxdur ki, hansısa artıma səbəb olsun. Yaxud dünyada tütün məhsulları kəskin dərəcədə artmayıb ki, qiyməti bahalaşsın. Ona görə də mən indiki halda və yaxın aylarda belə bir qiymət artımı görmürəm".
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda dərc edilib.
Azərbaycanda elektron siqaret və 'vape' qadağan ediləcək? - Ekspertlər şərh etdi


İqtisadiyyat     Baxılıb: 73   Tarix: 01 may 2024
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

Yelo Bank-da qanvermə aksiyası keçirildi

Korporativ Sosial Məsuliyyət təşəbbüsləri ilə seçilən Yelo Bank bu dəfə Baş ofisində qanvermə aksiyası təşkil edib. Bu mühüm təşəbbüs Mərkəzi Qan Bankı və Talassemiya Mərkəzinin birgə tərəfdaşlığı ilə "Qan ver, həya

Moody"s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıb

Moody"s Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini təsdiq edib. Bu reytinq ölkə bankları arasında yüksək göstəricilərdən biri hesab olunur. Agentlik bankın yerli v

Unibank kredit faizini aşağı saldı, kredit məbləğini və müddəti artırdı

Unibank müştərilərinin üç istəyini bir məhsuldabirləşdirib. İndi"Unibank"a müraciət edənlər 50 00 AZN-dək krediti illik cəmi 11%-dən başlayaraq, həm də 60 ayadək müddətə əldə edə biləcəklər. Kredit faizininazaldılmas

"Gələcəyi öz əllərinlə yarat" layihəsi qadın sığınacağında

Azercell-in həssas qadın qrupları üçün təşkiletdiyi təlimlər davam edir. Azercell və "Ümidli Gələcək" İB-in "Gələcəyi öz əllərinlə yarat" layihəsi çərçivəsində növbəti təlim baş tutub. "Təmiz dünya"

Əsas məqsədimiz çay mədəniyyətinin qorunması və inkişafıdır" - Tərlan Lətifov

Kənd təsərrüfatının inkişaf edən sahələrindən biri də çayçılıqdır. . Bir müddət əvvəl çayçılığın inkişafına dair "2018–2027-ci illər üçün Dövlət Proqramı"nın imzalanması bu sahədə görülən işlərin genişlənməsin

NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək

Müştərilərini hər zaman maraqlı və sərfəlikampaniyalarla sevindirən Bank Respublika, Neokart sahibləri üçün ölkədə ilk dəfəolaraq KEŞBEK şərtlərini MÜŞTƏRİLƏRİN ÖZLƏRİ İSTƏDİYİ KİMİ TƏYİN ETMƏ imkanıyaratdı. xəbər verir ki

Bakıda keçiriləcək "GSMA M360 Eurasia 2024" konfransına 2 gün qaldı

Azercell-in ev sahibliyi etdiyi "M360 Eurasia 2024" tədbirinə qeydiyyat davam edir. May ayının 15-i "GSMA M360 Eurasia 2024" konfransının açılışı baş tutacaq.  Bakıda ikinci dəfə Azərbaycan Respublikasını

ƏHALİYƏ ŞAD XƏBƏR - Maaşlar bu tarixdə artırılacaq

Artıq uzun müddətdir ki, maaşların nə zaman artacağı ilə bağlı əhali arasında müzakirələr davam edir. Fevralda keçirilən prezident seçkiləri öncəsi pensiya müavinətlərində artım olsa da, maaşlarla bağlı analoji artım qeyd

Taleh Kazımov: 'COP29 Azərbaycana 'yaşıl' maliyyənin cəlb edilməsinə müsbət təsir göstərəcək

COP29 (BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası) Azərbaycanda dayanıqlı maliyyə ekosisteminin formalaşdırılmasına və xarici investorlar tərəfindən "yaşıl maliyyələşmə"nin cəlb edilməsinə müsbət təsi


tezbazar son xeberler yeni xeberler azerbaycan xeberleri son.xabar cəbhədən canlı xeber.az 2024 gunun xeberleri