Azərbaycanda güclü zəlzələ olacaq deyib paylaşım edirlər, amma...' - Yayılan xəbərlərə RƏSMİ CAVAB

Azərbaycanda güclü zəlzələ olacaq deyib paylaşım edirlər, amma...' - Yayılan xəbərlərə RƏSMİ CAVAB"Zəlzələdən anlayışı olmayanlar ağzına gələni danışır, yayır, insanları panikaya salır".
Son zamanlar Azərbaycanda baş verən zəlzələlər əhali arasında təşvişə səbəb olub. Bundan istifadə edən bəzi sosial şəbəkə istifadəçiləri həqiqətə uyğun olmayan informasiyaları tirajlayıb, cəmiyyət arasında panika yaradır, özlərinə reytinq qazanırlar.
Xüsusən də "Youtube"daki bəzi kanallarda  və "Tik-Tok" səhifələrində bildirilir ki, Azərbaycanda güclü zəlzələ gözlənilir. 
Azərbaycanda güclü zəlzələ olacaq deyib paylaşım edirlər, amma...' - Yayılan xəbərlərə RƏSMİ CAVABazxeber.com mövzu ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin münasibətini öyrənib. Mütəxəssis yayılan informasiyaların tamamilə əsassız olduğunu bildirib:
"Azərbaycanda hər gün xırda təkanlar olur. Bunların içərisində hiss olunanı da ola bilər, hiss olunmayanı da. Ancaq katastrofik (9-10) bal gücündə dağıdıcı, güclü zəlzələ olması ehtimalı yoxdur. Baş verən təkanlar qorxulu bir şey deyil. Azərbaycanda elə bir zona yoxdur ki, orda katastrofik zəlzələ gözlənilsin. Mütəmadi olaraq zəlzələnin analizini Respublika Seysmoloji Xidmət Mərkəzi il boyu aparır. Ötən günlərdə rayonlarda 5 bala yaxın zəlzələ oldu. Bir dənə də binada dağıntı baş vermədi".
Qurban Yetirmişli vurğulayıb ki, baş verən təkanlar güclü zəlzələ hesab olunmur:
"Buna da don geyindirməsinlər. Bu haqda yanlış fikirlər yayanların zəlzələ haqqında heç bir məlumatı yoxdur. Zəlzələnin zəif, orta, güclü, hiss olunan, dağıdıcı növləri var. Bu gecə 41-ə yaxın təkan olub, heç biri də hiss olunmayıb. Barbar bağırırlar ki, güclü zəlzələ olacaq. Bağıranlar bu sahənin mütəxəssisləri deyil, bizim təşkilatda elə insanlar çalışmır. Zəlzələnin proqnozu üzrə komissiya var, analizlər aparılır. Şaiələrə inanmayın. Jurnalistlər də bu mövzuda fikir öyrənərkən baxsınlar danışan bu sahənin adamıdır, ya yox!"
Bəs maraqlıdır, sosial şəbəkələrdə zəlzələ ilə əlaqədar yalan məlumat yayanları, təşvişə səbəb olanları hansı cəza gözləyir?
Ümumilikdə bu məsələ İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsinə əsasən tənzimlənir.
Belə ki, yayılması qadağan edilən informasiyanın internet-informasiya şəbəkəsində yerləşdirilməsi, bunun qarşısının alınmaması inzibati məsuliyyət yaradır. Bu cür hallar müvafiq olaraq "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunun pozulması deməkdir.
Qeyd edilən inzibati xətalara görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilirlər. İşin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər isə min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Şəbnəm Zahir


Sosial     Baxılıb: 460   Tarix: 25 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Gəncədə nişanlandığı iddia olunan 14 yaşlı qızın valideynləri polisə çağırıldı

Gəncədə 14 yaşlı qızın nişanlanmasına görə valideynləri polis idarəsinə dəvət olunub. xəbər verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektor

Azərbaycanda 35 dərəcə isti olub – FAKTİKİ HAVA

İyunun 16-sı saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, iyunun 16-sı saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şərait

Tərtər rayonunda 32 yaşlı kişi öldürülDü

Tərtər rayonunda 32 yaşlı kişi qətlə yetirilib. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Məlumata görə, hadisə iyunun 14-də qeydə alınıb: "Tərtər rayonu ərazisində 1992-ci il təvəllüdl

Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək - XƏBƏRDARLIQ

İyunun 15-16-sı Azərbaycanın rayonlarında havanın yağıntılı olacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, növbət

Bəzi bölgələrə leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA

İyunun 13-ü saat 20:00-a olan məlumata əsasən Altıağac, Şahdağ, Xaltan, Quba, Qusar (Laza), Xınalıq, Qobustan, Qrız, Şabranda arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Milli Hidrometeorologiya Xidmətindən -a bildirili

"Sədərək" ticarət mərkəzində yanğın olub

"Sədərək" ticarət mərkəzində yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, Qaradağ rayonunda yerləşən ticarət mərkəzinin ərazisində ümumi sahəsi 50 m² olan tikinti materiallar

Qaradağda iki yük avtomobili toqquşub, xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub

"AvtoVAZ"ın yeni "Lada İskra" modeli plagiatdır?

Finlandiyanın "Teknikan Maailma" nəşri "AvtoVAZ"ın yeni "Lada İskra" modelinin plagiat olduğunu iddia edib. Rusiya mediasına istinadən xəbər verir ki, Rusiyanın "AvtoVAZ" şirkəti yen

Nazir: Rayonlarda təxminən 1500-ə yaxın məktəbdə şagird sayı 100-dən azdır

Sinifdə şagird-müəllim nisbəti aşağı olan məktəblərdə tədrisin keyfiyyəti ilə daha ciddi problemlər var, nəinki nisbət fərqi yuxarı olan siniflərdə. Bunu "Report"a müsahibəsində Elm və Təhsil naziri Emin Əmrullaye


tezbazar yeni xeberler azerbaycan xeberleri son xeberler hava bu gunun xeberleri haqqinda melumat son xəbərlər azərbaycanda xəbərlər.com