Azərbaycanda zəlzələ olacağı ilə bağlı yayılan xəbərlərə RƏSMİ REAKSİYA

Azərbaycanda zəlzələ olacağı ilə bağlı yayılan xəbərlərə RƏSMİ REAKSİYA"Dünən və bu gün müxtəlif saytlarda Azərbaycanda zəlzələ olacağına dair müxtəlif fikirlər səsləndirilməsindən sonra bizə vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər edilib.
Məlumat üçün bildirmək istəyirəm ki, bu açıqlamaları verən və özlərini seysmoloq-ekspert kimi adlandıran şəxslər ölkədə kompleks geofiziki-seysmoloji tədqiqatlar aparan və yeganə təşkilat olan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində çalışmırlar.
Həmçinin onların zəlzələyə dair verdiyi açıqlamaların hansı tədqiqatlara söykəndiyi də bizə məlum deyil".
azxeber.com Oxu.Az-a istinadən xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.
Onun sözlərinə görə, RSXM tərəfindən respublika ərazisində fasiləsiz olaraq 24 saat "real vaxt rejimi"ində 84 seysmik stansiyalar və 24 GPS stansiyaları vasitəsi ilə müşahidə aparılır:
"İl ərzində respublika ərazisində geofiziki poliqonlarda maqnometrik və qravimetrik tədqiqatlar aparılır. Saniyəbəsaniyə alınan məlumatlar mərkəzin müvafiq şöbələri tərəfindən emal olunur, təhlil edilir və yalnız bundan sonra biz alınmış nəticələrə dair açıqlamalar veririk.
Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan seysmik baxımdan aktiv bölgədə yerləşir. Ərazimizdə hiss olunan və hiss olunmayan, yaxud zəif hiss olunan təkanlar olur və bu seysmik zonalar üçün xarakterik haldır.
Dəfələrlə də qeyd etdiyimiz kimi zəlzələnin dəqiq proqnozu olmadığına görə, zəlzələ olacaq və olmayacaq kimi birmənalı fikir söyləmək də bugünkü günümüzdə tək bizim ölkəmizdə deyil, bütün dünyada mümkün deyil.
Son vaxtlar başqa ölkələrdə baş verən zəlzələlərlə bağlı məlumatlarda da bu aydın göründü. Zəlzələ ən qorxulu təbiət hadisəsi olduğuna görə həssas mövzudur və insanlarımıza bununla bağlı hər hansı məlumat verərkən hər birimizin diqqətli olmağımız vacibdir".


Sosial     Baxılıb: 260   Tarix: 23 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ehtiyatda olan hərbi qulluqçuların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə təlim toplanışlarını

Məşhur restoranın fəaliyyəti dayandırıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb. FHN-ə istinadən xəbər verir ki, Xidmət tərəfindən Ağsu rayonu, Bakı-Qazax avtomobil yolunun 148-c

Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı

Moskvanın cənub-şərqindəki Bratislavskaya küçəsindəki mənzildə dəhşətli qətl hadisəsi baş verib. İlkin məlumata görə, 30 yaşlı Fərid Fəttahov tanınmış iş adamı olan atası, 69 yaşlı Əşrəf Fəttahovu məişət zorakılığı zəminind

Növbəti günlərdə hava şəraiti necə olacaq?

Bakıda və Abşeron yarımadasında mayın 16-sı və 17-si günün birinci yarısında arabir yağış yağacağı gözlənilir. bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirili

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Qarabağ Universitetində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifələri üzrə vakansiyalar elan edilib.  xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirili

Qətiyyən imkan verməyək ki, parklarımız, meşələrimiz, yaşıllıq örtüyü məhv edilsin' - Deputat

"Azərbaycan dövləti tərəfindən uzun illərdir ətraf mühitin qorunması, yaşıllıq massivlərinin genişləndirilməsi, meşə massivlərinin artırılması, nəsli tükənməkdə olan heyvanların qorunub saxlanması, xüsusi qoruqları

Azərbaycanda yüksəkvəzifəli xanım işdən azad edildi

Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi Aynur Sabitova vəzifəsindən azad edilib. Bununla bağlı müvafiq əmr imzalanıb. Məlumata görə, A.Sabitova öz xahişi ilə vəzifəsindən ayrılıb. Qeyd edə

Mərkəzi Bankdan dollarla bağlı AÇIQLAMA

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən növbəti valyuta hərracında 44,9 milyon ABŞ dolları satılıb. xəbər verir ki, bu barədə AMB-dən məlumat verilib. Bildirilib ki, bu gün Mərkəzi Bankda növbəti valyuta hərrac

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

"Pilot-16" MMC tikinti işləri aparmaq üçün sakinlərlə heç bir danışığa getmədən onları yaşadıqları evlərdən çıxarmağa çalışır". Bu barədə -a Nəsimi rayonu, Novruzov Qardaşları küçəsinin sakini Samir Şahbazo


tezbazar yeni xeberler son xeberler azerbaycan xeberleri son xabar dunya xeberleri cəbhədən son xəbər valyuta mezennesi