Bakıda bəy qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat

Bakıda bəy qızı nikah masasında tərk etdi, sonra isə... – TəfərrüatBakının Nizami rayonunda 2000-ci il təvəllüdlü Vüsal sevgi münasibətində olduğu Aydana (adlar şərti verilib - red.) xəsarət yetirib.
azxeber.com bildirir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə Nizami rayonu, B.Çobanzadə küçəsində baş verib. Vüsal Aydanın yaşadığı binanın blokunda onun sifət nahiyəsinə şillə, ağız nahiyəsinə yumruqla xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Vüsalın barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Vüsal bildirib ki, Aydana xəsarət yetirməyib, onu döyməyib, telefonunu sındırmayıb: "Əvvəllər Aydanla aramızda sevgi münasibətləri olub. Lakin ondan ayrılmaq qərarına gəldim. Nikah günü Aydanı tərk edərək Türkiyə Respublikasına getdim.
Aydan bununla razılaşmadı, məni daim narahat etdi, mesajlar yazdı. O, məndən qisas almaq üçün belə bir şikayət edib. Ona xəsarət yetirməmişəm, blokda aramızda normal söhbət olub. Aydanın bədəni üzərində aşkar olunan xəsarətləri anasının yetirdiyini düşünürəm. Çünki o, mənə mütəmadi olaraq anası tərəfindən döyüldüyünü, hətta bir dəfə anasının onun saçını kəsdiyini bildirib".
Təqsirli bilinən şəxs deyib ki, Aydanın onu narahat etməsini əks etdirən mesajları, anası tərəfindən döyüldüyünü təsdiq edən şəkilləri telefonun yaddaşından silib. Bu səbəbdən həmin sübutları məhkəməyə təqdim edə bilmir.
İş üzrə zərərçəkmiş Aydanın sözlərinə görə, Vüsalı 1 ilə yaxındır tanıyır, onunla aralarında sevgi münasibətləri olub və evlənmək qərarına gəliblər: "Lakin Vüsal məni nikah günü tərk edərək Türkiyəyə getdi. Amma əlaqəmiz kəsilmədi.
Hadisə baş verən günü Vüsalı yaşadığım binanın qarşısında gözlədim və onunla qarşılaşdım. Vüsal məndən telefonumu tələb etdi, hədə-qorxu gəldi. Mən isə əlavə səs-küy olmasın deyə onunla binanın blokuna daxil oldum və telefonumu ona verdim. Blokda Vüsal məni xəyanətdə ittiham edərək telefonumu yerə çırpıb yararsız vəziyyətə saldı. Həmçinin sifət nahiyəmdən şillə və yumruqla vurdu. Hətta məni boğaraq öldürəcəyi ilə hədələdi.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Daha sonra 24-cü polis şöbəsinə ərizə yazdım və tibbi ekspertizadan keçdim".
Zərərçəkmiş bildirib ki, Vüsaldan şikayətçidir, ona xəsarət yetirib.
Nizami Rayon Məhkəməsinin qərarı ilə Vüsal 15 gün mçüddətinə inzibati qaydada həbs edilib.


Sosial     Baxılıb: 54   Tarix: 02 may 2024
f Paylaş

Xidmetler

Oxşar xəbərlər

Sürücülərin diqqətinə! - Sabahdan bu yolda təmir başlayır

Sabah saat 09:00-dan etibarən Bakı şəhəri, Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsindəki yol qovşağında təmir işlərinə başlanılacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Məlumat verilib

Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ehtiyatda olan hərbi qulluqçuların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə təlim toplanışlarını

Polisi öldürən şəxsin ömürlük cəzası dəyişdirildi

Bakıda kütləvi dava zamanı iki nəfərin qətlində təqsirləndirilən Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahi

Talassemiyalı uşaqlara qarşı bir milyon manatlıq dələduzluqla bağlı yeni İDDİA

Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-ya istinadə

Sabahın havası ilə bağlı - SARI XƏBƏRDARLIQ

Sabah güclü külək olacaq. xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti Sarı xəbərdarlıq yayıb. Xəbərdarlıqda qeyd edilib ki, küləyin sürəti 13.9-20.7 m/san (7-

Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb

Saat 21:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Daşkəsən, Göygöl, Gəncə, Balakən, Qəbələ, Qobustan, Qusar, Xaltan, Astarad

Rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ

"Bu gün məktəblərdə rus bölməsi üzrə kifayət qədər yer və pedaqoq ehtiyatımız var". -a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor

Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi - FOTO

Bakıda viza düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq əməllərində təqsirləndirilən "Avion Travel" MMC-nin direktoru Lalə Rəcəbova həbs edilib. -un məlumatına görə, L.Rəcəbova öz qulluq mövqeyindən sui-istifad

Bakıda bu ünvandakı yaşayış binaları sökülərək yeniləri tikiləcək - FOTO

Bakı şəhərində daha bir söküntü aparılacaq ərazi məlum olub. Trend-ə istinadən xəbər verir ki Nizami rayonu, Kamil Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində yerləşən, istismar müddəti başa çatmış 3 və 5 mərtəbəli köhn


tezbazar azerbaycan xeberleri son xeberler yeni xeberler bugunun xeberleri sonxabar bu gune olan xeberler kriminal xeberler