Bakıda keçirilən forum dünya mətbuatının DİQQƏT MƏRKƏZİNDƏ

Bakıda keçirilən forum dünya mətbuatının DİQQƏT MƏRKƏZİNDƏBakıda keçirilən "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Prezident İlham Əliyevin tədbirin açılış mərasimindəki nitqində səsləndirdiyi fikirlər hələ də dünyanın bir sıra nəşrlərinin diqqət mərkəzində qalmaqdadır.
KONKRET.az xəbər verir ki, Türkiyənin Anadolu Agentliyi, "Milliyyət", "Hürriyet", "Yeni Şafak", "CNN Türk", "TR Haber", "İHA", "İstiklal", "Türkiye Press", "Son saat", "Yeni gün" portalları, "TRT", "Haber Global", "TV 100" media qurumlarının, "Beyaz qazete", "Akşam" qəzetlərinin və digər nəşrlərin yaydığı xəbərlərdə bu mötəbər VI Mədəniyyətlərarası Dialoq Forumuna böyük marağın olduğu vurğulanıb. Xəbərlərdə dövlətimizin başçısının Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfələri və bu baxımdan Forumun əhəmiyyəti, ölkəmizin bölgənin inkişafında rolu, eləcə də regionda sülhün və sabitliyin möhkəmlənməsi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində atdığı addımlar, Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçilərinin bir ailə kimi yaşaması barədə fikirlərinə xüsusi yer verilib. "Azərbaycan Prezidenti Əliyev: Dünya məcburi assimilyasiyaya yol açan iyrənc neokolonializm praktikasına göz yummamalıdır", "İlham Əliyev: Ermənistan ilə sülhə doğru gedirik", "Əliyevdən Ermənistana mesaj: Çox fəal çalışırıq", "Kritik toplantıdan əvvəl Əliyevdən yeni açıqlama: Danışıqlar hansı mərhələdədir?" sərlövhələrlə təqdim olunan informasiyalarda dövlətimizin başçısının fikirlərinə istinad edilərək bildirilib ki, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası kimi qurumlar Avropadan kənarda bəzi ölkələrin daxili işlərinə qarışmağa cəhd edir, lakin neokolonial meyillərə qarşı susur.
Bakıda keçirilən forum dünya mətbuatının DİQQƏT MƏRKƏZİNDƏBakıda keçirilən forum dünya mətbuatının DİQQƏT MƏRKƏZİNDƏMəqalələrdə Prezident İlham Əliyevin Azərbaycan ilə Ermənistan arasında hər hansı vasitəçi olmadan sülh yolunda atılan addımlar, delimitasiya və demarkasiya işlərinə başlanılması, Azərbaycanın Ermənistanla sülh sazişi üzrə baza prinsiplərini və sülh sazişinin layihəsini hazırladığını qeyd etməsinə geniş yer verilib.
Qardaş ölkə mediasında yer alan xəbərlərdə Prezident İlham Əliyevin Azərbaycanın tarixən mədəniyyətlərin qovuşduğu məkan olması barədə fikri xüsusi vurğulanıb: "Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Əminəm ki, bir müstəqil ölkə kimi Azərbaycanın uğurlu inkişafını şərtləndirən məsələ məhz bunlardan ibarətdir. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır".
Rusiyanın "Rossiya 24" dövlət telekanalında VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında geniş reportaj yayımlanıb. Reportajda bu mötəbər beynəlxalq tədbirin əsas mövzusunun sülh naminə dialoq və qlobal təhlükəsizlik olduğu qeyd edilib. Tamaşaçıların diqqətinə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin açılış nitqi söylədiyi Bakı Forumunda yüzdən çox ölkənin, o cümlədən Rusiyanın nümayəndələri iştirak edirlər.
Bakıda keçirilən forum dünya mətbuatının DİQQƏT MƏRKƏZİNDƏRusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy telekanala müsahibəsində bildirib ki, bu tədbirdə çoxqütblü dünya konsepsiyasının inkişafı fonunda mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur.
Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki nitqi Ukrayna mətbuatının da diqqət mərkəzində qalmaqdadır. "1News", "Meta", "Ua24news" və digər xəbər portallarında dərc olunan məqalələrdə Prezident İlham Əliyevin regionda sülhün və sabitliyin möhkəmlənməsi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində atdığı addımlar barədə fikirləri xüsusilə diqqət mərkəzində saxlanılıb. Məqalələrdə Azərbaycan Prezidentinin çıxışına istinadla qeyd edilib ki, Cənubi Qafqazda sabitlik Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə əldə olunub. Azərbaycan Ermənistanla sülh əldə etmək üçün fəal işləyir. Danışıqlar Azərbaycan tərəfindən hazırlanmış sənəd əsasında aparılır. Hazırda sülh prosesində müsbət tendensiya müşahidə edilir, sərhədlərin delimitasiyası ilə yanaşı, həm də demarkasiyaya başlanılıb. Sərhədlərin delimitasiyası və demarkasiyası iki ölkə arasında əldə olunan razılaşmalar əsasında, vasitəçilərsiz həyata keçirilir.
Bakıda keçirilən forum dünya mətbuatının DİQQƏT MƏRKƏZİNDƏPrezident İlham Əliyevin Forumun açılış mərasimindəki nitqində səsləndirdiyi fikirlər Serbiya mətbuatının da diqqət mərkəzində olub. Bu ölkənin "Politika", "Tanyug", "Novosti", "Alo.rs", "Pink.rs" nəşrləri, "Voyvodine" radio-televiziyası dövlətimizin başçısının xüsusən neokolonializmlə bağlı fikirlərini önə çıxarıb. Bu ölkə mətbuatı xəbərləri oxuculara "Əliyev neokolonistlərə meydan oxudu: Biz imkan verə bilmərik ki, bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın", "Dünya neokolonializmin iyrənc praktikasına göz yummamalıdır" və digər sərlövhələrlə təqdim ediblər. Yazılarda dövlətimizin başçısının çıxışından aşağıdakı sitata xüsusi yer verilib:
Bakıda keçirilən forum dünya mətbuatının DİQQƏT MƏRKƏZİNDƏ"Biz belə bir məsələyə imkan verə bilmərik ki, indi – XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Təbii ki, biz öz səsimizi ucaltdıqda, Hərəkatda sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, biz hansısa ölkələrə qarşı idik. Biz, sadəcə, ədalətə, beynəlxalq hüquqa bağlı idik. Bu, yaddan çıxmalı deyil. Dünya məcburi assimilyasiyaya aparan belə bir iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır. Ondan çox fransız dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiya əsla qəbuledilməzdir və buna son qoyulmalıdır".
Bakıda keçirilən forum dünya mətbuatının DİQQƏT MƏRKƏZİNDƏQeyd edək ki, yazılarda dövlətimizin başçısının Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, hər iki ölkənin müvafiq komissiyalarının delimitasiya və demarkasiya işlərinə başladığı və özü də bu prosesin vasitəçilərin iştirakı olmadan aparılması barədə fikirləri də diqqətə çatdırılıb.
Ərəbdilli nəşrlər də Foruma geniş yer ayırıb. Misirin "Ahram", "Shorouknews, "2lkhbr.com" nəşrləri Forumda müzakirə olunan məsələlərlə yanaşı, dövlətimizin başçısının açılış nitqində qeyd etdiyi mövzulara, xüsusilə Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə atılan addımlara diqqət çəkib. Xəbərlərdə Prezident İlham Əliyevin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə onun təsisatlanması istiqamətində həyata keçirdiyi tədbirlərdən, ölkəmizin təşəbbüsü ilə Hərəkatın parlament şəbəkəsinin, gənclər təşkilatının, qadın platformasının yaradıldığını bildirdiyi xüsusi vurğulanıb.
Əlcəzairdə fransız dilində yayımlanan "Algere54" media resursunda yerləşdirilən xəbərdə Prezident İlham Əliyevin Fransanın neokolonializm siyasətini kəskin şəkildə qınadığı qeyd olunub.
Bakıda keçirilən forum dünya mətbuatının DİQQƏT MƏRKƏZİNDƏMərakeşin "Mapexpress", "Hespress", "2M.ma", Qətərin "Gulf Times", Yəmənin "Pressbee" nəşrlərinin, Bəhreyn Xəbər Agentliyinin yayımladığı informasiyalarda VI Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən çox ölkədən 700-dək qonağın iştirak etdiyi bildirilib. Qeyd olunub ki, Forum çərçivəsində keçiriləcək 4 plenar sessiya və 12 panel iclasında təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər mühüm mövzuların müzakirə olunduğu qeyd edilib. Məqalələrdə dövlətimizin başçısının Forumun açılış mərasimindəki çıxışında Azərbaycanın əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olması, çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycan cəmiyyətinin əsrlər boyu tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qorumasına da fikirləri diqqətə çatdırılıb. (Azərtac)
Bakıda keçirilən forum dünya mətbuatının DİQQƏT MƏRKƏZİNDƏ


Siyasi     Baxılıb: 78   Tarix: 04 may 2024
f Paylaş

Oxşar xəbərlər

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşdü

AFFA prezidenti Rövşən Nəcəf UEFA rəhbəri Aleksander Çeferinlə görüşüb. report-a istinadən xəbər verir ki, toplantı Tailandın paytaxtı Banqkokda keçirilən FIFA-nın 74-cü Konqresindən əvvəl baş tutub. Görüşdə UEFA və AFF

Prezidentlər Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisinə baxıblar

Azərbaycan və Belarus prezidentləri Şuşadakı Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ" sərgisinə baxıblar. xəbər verir ki, mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasını

Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib

Azərbaycanın İrandakı səfirliyinin yeni məkanda fəaliyyətinin bərpa edilməsi planlaşdırılır. AZXEBER COM report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Azərbaycan İrandak

Rəsmi Moskva İrəvanın KTMT ilə bağlı qərarına belə reaksiya verdi

"Ermənistanın KTMT-ni maliyyələşdirməyi dayandırması faciəvi hal deyil". " "ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib. O bildirib ki, buna baxmayara

"Qarabağda bu işləri görməyə hazırıq" - Lukaşenko

"Kənd təsərrüfatında buraya cins mal-qara, hər şeydən əvvəl, süd məhsullarına, iribuynuzlu mal-qara ətinə tələbatı tam təmin etmək üçün tədarüklə bağlı böyük proqramlarımız var. Biz bu mal-qaranı sizə tədarük edəcəyik"

Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesi çərçivəsində əldə olunan irəliləyişi alqışlayır. xəbər verir ki, bu barədə Aİ-nin mətbuat xidmətinin bəyanatında deyilir. "Aİ 1991-ci il Almat

"Bundan daha pis nə ola biləcəyini təsəvvür belə edə bilmirəm" - Manaseryan

"ABŞ və Avropanın arzusunda olduğu Rusiya bazarı bu gün Ermənistan üçün açıqdır, amma ölkəmizin ondan niyə imtina etməsi anlaşılan deyil".  xəbər verir ki, bu sözləri professor Tatul Manaseryan Ermənistanın  Aİİ-də

Hikmət Hacıyev Baydenin müşaviri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb. xəbər verir ki, Hikmə

Prezidentlər Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisinə baxıblar

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ"


tezbazar yeni xeberler son xeberler azerbaycan xeberleri son xabar dunya xeberleri cəbhədən son xəbər valyuta mezennesi