"Birbank"da yaranan problem: Vətəndaşların pulları oğurlana bilər?

Xəbər verdiyimiz kimi, "Kapital Bank"a aid "Birbank" tətbiqinin fəaliyyətində nasazlıq yaranıb. Bu isə bankın müştəriləri arasında təlaşa səbəb olub. İnsanlar sözügedən məsələ ilə bağlı öz narahatlıqlarını açıq şəkildə ifadə ediblər. 
Maraqlıdır, bu cür texniki problemlərin tez-tez yaşanmasında səbəb nədir? Belə olduqda şəxsi məlumatlar və hesablardakı vəsaitlər risk altına düşürmü?
Mövzuya münasibət bildirən İKT üzrə ekspert Elvin Abbasov suallara belə aydınlıq gətirib:
"Bütün banklar özünü inkişaf etdirmək üçün telefon tətbiqləri üzərində daim işləyir və yeniliklər aparırlar. Bu zaman isə müxtəlif dayanmalar mümkündür və bu daim olacaq. Burada hər hansı bir yeniləmə proseslərində vətəndaşların şəxsi məlumat və vəsaitlərinə heç bir dəyişiklik və giriş edilmir. Vətəndaşın profili onun loqin girişinin üzərindən sonrakı mərhələdir. Bankların mobil tətbiqlərində texniki sazlamalar zamanı insanların vəsaitləri və məlumatları heç bir risk altına düşmür. Bankların proqram təminatlarının mobil tətbiq tətbiqlərdə yenilənməsi zamanı vətəndaşlara zərər gələ biləcək məqam yoxdur. Daha çox funksiyaları insanların istifadəsinə vermək üçün bu cür tədbirlər görülür".
Ekspert bildirir ki, narazılıq yaranmasın deyə, bu cür prosesləri daha peşəkar formada da həyata keçirmək mümkündür:
"Oxşar texniki problemlər təkcə Azərbaycanda deyil, həmçinin, digər ölkələrdə də yaşanır. Banklar öz tətbiqlərində yeni funksiyaları işə salmaq üçün müəyyən işlər apara bilərlər. Burada qaydalara zidd heç nə yoxdur. Sadəcə belə yenilikləri tətbiq edərkən daha peşəkarcasına davranaraq, vətəndaşlara problem yaratmayacaq formada həmin prosesi həyata keçirmək mümkündür. Adətən, texniki vəziyyətdə bir neçə mühit olur. İş mühitində belə sazlamaları özləri tamamilə sınaqdan keçirdikdən sonra bu funksiyaları əsas mühitə təqdim edirlər. Buna test mərhələsi də deyilir. Belə olduqda vətəndaşlar həmin profilaktik tədbirləri hiss etmirlər. Bununla yanaşı, sözügedən yenilənmə gecə saatlarında baş tutur. Bu da vətəndaşların mobil bank tətbiqlərinə daxil olmadığı vaxtdır. Ola bilər ki, həm onların serverlərində, həm də başqa səbəblərdən qaynaqlanan problemlər müşahidə oluna bilər. Amma hər bir halda bu, bankın öz sisteminin yenilənməsi ilə bağlıdır".
yenisabah.az / konkret.az


Sosial     Baxılıb: 55   Tarix: 01 may 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var

Təxminən 70 gün əvvəl itkin düşmüş 22 yaşlı Könül Ağayevanın qəsdən öldürülməsi müəyyən olunub. xəbər verir ki, bununla bağlı Lənkəran Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, həyata keçirilmiş çoxsaylı istintaq v

Müasir dövrdə ailədə qadının yoxsa kişinin sözü daha keçərlidir? - SORĞU

Qadın və kişi ayrı-seçkiliyi hər zaman müzakirə mövsuzu olub. "Müasir dövrdə qadınların yoxsa kişilərin sözü daha keçərlidir?" mövzusu ilə bağlı sorğu keçirib. Sorğuda iştirak edən şəhər sakinlərinin bir hissəs

Rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ

"Bu gün məktəblərdə rus bölməsi üzrə kifayət qədər yer və pedaqoq ehtiyatımız var". -a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor

Növbəti günlərdə hava şəraiti necə olacaq?

Bakıda və Abşeron yarımadasında mayın 16-sı və 17-si günün birinci yarısında arabir yağış yağacağı gözlənilir. bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirili

Ağır qəzada həlak olan şəxs polis zabiti imiş

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Toyota Prado" markalı avtomobil idarəetməni itirərək uşaq bağçasının divarına çırpılıb. -a istinadən xəbər verir ki, qəzada aldığı xəsarətlərdə

Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq. xəbər verir ki, bu barədə report-a Komissiyanın üzvü, Mətbuat Şurasının sədri Rəşad Məcid məlumat verib. O bildiri

Nobel mükafatı laureatı Azərbaycana gələcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəxri üzvü, Nobel mükafatı laureatı Əziz Sancar may ayının 30-da Azərbaycana gələcək. Bu barədə AMEA prezidenti akademik İsa Həbibbəyli məlumat verib. Məlumata görə, AMEA-nı

Yağıntılı hava şəraiti bu tarixədək davam edəcək - XƏBƏRDARLIQ

Mayın 19-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 21-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki

Sabah bu yerlərdə qaz olmayacaq

Sabah Cəlilabad rayonunda 3 kəndində qaz təchizatında məhdudiyyət olacaq. "Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad qaz paylayıcı stansiyadan qidalanan Maşlıq, Muğan və Söyüdlü kəndlərini təbii qazl


tezbazar yeni xeberler son xeberler azerbaycan xeberleri son xabar xankendi valyuta mezennesi 2024 valyuta