Bu gün yeni vəzifəyə təyin olunan Nigar Rüstəmli kimdir? – DOSYE

Bu gün yeni vəzifəyə təyin olunan Nigar Rüstəmli kimdir? – DOSYEBu gün Nigar Rüstəmli TƏBİB-in Korporativ əməkdaşlıq və tibbi turizm şöbəsinin rəhbəri təyin edilib.
KONKRET.az Nigar Zahid qızı Rüstəmlinin dosyesini təqdim edir:
O, 24 noyabr 1989-cu ildə Bakı şəhərində anadan olub.
2007-cı ildə Nəsim rayonu A.Novruzbəyli adına 46 nömrəli Azərbaycan, rus, yəhudi dilli,  ümumtəhsil müəssisəsində orta təhsilini başa vurub.
Məktəbin ictimai həyatında aktiv iştirak edib, bunun nəticəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Almanyanın Berlin şəhərində, daha sonra istisna məktəbli kimi, "Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin təşkilatının" avropanın bir çox şəhərlərində, parlamentlərində təşkil olunmuş tədbirində iştirak edib, ölkəmizin təbliğatı, Qarabağ həqiqətləri ilə bağlı çıxışlar edib.
2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai sinif müəllimliyi fakültəsinə qəbul olub,  2009-cu ildən təhsil müddətimdə "Sağlam Ailə" Tibb Mərkəzində qeydiyyatçı vəzifəsində işə başlayıb. Daha sonra baş həkim köməkçisi, mətbuat katibi, ictimaiyyətlə əlaqələr və marketinq departamenti, müştəri xidmətləri və kommunikasiya departamenti rəhbəri, adminstrativ işlər üzrə direktor müavini, icraçı direktoru və tibb mərkəzləri şəbəkəsində idarə heyətinin üzvü olub.
Nigar Rüstəmli 2012-2015-ci illərdə Ukrayna Regionlararası Heyətin İdarəolunması Prezident Akademiyasının Beynəlxalq siyasi əlaqələr fakültəsində təhsil alıb. Təhsil aldığı müddətdə "Ukrayna Azərbaycanlı Gənclər Birliyinin"nin üzvü, ölkəmizin tarixi, mədəniyyətinin təbliği ilə bağlı bir çox tədbirlərin təşkilatçısı və iştirakçısı olub.
Habelə, Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə keçirilən "Ümumukrayna Azərbaycanlılarının Forumu" , " Tibbi Forum", Akademik Zərifə Əliyevanın anadan olmasının 91 illiyi münasibəti ilə Ukraynanın İrpen şəhərində keçirilən və.s  tədbirlərin təşkilatçısı olub.
2019-2021-ci ildə Türkiyə Hacettepe Universitetində "Marketinq" və yan ixtisas "Səhiyyənin İdarəedilməsi" üzrə  magistr təhsilimi davam etdirib.
Səhiyyə sektorunda fəaliyyəti müddətində gənclərin tibbi maariflənməsi, regionlarda  profilaktik müayinə mədəniyyətini, qadın, uşaq sağlamlığı, həssas ailələrlə iş, sağlam həyat tərzini təbliği və müxtəlif istiqamətlərdə layihələr reallaşdırıb.
20 dən çox irimiqyaslı konfransın təşkilatçısı olub.
Səmərəli fəaliyyətə görə bir çox nominasiya və mükafatlara (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəxri fərmanı, Gənclər və İdman Nazirliyinin fəxri fərmanı, İlin işgüzar qadını, Mətbuatın dostu, Global Woman Awards, CEO Awards və.s) layiq görülüb.
O, fəaliyyət istiqaməti çərçivəsində bir çox beynəlxalq, yerli və dövlət tədbirlərində spiker, moderator kimi iştirak edib. Eyni zamanda  TUMİB – "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin idarə heyəti üzvüdür.
Ailəlidir, bir övladı var.


Siyasi     Baxılıb: 52   Tarix: 01 may 2024
f Paylaş

Xidmetler

Oxşar xəbərlər

Lukaşenkonun Azərbaycana səfəri başa çatdı

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri mayın 17-də başa çatıb. xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovu

İrandakı səfirliyimizin yeri dəyişdirilib - RƏSMİ

"Ötən ilin yanvar ayında səfirliyimizə qarşı törədilmiş terror hücumundan sonra, İran tərəfi ilə danışıqların əsas istiqamətlərindən biri səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi məsələsi ətrafında olub"

Rəsmi Moskva İrəvanın KTMT ilə bağlı qərarına belə reaksiya verdi

"Ermənistanın KTMT-ni maliyyələşdirməyi dayandırması faciəvi hal deyil". " "ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib. O bildirib ki, buna baxmayara

Nazir maaşına əlavələr ABŞ-da biznes qurmağa yetirmi? - Məmmədyarovun qeyri-səmimiliyi

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov artıq evdən işləmir. O, son vaxtlar fəallaşıb, kitab çap etdirir və mediada tez-tez görünür, müsahibələr, şərhlər verir. xəbər verir kİ, Məmmədyarov son olaraq İTV-yə müsahibəsind

Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesi çərçivəsində əldə olunan irəliləyişi alqışlayır. xəbər verir ki, bu barədə Aİ-nin mətbuat xidmətinin bəyanatında deyilir. "Aİ 1991-ci il Almat

Almaniya Rusiyadakı səfirini geri qaytardı

Almaniyanın səfiri Aleksandr Lambsdorf Berlindəki məsləhətləşmələrdən sonra Moskvaya qayıdıb. xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyindəki mənbə bildirib. Qeyd edək ki, mayın 6-da Almaniya Moskvanı haki

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Cıdır düzündə olublar. Bununla bağlı məlumat yayıb. /

Sahibə Qafarova Simonyanla təkbətək söhbətləşdi

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan arasında Cenevrədə qısa təkbətək söhbət olub. Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Alen Simonyanın mətbuat katibi Nell

İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik

Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etmişəm. Hazırda gördüyümüz və həyata keçirəcəyimiz işlərin miqyası çox genişdir. Bu sözləri Prezident İlham Əliyev Belaru


tezbazar azerbaycan xeberleri yeni xeberler son xeberler bu gunun xeberleri haqqinda melumat en son xeber son xəbər sou biznes