Bu peyvəndi vurduranlar ölüm riski daşıyırlar

Bu peyvəndi vurduranlar ölüm riski daşıyırlarBritaniya-İsveç əczaçılıq şirkəti "AstraZeneca" ilk dəfə etiraf edib ki, onun koronavirus preparatı ölümcül yan təsir – tromboza səbəb ola bilər, – "The Telegraph" məhkəmə sənədlərinə istinadən xəbər verir.
Nəşr bildirir ki, Oksford Universiteti ilə birgə hazırladığı peyvəndin xəstələrə ciddi ziyan vurması və hətta ölümlə nəticələnməsinə görə şirkətə qarşı qrup iddiası qaldırılıb. Zərərçəkənlər və mərhumun yaxınları "AstraZeneca"dan 100 milyon funt-sterlinqə qədər təzminat tələb ediblər.
Qurbanlardan biri də 2021-ci ildə peyvənd aldıqdan sonra damarında tromb (qan laxtası) əmələ gəldiyi, sonradan baş beyinə qansızma verən Ceymi Skottdur.
"Peyvənd çox nadir hallarda trombositopeniya sindromu (TTS) ilə tromboza səbəb ola bilər. Bunun səbəbləri məlum deyil", – qəzet "AstraZeneca"nın Skottun vəkilləri ilə yazışmalarından bir parçaya istinad edir.
"The Telegraph" qeyd edir ki, bu xəstəlik təxminən 20 faiz hallarda ölümcül olur.
"AstraZeneca" peyvəndi alanlarda tromboz və tromboemboliya əmələ gəlməsi ilə bağlı xəbərlər 2021-ci ilin yazından görünməyə başlayıb. Bundan sonra bəzi ölkələr dərmanın istifadəsini müvəqqəti olaraq dayandırdı, lakin şirkət özü tromboz ehtimalını istisna etdi. Avropa Dərman Agentliyi (EMA) da peyvəndi nəzərdən keçirdi və "AstraZeneca" peyvəndi ilə qan laxtalanma riski arasında əlaqəyə dair heç bir sübut olmadığını söylədi.
Frankfurtdakı Göte Universitetinin professoru Rolf Marşalek hesab edir ki, "AstraZeneca" vaksinindən sonra trombozun baş verməsi vaksinin "Sars-Cov-2" virusunun sünbül zülalını insan orqanizminə çatdırmaq üçün istifadə etdiyi adenoviral vektorlarla bağlı ola bilər. Alimin versiyasına görə, sünbül zülalı sağlam hüceyrənin sitozolik mayesinə (koronavirus adətən zülalları orada istehsal edir) deyil, nüvəyə göndərilir. Bildirildiyinə görə, daha sonra sünbül zülalının hissələri parçalanır, hüceyrə membranına bağlana və immunizasiya doğura bilməyən mutasiyalar yaradır. Əvəzində zülalın mutant versiyaları təxminən 100 min adamdan birində qan laxtalanmasına səbəb olur. "The Financial Times" Marşalekin versiyasını elmi ictimaiyyətdə müzakirə edilən çoxlu versiyalardan biri adlandırıb.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 7 milyon civarında şəxsin vəfat etdiyi bildirilir. ÜST vursun sürətlə yayılmasının qarşısının alınmasında peyvəndləmənin mühüm rol oynadığını açıqlayıb. Ötən il pandemiyanın sona çatdığı elan edilib. (Azadlıq Radiosu) / konkret.az


Sağlamlıq     Baxılıb: 101   Tarix: 03 may 2024
f Paylaş

Oxşar xəbərlər

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum oldu

Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". xəbər verir ki, bu barədə xərçəngin reabilitasiyası sahəsindəki mütəxəssisi, Hull Universitetində

Xərçəng xəstəliyi buna görə artıb - SƏBƏBLƏR

Siqaret aludəçiliyi, ətraf mühitin çirklənməsi, stress və düzgün qidalanmamaq xərçəngə yoluxma hallarını artırır. xəbər verir ki, araşdırmaya görə, dünyada hər il təxminən 19,5 milyon insana xərçəng diaqnozu qoyulduğu halda

Alimlərdən cüzam xəstəliyinin yayılması ilə bağlı GÖZLƏNİLMƏZ KƏŞF

Əsəblərin zədələnməsinə, yaralara, qoxu və görmə itkisinə səbəb olan cüzam min illərdir insanlarda xof yaradıb. KONKRET.azxəbər verir ki, "Current Biology" jurnalında dərc olunan yeni araşdırmaya görə, cüzam ort

Dünyanın ən bahalı dərmanlarından biri hazırlandı

Rusiyada onurğa əzələlərinin atrofiyasının müalicəsi üçün dünyanın ən bahalı dərmanlarından biri olan spinrazanın  yerli analoqu Lantesens brendi yaradılıb. KONKRET.azxəbər verir ki, dərmanın beynəlxalq qeyri-mülkiyyət ad

Sumqayıtda Azərbaycan səhiyyəsinin inkişafına həsr olunan tədbir keçirildi - FOTOLAR

Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Sumqayıt Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə şəhərin 75 illik yubileyi və "Yaşıl dünya naminə həmrəylik ili" münasibətilə "Azərbaycan səhiyyəsinin inkişafı Heydə

Çiyələk və qaragilə ilə bağlı ARAŞDIRMA - İnsan üçün faydaları 

ABŞ-dəki Cincinnati universiteti tərəfindən çiyələk və qaragilə ilə bağlı araşdırma aparılıb. xəbər verir ki, hər iki giləmeyvənin demensiyadan (unutqanlığın ön planda olduğu bir çox xəstəliyə verilən ümumi bir ad) qoruduğ

Bu şəxslərdə insult riski YÜKSƏKDİR - Tədqiqatçılar araşdırdı

A (2) qan qrupunda olan insanların 60 yaşından əvvəl insult keçirmə riskinin digər qan qruplarına nisbətən daha yüksək olduğu açıqlanıb. xəbər verir ki, bu barədə Merilend Universitetinin tədqiqatçıları araşdırma aparıblar

Qida əlavələrinin potensial TƏHLÜKƏSİ

Vitamin K əlavələri dolayı yolla qan laxtalanma riskini, beta-karoten isə siqaret çəkənlərdə ağciyər xərçəngi riskini artıra bilər. Bəzi digər birləşmələr və bitki komponentləri (vitamin C, E və dazı otu) xərçəng, depressiy

"Pilləkənlərlə qalxmaq ömrü uzadır"

Şərqi İngiltərə və Norfolk Universitetindən olan Britaniya alimləri müəyyən ediblər ki, mütəmadi olaraq pilləkənlərlə qalxmaq ömrü əhəmiyyətli dərəcədə uzada bilər. . xəbər verir ki, tədqiqatın nəticələri Avropa Kardioloqla


tezbazar azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi maraqlı xəbərlər son xeber.az son xəbər