Bugünkü güclü və müstəqil Azərbaycan məhz Ulu Öndər Heydər Əliyev siyasətinin əsəridir

Bugünkü güclü və müstəqil Azərbaycan məhz Ulu Öndər Heydər Əliyev siyasətinin əsəridirÜmummilli lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixi Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcıdır. Həmin vaxt siyasi hakimiyyətə gələn müdrik şəxsiyyət Heydər Əliyev respublikamızın həyatında möhtəşəm dəyişikliyə nail olub, milli, müstəqil dövlətin qurulması üçün zəruri olan bütün işləri görüb, Azərbaycanı həm SSRİ, həm də dünya miqyasında tanıdıb.
1969-cu ilə qədər iqtisadi tənəzzüldə boğulan, SSRİ-nin geridə qalmış aqrar respublikası kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, eyni zamanda, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu, yüksək mədəniyyəti, incəsənəti, alimi, əmək adamı ilə bütün dünyada tanınan bir diyara çevrilmişdi.
Ulu öndər Heydər Əliyevin həmin illərdə milli təhsilin, mədəniyyətin, ordunun inkişafına göstərdiyi qayğı, həmin illərdə atılan möhkəm təməllər, verilən müdrik qərarlar bugünkü Azərbaycan təhsilinin, ordusunun, mədəniyyətinin inkişafının başlanğıcı hesab oluna bilər.
Ona görə də 1969-cu ilin 14 iyulunda ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı hesab olunur.
Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətinin ikinci mərhələsi də son dərəcə təlatümlü, ziddiyyətli, ictimai-siyasi gərginliklərlə səciyyələnən dövrə təsadüf etmişdir. Buna baxmayaraq, Ulu Öndər özünə xas uzaqgörənlik və siyasi müdrikliklə Vətənimizi düçar olduğu bəlalardan xilas etmək, ölkəmizi sürətlə fəlakətə aparan təhlükəli proseslərin qarşısını almaq üçün mümkün olan hər şeyi etmiş və Azərbaycanı vətəndaş qarşıdurmasından, parçalanmadan xilas etmişdir.
Böyük şəxsiyyət 1993-cü ildə yenə də xalqın çağırışına cavab verərək, Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başlamışdır.
Bugünkü güclü və müstəqil Azərbaycan məhz Ulu Öndər Heydər Əliyev siyasətinin əsəridir.
Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikamızın elə bir regionu, bölgəsi, rayonu tapılmazdı ki, ulu öndər Heydər Əliyev oraya bir neçə dəfə səfər etməsin. Məhz bu respublikanın ikinci böyük şəhəri və mədəniyyət mərkəzi olan doğma Gəncəmiz də daima Ulu Öndərin böyük diqqət və qayğısı ilə əhatə olunub.
Ümimilikdə Heydər Əliyev Gəncəyə 8 işgüzar səfər edib. Bu səfərləri iki mərhələyə ayırmaq olar. Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi olduğu 1969-1982 –ci illər və Azərbaycan Respublikasının prezidenti olduğu 1993-2003 cü illər.
Hər iki mərhələdə Heydər Əliyevin Gəncəyə 4 səfəri reallaşıb.
Heydər Əliyevin Azərbaycan respublikasının prezidenti seçildikdən sonra da ilk işgüzar səfərini Gəncəyə etməsi doğma şəhərimizə göstərilən böyük etimadın bariz nümunəsidir.
1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri dövründə də Gəncə məhz Heydər Əliyevin qətiyyəti sayəsində qardaş qırğınından xilas edildi. Birmənalı şəkildə demək olar ki, Gəncənin ən ağır günlərində Heydər Əliyev həmişə bizimlə olub.
Ölkəmizin bugünkü sürətli inkişaf dinamikası onu deməyə əsas verir ki, ulu öndər tərəfindən əsası qoyulan siyasət Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bütün ölkədə olduğu kimi, Gəncədə də uğurla icra edilir.
Biz hamımız qalib və müzəffər bir ölkənin vətəndaşı olmaqdan qürur duyuruq.
Bugünkü güclü və müstəqil Azərbaycan məhz Ulu Öndər Heydər Əliyev siyasətinin əsəridirNatavan Məmmədova, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının fəalı


Siyasi     Baxılıb: 380   Tarix: 15 iyul 2022
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

Almaniya Rusiyadakı səfirini geri qaytardı

Almaniyanın səfiri Aleksandr Lambsdorf Berlindəki məsləhətləşmələrdən sonra Moskvaya qayıdıb. xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyindəki mənbə bildirib. Qeyd edək ki, mayın 6-da Almaniya Moskvanı haki

Qərb Gürcüstanda öz səhvlərinin "meyvəsi"ni dadır - ŞƏRH

Azərbaycan ictimaiyyəti ölkəmizin strateji tərəfdaşlarından biri olan qonşu Gürcüstanda baş verən prosesləri diqqətlə və həyəcanla izləməkdədir. Bəri başdan deyək ki, ərazi bütövlüyü və süverenliyi Rusiya tərəfdən kobudcasın

Nazir maaşına əlavələr ABŞ-da biznes qurmağa yetirmi? - Məmmədyarovun qeyri-səmimiliyi

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov artıq evdən işləmir. O, son vaxtlar fəallaşıb, kitab çap etdirir və mediada tez-tez görünür, müsahibələr, şərhlər verir. xəbər verir kİ, Məmmədyarov son olaraq İTV-yə müsahibəsind

"Qarabağda bu işləri görməyə hazırıq" - Lukaşenko

"Kənd təsərrüfatında buraya cins mal-qara, hər şeydən əvvəl, süd məhsullarına, iribuynuzlu mal-qara ətinə tələbatı tam təmin etmək üçün tədarüklə bağlı böyük proqramlarımız var. Biz bu mal-qaranı sizə tədarük edəcəyik"

Putin: "Əvvəlcə, görək, Fransa Ukraynaya qoşun göndərir, ya yox"

Rusiya prezidenti Vladimir Putin deyib ki, biz əvvəlcə Fransanın Ukraynaya öz qoşunlarını göndərib-göndərməyəcəyini anlamalı, sonra isə bu hərəkətlərə cavab vermək üçün mümkün variantları nəzərdən keçirməliyik. . KONKRET.azxaric

Azərbaycan və Ermənistan parlament sədrləri görüşdü

Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan arasında qısa danışıqlar olub. xəbər verir ki, bunu Ermənistan parlamentinin mətbuat xidmətinin rəhbəri Nelli Qulyan deyib. Qey

Prezidentlər Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisinə baxıblar

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ"

Ərdoğan: "Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir

"Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ile birgə mətbuat konfransı zaman

Prezidentlər Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisinə baxıblar

Azərbaycan və Belarus prezidentləri Şuşadakı Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ" sərgisinə baxıblar. xəbər verir ki, mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasını


tezbazar yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler azerbaycan xeberlər xeberler bu qun ən son xəbərlər