"Buta" Klinikası bəyanat yaydı – "Barəmizdə saxta xəbərlər tirajlanır

Paytaxtın Nərimanov rayonu ərazisində fəaliyyət göstərən "Buta" klinikası bəzi mətbuat orqanlarında klinikanın fəaliyyətinin dayandırılması ilə bağlı yayılan iddialara münasibət bildirib.
AZXEBER.VOM xəbər verir ki, klinikanın İctimaiyyətlə Əlaqələr departamentindən verilən məlumata görə, klinika hazırda öz fəaliyyətini davam etdirir və bütün personalı ilə iş başındadır.
Bəyanatda deyilir:
24.06.2022-ci il tarixdə bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) və sosial media hesablarında klinikamızda Fövqəladə Hallar Nazirliyinin (FHN) yoxlamalar keçirməsi və fəaliyyətini dayandırması barədə əsassız informasiyalar yayılıb. Tərəfimizdən bildiririk ki, nazirlik əməkdaşları klinikaya baxış zamanı bəzi məhdudiyyətlər tətbiq etsələr də, bunun aradan qaldırılması üçün vaxt təyin ediblər. Biz də öz növbəmizdə mütəxəssislərin iştirakı ilə qeyd olunan nöqsanların aradan qaldırılması istiqamətində fəaliyyətə başlamışıq. Qeyd edirik ki, aşkar olunan nöqsanlar aradan qaldırıla biləndir və tərəfimizdən bütün tədbirlər görüləcək.
Əlavə olaraq bildiririk ki, son dövrlər vaxtilə nazirliklərin birində yüksək vəzifədə çalışmış jurnalistlərdən biri tərəfindən klinikamıza və klinikamızın direktoru, Dr. Araz Bayramova qarşı məqsədli şəkildə qarayaxma kampaniyası aparılır. Hüquqi müstəvidə heç bir nəticə əldə etməyən və başdan ayağa böhtanla məşğul olan bu xanım jurnalistin əməllərinə dözümlə yanaşsaq da, Fövqəladə Hallar Nazirliyinin son yoxlama tədbirlərini də ""Buta" klinikası bağlanır, Araz Bayramov dələduzdurmu?!" sual nida başlığı altında mətbuata da o ötürüb. Ednews.net adlı tanınmayan bir xəbər portalında ilkin mənbə olaraq dərc olunan  və sonradan bütün mətbuat orqanlarına müxtəlif başlıqlarla yönəldilən bu xəbərdə hüquqi müstəvidə təsdiqini tapmayan məhkəmə iddiasından da bəhs olunur. Həmin jurnalist öz sosial media hesabında "Araz Bayramov, atanın da, sənin də burnundan gətirəcəyik" replikası ilə saytdan xəbəri paylaşıb.
Ednews.net portalını və bu xəbəri tirajlayan jurnalisti məhkəməyə verəcəyimizi, klinikamızın və onun rəhbərinin nüfuzunu ləkələyən ittihamlara görə, xüsusi ittiham qaydasında hüquqi ölçü götürülməsini tələb edəcəyimizi bəyan edirik. 
Bir daha bəyan edirik ki, "Buta" klinikası tam gücü ilə fəaliyyət göstərir və müasir tibbin yenilikləri ilə bundan sonra da fəaliyyətini davam etdirəcək.
Sonda bəyan edirik ki, "Buta" klinikasının direktoru, Dr. Araz Bayramov Fransada təhsil alıb və beş il müddətində "Eduard Herriot" adına xəstəxanada çalışıb. 2010-cu ildə Azərbaycana dönən A.Bayramov bu günə qədər minlərlə əməliyyat icra edib. Avropa Uroloqlar Cəmiyyətinin İdarə Heyətinin üzvü olan Dr.Bayramov dövlət proqramı məzunudur. 


Sosial     Baxılıb: 484   Tarix: 25 iyun 2022
f Paylaş

Xidmetler

Oxşar xəbərlər

Daşaltı şəhidi Sabir Mustafayev dəfn olundu

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri - Sabir İslam oğlu Mustafayev Suraxanı rayonunun Əmircan qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub. Azərtac-a istinadən xəbə

ABŞ-dən yeni SANKSİYA HƏDƏLƏRİ - Şimal-Cənub dəhlizi ilə bağlı

Daha əvvəl xəbər verildiyi kimi, mayın 13-də İran və Hindistan Çabahar limanının birgə fəaliyyəti ilə bağlı 10 illik müqavilə imzalayıb. KONKRET.azxəbər verir ki, ABŞ Dövlət Departamenti dərhal bəyanat yayaraq, bu razılaşmanı

Sabah bu yerlərdə qaz olmayacaq

Sabah Cəlilabad rayonunda 3 kəndində qaz təchizatında məhdudiyyət olacaq. "Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad qaz paylayıcı stansiyadan qidalanan Maşlıq, Muğan və Söyüdlü kəndlərini təbii qazl

Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb

Saat 21:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Daşkəsən, Göygöl, Gəncə, Balakən, Qəbələ, Qobustan, Qusar, Xaltan, Astarad

Şəmkirdə ağır yol qəzası - Ölən və yaralananlar var

Bakı-Qazax magistral yolunun Şəmkir rayonundan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi olub. Report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, dörd nəfər xəsarət alıb. Belə ki

Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır - FƏRMAN

Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - RƏSMİ

Bakıda vətəndaş dələduzluq edərək kirayə qaldığı evləri sahiblərinin xəbəri olmadan satıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) "Qafqazinfo"nun sorğusuna cavab verib. "Bakı şəhər sakini Leyla Nəbiyevanı

Yağıntılı hava şəraiti bu tarixədək davam edəcək - XƏBƏRDARLIQ

Mayın 19-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 21-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki

Magistraturaya qəbul imtahanında ölkə birincisi o oldu

Xəbər verdiyimiz kimi, magistraturaya qəbul imtahanlarının II cəhdinin esse nəticələri açıqlanıb. -ın məlumatına görə, nəticələrə əsasən, 93,5 balla Günay Quliyeva ölkə birincisi olub. . Günay Quliyeva Bakı Dövlət Universitetini


tezbazar yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeber dunyada son xeberler futbol xeberleri son.xeber