Cənubi Qafqazda sülh və təhlükəsizliyə böyük töhfə

Cənubi Qafqazda sülh və təhlükəsizliyə böyük töhfəAzərbaycan dünyada mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfə verən və dini-mənəvi dəyərlərə dərin ehtiramın ifadəsinə çevrilən bir ölkə kimi tanınır.
azxeber.com xəbər verir ki, son illər ölkəmizdə keçirilən beynəlxalq səviyyəli tədbirlər bir daha sübüt edirki, Azərbaycan dünyanın mədəni həyatının əsas mərkəzlərindən biridir. Ölkəmiz həmçinin, regional lider kimi qlobal problemlərin həllində platforma rolunu oynayır. Əminliklə qeyd edə bilərik ki, Azərbaycanda mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm də milli səviyyədə həyata keçirilən tədbirlər ölkəmizin qlobal arenada nüfuzunu artırmaqla yanaşı, xalqımızın milli həmrəyliyini daha da möhkəmləndirir.
Mayın 1-də Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. İldən-ilə tədbir iştirakçılarının artan say tərkibi və onların təmsil etdikləri ölkələrin qlobal probemlərin həllində fəal iştirakı bütün dünyanın diqqətini Azərbaycana yönəldir. Bu, həm də onu təsdiqləyir ki, Forum çox mühüm beynəlxalq platformadır. 
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə baş tutmuşdur. Elə həmin ilin 27 may tarixində cənab Prezident İlham Əliyevin imzaladığı Fərmanla Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hər iki ildə bir dəfə Azərbaycanda keçirilməsi qərara alınıb. III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq" devizi altında keçirilib. Forumda ilk növbədə BMT Baş Assambleyası tərəfindən elan olunan 21 may - Dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik gününə həsr edilən layihə və proqramlar, eləcə də mədəniyyətlər arasında etimad və əməkdaşlığın möhkəmləndirilməsində din, miqrasiya, idman, təhsil, incəsənət və biznesin rolu ətrafında müzakirələr aparılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 110 ölkənin nümayəndəsinin iştirak etdiyi Forumun açılış mərasimində çıxış edərək qeyd etdi ki, "Bakı Prosesi" mə¬də¬niy¬yət¬lərarası dialoqun dönməzliyinə xidmət edir, Azərbaycanın təşəbbüsü ilə ziyalılar, siyasət¬çilər, qə¬rar qəbul edənlər, media nümayəndələri, vətəndaş cəmiyyətinin nümayəndələri eyni düşüncə ətrafında fikir mübadiləsi naminə bir araya gətirilib. Çıxışında Möhtərəm Prezidentimiz cənab İlham Əliyev vurğuladı ki, əsrlər boyu Azərbay¬can mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb. Çoxmədə¬niy-yətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyər¬ləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub.
Azərbaycan dünyanın elə dövlətlərindəndir ki, bu dövlət tolerantlığı ilə, bəşəriliyi ilə, dün¬yəvi mədəniyyət nümunələri ilə, zəngin təbiəti ilə tanınır. Bu tanınma təkcə ehtiram yaratmır, hərdən məqsədyönlü münasibətin də başlanğıcı olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, "Bəzi insanlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi ma¬raqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər".
Azərbaycan xalqı tarix boyu bəşəri cinayətlərə məruz qalmış, müxtəlif dövrlərdə əraziləri işğal olunmuşdur. Xüsusilə 30 ilə yaxın işğal dövründə ərazilərimizdən müxtəlif cinayətlər üçün istifadə edən, burada qanunsuz yaşayışa rəvac verən, ekoloji, ideoloji, milli və dini terrorizimi həyata keçirən Ermənistanın beynəlxalq hüquqazidd bu özbaşınalığına bəzi güc mərkəzləri göz yumublar. Bu müddət ərzində ermənilər öz nəzarətlərində saxladıqları ərazilərdə mövcud olan 68 dini abidənin, demək olar ki, hamısını dağıdıb və yaxud təhqirlərə məruz qoyublar. Məhz digər xalqların bu cür bəlalara dücar olmaması üçün ümid işığı olan Azərbaycan daim mədəniyyətlərarası dialoqu möhkəmləndirməyə xüsusi önəm verir.
"Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniy¬yət¬lə¬rarası Dialoq Forumu dünyada sülhün bərqərar olması istiqamətində mühüm əhəmiyyətə malik olacaqdır.


Siyasi     Baxılıb: 54   Tarix: 04 may 2024
f Paylaş

Oxşar xəbərlər

Lukaşenkonun Azərbaycana səfəri başa çatdı

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri mayın 17-də başa çatıb. xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovu

İrandakı səfirliyimizin yeri dəyişdirilib - RƏSMİ

"Ötən ilin yanvar ayında səfirliyimizə qarşı törədilmiş terror hücumundan sonra, İran tərəfi ilə danışıqların əsas istiqamətlərindən biri səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi məsələsi ətrafında olub"

Rəsmi Moskva İrəvanın KTMT ilə bağlı qərarına belə reaksiya verdi

"Ermənistanın KTMT-ni maliyyələşdirməyi dayandırması faciəvi hal deyil". " "ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib. O bildirib ki, buna baxmayara

Nazir maaşına əlavələr ABŞ-da biznes qurmağa yetirmi? - Məmmədyarovun qeyri-səmimiliyi

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov artıq evdən işləmir. O, son vaxtlar fəallaşıb, kitab çap etdirir və mediada tez-tez görünür, müsahibələr, şərhlər verir. xəbər verir kİ, Məmmədyarov son olaraq İTV-yə müsahibəsind

Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesi çərçivəsində əldə olunan irəliləyişi alqışlayır. xəbər verir ki, bu barədə Aİ-nin mətbuat xidmətinin bəyanatında deyilir. "Aİ 1991-ci il Almat

Almaniya Rusiyadakı səfirini geri qaytardı

Almaniyanın səfiri Aleksandr Lambsdorf Berlindəki məsləhətləşmələrdən sonra Moskvaya qayıdıb. xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyindəki mənbə bildirib. Qeyd edək ki, mayın 6-da Almaniya Moskvanı haki

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Cıdır düzündə olublar. Bununla bağlı məlumat yayıb. /

Sahibə Qafarova Simonyanla təkbətək söhbətləşdi

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan arasında Cenevrədə qısa təkbətək söhbət olub. Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Alen Simonyanın mətbuat katibi Nell

İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik

Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etmişəm. Hazırda gördüyümüz və həyata keçirəcəyimiz işlərin miqyası çox genişdir. Bu sözləri Prezident İlham Əliyev Belaru


tezbazar azerbaycan xeberleri yeni xeberler son xeberler bu gunun xeberleri haqqinda melumat en son xeber son xəbər sou biznes