Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTOCoratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO
Sumqayıt şəhərinin Corat qəsəbəsində beş yüz illik tarixə şahidlik edən Hacı Məcid hamamına sahib çıxan yoxdur. 
Belə ki, tarixi hamam ərazisinin zibilliyə çevrilməsi və təmir-bərpa işlərinin aparılmaması ilə bağlı Oxu.Az-a daxil olan şikayət əsasında aidiyyəti qurumlara sorğu ünvanladıq.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu hamam dövlət mühafizəsinə götürülmüş abidələrin siyahısına daxil deyil. Həmin siyahıya daxil edilməsi üçün qeydiyyata alınıb və lazımi tədbirlər görülür. Hamamın ətrafına və içərisinə məişət tullantılarının atılması ilə bağlı dəfələrlə tədbirlər görülsə də, eyni hallar yenidən təkrarlanır. Təxminən bir neçə ay öncə də analoji hal baş vermişdi və yerli icra orqanları ilə birgə təmizlik işləri aparılmışdı.
Sumqayıt şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən tarixi abidə Mədəniyyət Nazirliyinin balansındadır, ərazidə təmizlik işləri aparılacaq.
Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən isə Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, tarixi bina birmənalı olaraq qurumun balansında deyil.
"Hacı Məcid yeni aşkar olunmuş abidə kimi qeydiyyata alınıb. Dövlət mühafizəsinə götürülmüş abidələrin siyahısına daxil edildikdən sonra bərpa və istifadəsi məsələsinə baxılacaq", - deyə məlumatda vurğulanıb.
15:26
Sumqayıt şəhərinin Corat qəsəbəsindəki tarixi Hacı Məcid hamamı uzun illərdir ki, baxımsız vəziyyətdədir.
Bu barədə Oxu.Az-a sakinlər məlumat veriblər.
Qeyd olunub ki, Corat sakinləri arasında "köhnə hamam" kimi də tanınan və tarixi XV-XVI əsrlərə aid edilən bu tarixi abidə artıq neçə ildir ki, baxımsızlıq səbəbindən zibilliyə çevrilib. Belə bir tarixi sərvətin zibilliyə çevrilməsinə isə aidiyyəti qurumlar sadəcə göz yumurlar.
Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTOSakinlər onu da bildiriblər ki, tarixi abidələr siyahısında yer alan köhnə hamam ərazisinin zibilliyə çevrilməsinin əsas səbəblərindən biri də orada heç bir təmir-bərpa işləri aparılmamasından və cavabdeh qurumların tarixi tikiliyə laqeyd münasibətindən yaranıb. Beş əsrlik yol gələn Hacı Məcid hamamı sonuncu dəfə 1985-ci ildə təmir edilib və1988-ci ilə qədər istifadə olunub. Ondan sonra isə baxımsızlıqdan yox olmaq təhlükəsi ilə üz-üzə qalıb.
Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTOHamamın unikallığı ondan ibarət olub ki, əvvəllər bura gələn kükürdlü suyun isinməsi üçün tək bir şamın olması kifayət edirmiş. Bu səbəbdən ona yerli sakinlər həm də "bir şam ilə qızan" hamam deyiblər.
Hacı Məcid hamamında kanalizasiya borularının saxsıdan olması da maraqlı faktlardan biridir. Məhz həmin borular vasitəsilə əvvəllər hamamın həyətindəki quyuya yaxınlıqda yerləşən Nəbi bulağından kükürdlü su gəlib. Təəssüf ki, bu gün həmin quyu da quruyub.
Xatırladaq ki, Corat qəsəbəsində mövcud olmuş iki tarixi hamamdan biri hesab olunan Hacı Məcid hamamı Sumqayıt şəhərinin Corat qəsəbəsində, Səməd Vurğun küçəsindən 60-70 metr aralıda, qəsəbənin daxilinə uzanan küçənin sağ tərəfində yerləşir. 
Əzizə İsmayılova


Turizm     Baxılıb: 177   Tarix: 12 aprel 2024
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır. "İnquşetiya hökuməti Bakıya qatarların hərəkətini təmin etmək üçün ötən əsrin 90-cı illərindən boş qalan dəmiryol relslərini təmizləyir"

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir. Təklif həm bir tərəfə

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO. Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutlarının yaradılması çoxdan müzakirə olunan mövzudur. Keçən il Azərbaycan-Türkiy

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA. "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsi

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO. "2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub". . xəbər veri

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO. Danimarkalı aşpaz Rasmus Munk yüksəksəviyyəli mətbəxi kosmosun kəndarına çıxarmaq istəyir və inanılmaz yemək təcrübələri təqdim etməy

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq. Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirili


tezbazar azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbər bugünki xəbərlər kriminal xeberler cəbhədən son görüntülər