Dilan Polat həbsxanada intihara cəhd edib

Dilan Polat həbsxanada intihara cəhd edib7 aydır həbsdə olan türkiyəli sosial media fenomeni Dilan Polat həbsxanada intihara cəhd edib.
KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "təşkilat yaratma və idarə etmə" və "çirkli pulların yuyulması" ittihamları üzrə həbs edilən Dilan Polat və əri Engin Polatın ötən gün məhkəməsi baş tutub.
Bildirilir ki, ikili saxlanıldıqları həbsxanadan iclasa gətirilib. Dilan Polat zala daxil olarkən Engin Polatı görəndə ağlayıb.
Məhkəmə müvəqqəti qərarını elan edərək, Polat cütlüyünün həbsinin davam etdirilməsi barədə qərar qəbul edib. Bunu eşidən Dilan əsəbiləşərək qışqırıb və daha sonra polisin nəzarəti altında oranı tərk edib.
Məlumata görə, sonuncu qərardan sonra Dilan Polat həbsxanada "ölmək istəyirəm" deyərək özünə zərər verib. O, xəstəxanaya aparılarkən qollarında və bədəninin müxtəlif nahiyələrində kəsiklər olduğu müəyyənləşib. Müayinədən sonra yenidən həbsxanaya göndərilən Polatın psixoloji müalicə aldığı deyilir. Onun vəkili Hüseyn Kaya məlumatı təsdiqləyib: "Böyük sinir krizi keçirib özünə zərər verdiyi doğrudur. Bunu nə ilə etdiyini bilirəm".
Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də məşhur fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb. Bundan sonra bir çox məşhur fenomenlər də eyni əməliyyat çərçivəsində saxlanılıb. Onların əmlakları müsadirə olunmaqla yanaşı avtomobilləri də bəyaz rəngə boyanaraq polis maşınları kimi istifadə olunmağa başlayıb. Cütlük Türkiyədə və bir çox ölkələrdə gözəllik salonları şəbəkəsinə sahibdir, həmçinin kosmetik məhsulların istehsalı ilə məşğul olurlar. Onların iki övladı var. (Qafqazinfo)
Dilan Polat həbsxanada intihara cəhd edibDilan Polat həbsxanada intihara cəhd edib


Hadisə     Baxılıb: 64   Tarix: 03 may 2024
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

Azərbaycanın Əməkdar artisti xəstəxanada VƏFAT ETDİ

Azərbaycanın Əməkdar artisti xəstəxanada vəfat edib. -ın əldə etdiyi məlumata görə, Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqov müalic

Müdafiə Nazirliyinin idarə rəisi yatağında saxlanıldı - DETALLAR

Rusiya Müdafiə Nazirliyinin kadrlar üzrə baş idarəsinin rəisi, general-leytenant Yuri Kuznetsov mayın 13-də saxlanılıb. Rusiya mediasına istinadən xəbər verir ki, o, cinayət törətməkdə şübhəli bilinir. Rusiyanın hökumətyönl

Suraxanıda iki avtomobil yanıb

Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub. FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 40 m² olan tikilinin dam örtüyünün yanar konstruksiyaları, içərisində "Mercedes" markalı minik avtomobilinin yanar hissələr

Arvadını öldürən nazir və qohumu həbs olundular

Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri Kyandık Bişimbayev 24 il müddətinə azadlıqdan məhrum edilib. xarici mediaya istinadən xəbər verir ki, Andlılar məhkəməsi onu nikahsız arvadına işgəncə verməkdə və öldürməkdə təqsirl

Azərbaycanda polis qəzada vəfat etdi

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Toyota Prado" markalı avtomobil idarəetməni itirərək uşaq bağçasının divarına çırpılıb. xəbər verir ki, qəzada aldığı xəsarətlərdən vəfat edən 1986-c

Rusiyanın xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti aktor Oleq Levakov vəfat edib. xəbər verir ki, bu barədə onun həmkarları məlumat verib. 76 yaşlı aktyorun ölüm səbəbi haqqında açıqlama verilməyib. ( )

Canlı yayımda intihar cəhdinin qarşısı alındı

Canlı yayımda qadının intihar cəhdinin qarşısı alınıb. Bu barədə -a DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, polis əməkdaşlarının çevik müdaxiləsi ilə cəhdin qarşısı alınıb, qadına ilkin tibbi yardım göstərilib

Bakıda məktəbli bıçaqlandı

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. apa-ya istinadən xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində baş verib. Belə ki, 17 nömrəli məktəbin qarşısında 2007-ci il təvəllüdlü Hüseynov Rəsul Anar oğlu tanış

Ağır qəza: yol istismar idarəsinin əməkdaşı öldü

Biləsuvarda yük maşını mikroavtobusla toqquşub. xəbər verir ki, hadisə Biləsuvar – Bəhrəmtəpə yolunda, Biləsuvar rayonunun Ağayrı kəndində baş verib. Hərəkətdə olan "Mercedes" markalı yük maşını, Şahmar Mehtiyevi


tezbazar yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun 2024 muharibe xeber son xeberler bugun 2024 azerbaycan son xeber 2024