"EasyCep" Azərbaycanda fəaliyyətini genişləndirir - FOTOLAR

Yenilənmiş elektron cihazların satışı sektorunun liderindən olan və bu sahədə etibarlı tərəfdaş nüfuzuna sahib "EasyCep" şirkəti Azərbaycanda özünün ilk mağazasını açmaqla qlobal miqyasda genişlənmədə növbəti mühüm addımını atıb.
Bakıda 28 May küçəsi 18 ünvanında yerləşən, müasir dizaynı ilə fərqlənən mağaza müştərilər üçün üstün və rahat xidmət təcrübəsini göstərməyə başlayıb.
Yeni açılmış mağazada "EasyCep" tərəfindən yenilənmiş smartfonların şəffaf qiymətləndirilməsi və alışı, ehtiyyac olduğu təqdirdə qlobal standartlara uyğun sertifikatlaşdırılmış yenilənməsi həyata keçiriləcək. Alıcılar isə mağazada yenilənmiş telefonları daha əlverişli şərtlərlə, eləcə də taksitlə almaq imkanına sahib olacaqlar.
Azərbaycanda mağazanın açılışı Türkiyədə bazar lideri olan "EasyCep Türkiye" şirkətinin qlobal miqyasda genişlənmək hədəfinə çatmasında yeni mərhələdir. Ötən il bu genişlənməyə hədəflənmiş şirkət ilk olaraq Qətərdə fəaliyyətə start verib. Növbəti mərhələsi isə Azərbaycan olub və "EasyCep Azərbaycan" şirkəti fəaliyyətə başlayıb.
"EasyCep Azərbaycan" şirkətinin Baş icraçı direktoru Seymur Cavadov Bakıda yeni mağazanın açılış tədbirində bildirib: "Biz Azərbaycanda ilk mağazamızın açılışını elan etməkdən məmnunuq. Yenilənmiş telefonlar konsepsiyası Azərbaycan istehlakçıları üçün yeni olsa da, onların bu əlverişli imkandan istifadə edəcəyinə əminik. İnanırıq ki, müştərilərimiz zəmanət və çevik ödəniş imkanlarını yüksək qiymətləndirəcəklər. Yenilənmiş telefonların yeni istehsal edilmiş cihazlara nisbətdə az karbon emissiyaya sahib olmasını nəzərə alaraq müştərilərimiz ekoloji cəhətdən şüurlu seçim etməkdən məmnun olacaqlar. Biz hər kəsi təklif etdiyimiz əhəmiyyətli üstünlükləri kəşf etməyə dəvət edirik".
Smartfon yenilənməsi bazarında üstün xidmət təcrübəsi
Fəaliyyətində müştəriyönümlü yanaşmanı tətbiq edən "EasyCep Azərbaycan" şirkəti Bakıda yeni açılmış mağazasında ixtisaslı texniklər tərəfindən texniki ekspertiza, aksesuarı ilə birgə qablaşdırma, çevik ödəniş imkanları və yenilənmiş telefonlara "Nar" təminatı ilə 12 aylıq zəmanət verir. Bu "EasyCep Türkiye" ilə "Nar" mobil operatoru arasında qurulmuş güclü tərəfdaşlıq sayəsində mümkündür.
Ölkəmizdə açılmış ilk mağazada artıq "EasyCep Azərbaycan" şirkəti müştərilərə yenilənmiş telefonların və digər elektron cihazların sürətli dəyərləndirilməsini, sərfəli qiymətə alışı və satışı xidmətlərini təqdim edir.
 2018-ci ildə təsis edilmiş "EasyCep Türkiye" şirkəti "Turkcell", "Trendyol", "Amazon", "Nar", "Carrefour", "Migros", "Starlink" və "Ooredoo" kimi qlobal və yerli tərəfdaşlarla əməkdaşlıq edərək yenilənmiş istehlakçı elektronikası sənayesinin aparıcı oyunçusudur. Keyfiyyətli məhsulların geniş çeşidi ilə şirkət 150-dən çox mağazaya və 800-dən çox işçi sayına sahibdir və 4000 kvadratmetr sahəyə malik müəssisədə elektronikanın ciddi yenilənməsi prosesləri ilə fəxr edir.
Qeyd edək ki, qlobal təmir edilmiş smartfon bazarı 2023-cü ildə 76,45 milyard ABŞ dolları dəyərində qiymətləndirilib, 2032-ci ilə qədər isə bu rəqəmin 185,89 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Qərbi Avropa və Şimali Amerikada yenilənmiş telefonlar artıq ümumi smartfon bazarının 20%-ni təşkil edir. 
Yenilənmiş telefonun ətraf mühitə təsiri minimaldır
Yenilənmiş telefonun alışı ətraf mühitə də müsbət təsir edir. Yeni telefonun istehsalı və ondan bir il istifadə təxminən 85 kiloqram karbon emissiyası yaradır ki, bunun da 95%-i istehsalda baş verir. Yenilənmiş telefondan istifadə isə bu emissiyaların qarşısını tamamilə alır. Bundan əlavə, təmir elektronikanın ömrünü uzadır və emissiyaları daha da azaldır. Məsələn, yenilənmiş bir iPhone 11 (Apple iPhone 11, 2019) markalı smartfonu satın alan alıcı sadəcə 15,7 kg CO₂ karbon izinə sahib olur. 72 kq CO₂ buraxan yeni cihazla müqayisədə bu 78% qənaət deməkdir. Bu həmçinin, ətraf mühitə müsbət təsir edən, tullantıları minimal səviyyəyə endirən dairəvi iqtisadiyyatın daha da inkişaf etməsinə töhfə verir.
"EasyCep Türkiye" şirkətindən bildirilib ki, yenilənmiş elektronikanın faydaları haqqında məlumatlılıq artdıqca, şirkət inkişaf etməkdə olan bazarlarda sürətli genişlənməni gözləyir.
/ azxeber.com


İqtisadiyyat     Baxılıb: 81   Tarix: 03 may 2024
f Paylaş

Xidmetler

Oxşar xəbərlər

Taleh Kazımov: 'COP29 Azərbaycana 'yaşıl' maliyyənin cəlb edilməsinə müsbət təsir göstərəcək

COP29 (BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası) Azərbaycanda dayanıqlı maliyyə ekosisteminin formalaşdırılmasına və xarici investorlar tərəfindən "yaşıl maliyyələşmə"nin cəlb edilməsinə müsbət təsi

Türk Dövlətləri Təşkilatının Baş Katibi ilə görüş keçirilib - FOTO

Türk Dövlətləri Təşkilatı Orta dəhlizi əhatə edən ölkələrin iqtisadi əlaqələrinin möhkəmləndirilməsi və Orta Dəhlizin daha fəal çalışması üçün lazım olan dəstəyi verir. xəbər verir ki, Türk Dövlətləri Təşkilatının Baş katib

Kapital Bank-ın dəstəyi ilə "My Technology" layihəsinə start verildi

Ölkənin birinci bankıKapital Bank-ın dəstəyi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və BakıMühəndislik Universitetinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin 10 və 11-cisinif şagirdlərini, eləcə də onların müəllimlərin

Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir

Sahibkarların ehtiyaclarına uyğun həllər təqdim edən Yelo Bank-dan dahabir innovativ xidmət: Mobil POS. Bu yenilik sayəsində fiziki və hüquqi şəxslərənənəvi POS terminal olmadan bank kartları, smartfon və ya ağıllı saatlardanödəni

"Gələcəyi öz əllərinlə yarat" layihəsi qadın sığınacağında

Azercell-in həssas qadın qrupları üçün təşkiletdiyi təlimlər davam edir. Azercell və "Ümidli Gələcək" İB-in "Gələcəyi öz əllərinlə yarat" layihəsi çərçivəsində növbəti təlim baş tutub. "Təmiz dünya"

AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı

Sizin yerli Avropa bankınız - Accessbank,xidmətlərin davamlı olaraq təkmilləşdirilməsi və maliyyə bazarındakıtendensiyalara uyğunlaşmaq məqsədi ilə,  dollarəmanətlər üzrə sərfəli kampaniyaya start verir. Kampaniya çərçivəsind

Veteran pulları ilə bağlı sevindirici xəbər- 160 manat

Son günlər dövlətin ayırdığı müavinətlər arasında veteran pulunun da artırılması məsələsi müzakirə mövzusuna çevrilib. Müharibə iştirakçıları hazırda 80 manat müvainət alsa da bu məbləğin az olması zaman-zaman dilə gətirilib. 

Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürə

"166 Logistika" ilə Çindən 12 günə sürətli çatdırılma - Regionda bir ilk

"166 Logistika" brendi artıq bir müddətdir ki, sosial şəbəkələrdə, radio verilişlərində və iş dünyasında gündəmi zəbt edib. . "Qafqazinfo"  xəbər verir ki, buna səbəb "166 Logistika" brendini


tezbazar azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta meherremlik 2024 son xeberler bugun xeber.az bu gun