Əhməd İsmayılov dövlət-media dialoqunun yaradılmasından danışdı

Əhməd İsmayılov dövlət-media dialoqunun yaradılmasından danışdıPraktik əhəmiyyət daşıyan dövlət-media dialoqunun yaradılması eyni zamanda cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb.
KONKRET.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov "İctimai proseslər media müstəvisində" mövzusunda Forumda çıxışı zamanı deyib.
O qeyd edib ki, bu gün keçirilən forumla Azərbaycan mediasının müasir tələblərindən və inkişaf tempindən irəli gələn tendensiyalar, habelə cəmiyyətin mediadan gözləntiləri baxımdan yeni bir təcrübənin əsası qoyulur. Forum həm dövlət-media dialoqunun səmərəli təşkilinə, həm də medianın cəmiyyəti ictimai əhəmiyyətli informasiya ilə təmin etmə funksiyasının daha effektiv səviyyəyə yüksəldilməsinə hesablanıb.
"Belə platformanı yaratmaqda Medianın İnkişafı Agentliyinin məqsədi informasiyanın peşəkar formada hazırlanıb ötürülməsinə məsuliyyət daşıyan media subyektləri ilə informasiyanın mötəbər mənbəyi funksiyasını yerinə yetirən dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına dəstək göstərilməsi, ictimai məzmunlu jurnalistika kontentinin hazırlanmasında peşəkarlıq səviyyəsinin artırılmasıdır.
Forum iştirakçıları panel sessiyalarda gündəlik fəaliyyətlərində ortaya çıxan məsələlərlə bağlı fikir mübadiləsi aparmaq imkanı qazanacaqlar. İctimai rəydə dezinformasiya vakumunun yaranmaması, ölkəmizin informasiya mühitinin çirkləndirilməsinin qarşısının alınması baxımından dövlət-media dialoqunun peşəkar prinsiplər əsasında və davamlı olaraq təmin edilməsi müstəsna xarakter daşıyır.
Media islahatlarının hüquqi bünövrəsini möhkəmləndirən "Media haqqında" Azərbaycan Respublikası Qanununun qəbulu, eyni zamanda, bu istiqamətdə atılmış sistemli addımlar ölkəmizin media mühitinin sağlamlaşdırılması, media subyektlərinin fəaliyyətinin dəstəklənməsi, jurnalist peşəkarlığının artırılması baxımından yeni inkişaf mərhələsinin əsasını qoymuşdur.
Azərbaycan mediası öz işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda, jurnalistikaya olan ictimai etimadın daha da möhkəmləndirilməsində maraqlıdır və Medianın İnkişafı Agentliyi də öz növbəsində mediadan gələn bütün təşəbbüslərə həssas yanaşaraq, onları dəyərləndirərək həyata keçməsini dəstəkləyir. Bu baxımdan "İctimai proseslər media müstəvisində" mövzusuna həsr etdiyimiz Forumun ölkəmizin media gündəminin formalaşdırılmasına töhfə verəcəyinə inanırıq", – Agentlik rəhbəri bildirib.


Siyasi     Baxılıb: 49   Tarix: 03 may 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və Belarus prezidentləri Füzuliyə getdi

Azərbaycan Respublikasında dövlət səfərində olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Füzuli rayonuna gəlib. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovu

Fransa bu günə qədər törətdiyi soyqırımlara görə bəşəriyyətdən üzr istəməlidir' - Deputat

"Bildiyiniz kimi, Yeni Kaledoniyada insanların hüquqları pozulur. Fransa tərəfindən buradakı vətəndaşlara qarşı güc tətbiq edilir". Bu sözləri -a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev Fransanın Yen

Putin: "Əvvəlcə, görək, Fransa Ukraynaya qoşun göndərir, ya yox"

Rusiya prezidenti Vladimir Putin deyib ki, biz əvvəlcə Fransanın Ukraynaya öz qoşunlarını göndərib-göndərməyəcəyini anlamalı, sonra isə bu hərəkətlərə cavab vermək üçün mümkün variantları nəzərdən keçirməliyik. . KONKRET.azxaric

"Aİ-də Paşinyandan artıq ermənipərəst olan qüvvələr var" – Armen Aşotyan

"Aİ-də Ermənistanı heç kim gözləmir". xəbər verir ki, bu barədə həbsdə olan siyasi məhbus Armen Aşotyan öz məqaləsində yazıb. Məqaləni ixtisarla oxuculara təqdim edirik:. "Ölkədə davam edən xalq üsyanları fonund

"Fransa yenə də vəhşi metodlarla xalqın iradəsini sındırmaq istəyir" - Deputat

"Yeni Kaledoniya Fransanın baş ağrısına çevrilməkdədir. Bu da səbəbsiz deyil. Köhnə zehniyyətlə bu ölkələri idarə etmək mümkün deyil. Əvvəlki müstəmləkə zehniyyəti ilə burda olan sərvətləri talayaraq hansısa xalqın rifahın

"Paşinyan istefa verməyə hazırlaşmır"

"Ermənistanın Baş naziri Nikol Paşinyan istefa verməyə hazırlaşmır". TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının üzvü, parlamentin xarici əlaqələr komissiyasını

Hikmət Hacıyev ABŞ-də bir sıra görüşlər keçirib

Hikmət Hacıyev ABŞ-a səfəri çərçivəsində Dövlət Departamentinin yüksək vəzifəli şəxsləri ilə bir sıra görüşlər keçirib. xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ-da səfərdədir. Səfər çərçivəsind

İrandakı səfirliyimizin yeri dəyişdirilib - RƏSMİ

"Ötən ilin yanvar ayında səfirliyimizə qarşı törədilmiş terror hücumundan sonra, İran tərəfi ilə danışıqların əsas istiqamətlərindən biri səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi məsələsi ətrafında olub"

Ruben Vardanyanın həbs müddəti uzadılıb

Qarabağdakı keçmiş qondarma qurumun "dövlət naziri" Ruben Vardanyan barəsində seçilmiş həbsqətimkan tədbirinin müddəti uzadılıb. xəbər verir ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində seçilmiş həb


tezbazar yeni xeberler azerbaycan xeberleri son xeberler idman xeberleri cəbhədən son vəziyyət metbuat son xeberler bugun 2024 canli