Elman Rüstəmov manatın məzənnəsi ilə bağlı açıqlama verdi

Elman Rüstəmov manatın məzənnəsi ilə bağlı açıqlama verdi"Dünya bazarlarında neftin qiymətinin yüksək səviyyədə formalaşması təbii ki, manatın məzənnəsinə ciddi dəstəkdir".
KONKRET.az xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.
Onun sözlərinə görə, neftin qiyməti bilavasitə ölkənin tədiyə balansına, cari hesablar balansına ciddi təsir göstərir. Lakin bunun nə dərəcədə uzunmüddətli olacağı bu gün məlum deyil.
"Bütövlükdə aparıcı beynəlxalq təşkilatlar cari ildə neftin konsensus qiymətini qaldırıblar. Ən azı, bugünkü qeyri-müəyyənliklər şəraitində proqnozlar ancaq cari illə kifayətlənir. Bildiyiniz kimi, hazırda dünya iqtisadiyyatında ciddi turbulentlik var. Federal Rezerv Sisteminin, dünyanın aparıcı mərkəzi banklarının pul-kredit siyasətinin sərtləşdirilməsi istiqamətində addımlar atacağı gözlənilir. Bunların da neftin qiyməti ilə əlaqəsi var. Ona görə də gözləməyi təklif edirəm. Amma cari ildə neftin qiymətinin yüksək formalaşacağı proqnozu Beynəlxalq Valyuta Fondu və bir sıra qurumlar tərəfindən artıq təsdiqlənib. Bu da bizim dövlət büdcəmizdə nəzərdə tutduğumuz qiymətdən əhəmiyyətli dərəcədə yüksəkdir. Bu isə o deməkdir ki, bizim əlavə valyuta ehtiyatlarımız yaranacaq," – deyə E.Rüstəmov bildirib.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları, məzənnə isə 1 dollar üçün 1,7 manat götürülüb. Dünya bazarında dünən "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,52 ABŞ dolları, yaxud 0,5 % artaraq 98,75 ABŞ dollarına çatıb.
"Brent" markalı neftin qiyməti isə son 8 ildə ilk dəfə olaraq bir barel üçün 95 ABŞ dollarını ötüb. Londonun ICE birjasına istinadən, dünən axşam fyuçers müqaviləsinin dəyəri 4 % artaraq bir barel üçün 95,33 ABŞ dolları təşkil edib.
"Brent" nefti sonuncu dəfə 2014-cü ilin oktyabrında 95 ABŞ dollarını keçib.


Sosial     Baxılıb: 471   Tarix: 12 fevral 2022
f Paylaş

Xidmetler

Oxşar xəbərlər

Bu gün vəfat edən hərbçimizin FOTOSU

Azərbaycan Ordusunun hərbi qulluqçusu Sənan Kərəm oğlu Hüseynov vəfat edib. Sənan Hüseynovun fotosunu əldə edib. Həmin fotonu təqdim edirik:

2023-cü ildə Azərbaycanda qeydə alınan abort sayı açıqlanıb

Azərbaycanda 2023-cü ildə 73 816 abort qeydə alınıb. Bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. 5-17 yaş üzrə 68, 18-19 yaş üzrə 2 528, 20-24 yaş üzrə 12 315, 25-29 yaş üzrə 2

Növbəti günlərdə hava şəraiti necə olacaq?

Bakıda və Abşeron yarımadasında mayın 16-sı və 17-si günün birinci yarısında arabir yağış yağacağı gözlənilir. bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirili

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Qarabağ Universitetində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifələri üzrə vakansiyalar elan edilib.  xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirili

Hoteldə ölənlərlə bağlı QARANLIQ MƏQAM: 'Niyə zəhərləndikləri bəllidir, qeyri-etik səbəbdən deyə bilmirik

Zərərçəkənlərin ailə üzvləri TV Müsavatla əlaqə saxlayaraq, rəsmi qurumların yaydığı məlumatları təkzib edir. Onlar iddia edirlər ki, faciə qida zəhərlənməsindən baş verib. Zəhərlənənənlərdən biri olan Cabbarlı Xəzərin yaxınlar

Tağı Əhmədova qarşı iki milyon manat dələduzluq edən şəxs yenidən hakim qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində üç nəfərə qarşı dələduzluq edən Sahil Nasir oğlu Abuşovun məhkəmə prosesi başlayır. "Unikal"ın məlumatına görə, məhkəmənin hazırlıq iclası may ayının 27-də hakim Aytən Əliyevanı

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Bu gün Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuranın iclası keçirilib və iclasda Mətanət Əsgərqızı (Mətanət Cəfərova) İctimai Şuranın Etik Davranış Kodeksini kobud şəkildə pozduğuna görə, Şura üzvlüyündən çıxarılıb

Sürücülərin diqqətinə! - Sabahdan bu yolda təmir başlayır

Sabah saat 09:00-dan etibarən Bakı şəhəri, Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsindəki yol qovşağında təmir işlərinə başlanılacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Məlumat verilib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Rusiya sülhməramlılarına təşəkkür edib

Azərbaycanın müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Qarabağdan çıxarılan Rusiya sülhməramlılarına göstərdikləri xidmətlərinə görə təşəkkür edib. "Report"un verdiy


tezbazar azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi maraqlı xəbərlər son xeber.az son xəbər