Ərinin ona xəsarət yetirdiyini bildirən qadınla bağlı AÇIQLAMA

Ərinin ona xəsarət yetirdiyini bildirən qadınla bağlı AÇIQLAMAVətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarətə götürülməklə, onu narahat edən halların aradan qaldırılması üçün aidiyyəti hüquq-mühafizə orqanları ilə birgə tədbirlər görülür.
2022-ci il dekabrında Yalçın Bektimirovun A.Bektimirovaya sol gözün konyuktiva qişası altında qansızma ilə müşayiət olunan sol göz yuvası nahiyəsinin qançırı, sol saidin və sol əlin qançırları xəsarətləri yetirib qəsdən onun sağlamlığına yüngül zərər vurması faktı ilə bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə cinayət işi başlanılıb.
İstintaqla Y.Bektimirovun A.Bektimirovanı mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməsi müəyyən edildiyindən cinayət əməli Cinayət Məcəlləsinin əzab vermə, işgəncə verməklə törədildikdə maddəsinə tövsif edilib və 2023-cü ilin avqustunda Y. Bektimirov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə dəfələrlə təyin edilən təkrar və komisyon məhkəmə-tibbi ekspertizasının rəylərində göstərilib ki, A.Bektimirovada sol gözün sklerasının rupturasına (cırılmasına), həmin gözün təbii qidalanmasının dayanmasına, funksiyasının tamamilə itməsinə, gözün orqan kimi sıradan çıxmasına - amputasiyasına və protezləşməsinə səbəb, onun 2022-ci ilin dekabrında aldığı xəsarət deyil, travmadan əvvəl düçar olduğu xroniki uveitin fəsadı olaraq terminal qlaukoma xəstəliyidir.
2023-cü ilin oktyabrında cinayət işi ibtidai istintaqı tamamlanaraq məhkəməyə göndərilib və məhkəmənin 14 mart 2024-cü il tarixli hökmü ilə Y.Bektimirov Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. / azxeber.com


Sosial     Baxılıb: 91   Tarix: 24 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Mojin: "Dolların çökəcəyi təqdirdə alternativ valyuta təklif edilə bilər

"Dolların və beynəlxalq valyuta sisteminin çökməsi vəziyyətində BRİKS alternativ valyuta təklif edə bilər". KONKRET.azxəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Rusiya üzrə icraçı direktoru Alekse

Çində yolun çökməsi nəticəsində ölənlərin sayı artdı

Çində avtomobil yolunun çökməsi nəticəsində həyatını itirənlərin sayı artıb. xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində 48 nəfərin öldüyü, 30 nəfərin yaralandığı qeyd edilib. Qeyd edək ki, Meycou əyalətind

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik YAYILDI

Son zamanlarda insanlar arasında "epstein barr" virusu sadə dillə desək, "öpücük" xəstəliyi yayılıb. Maraqlısı budur ki, bu virusa uşaqlarda daha çox rast gəlinir. Bəs bu nə virusudur? Virusun hansı əlamətlər

Bu şəxslər işə düzələrkən dövlətdən 4712 AZN ala bilər - RƏSMİ

Azərbaycanda yeni tətbiq edilən birdəfəlik ödənişlərdən biri də xüsusi kateqoriya şəxslərə işə düzələn zaman ödənilən vəsaitdir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər ilk dəfə işə düzələn zama

Azərbaycanda qazi həmyaşıdını bıçaqladı

Masazırda bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, -ın əldə etdiyi məlumata əsasən, qəsəbə sakini, 1991-ci il təvəllüdlü Orxan İmanov həmyaşıdı Qobu qəsəbə sakini Orxan Hüseynli tərəfindən bıçaqlanıb. Zərərçəkən dərha

Azərbaycanda 'Analar Günü' təsis oluna bilər

Cəmiyyətimizdəki müzakirələr nəticəsində Azərbaycanda "Analar Günü"nün təsis olunması məsələsinə baxıla bilər. Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr

Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib. Qafqazinfo-ya istinadən xəbər verir ki, 2014-cü ildən həmin məktəbd

Daha 66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib

Yeni dövlət qeydiyyatına alınan 66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyindən -ə verilən xəbərə görə, ticarət adı, farmasevtik forması, təsiredic

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb

Mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçu Əhmədov Fuad Cəlal oğlu vəfat edib. Bu barədə -a Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, qəza nəticəsind


tezbazar son xeberler yeni xeberler azerbaycan xeberleri bu gunun xeberleri haqqinda melumat cəbhədən son xəbərlər 2024 meherremlik 2024 bugun xeberler