Gömrük Komitəsinin sabiq əməkdaşına hökm oxundu

Gömrük Komitəsinin sabiq əməkdaşına hökm oxunduDövlət Gömrük Komitəsinin qanunsuz avtomobil idxalı müqabilində külli miqdarda rüşvət almaqda ittiham olunan eksperti Aslan Bayramovun məhkəməsi yekunlaşıb.
KONKRET.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Azad Məcidovun sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə A.Bayramov 8 il 6 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, A.Bayramov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib. O, məhkəmədə özünü təqsirli bilmədiyini deyib.
İttihamda deyilir ki, DGK-nin Gömrük Ekspertizası İdarəsinin eksperti Aslan Bayramov ayrı-ayrı şəxslərdən rüşvət qismində 13 min 500 manat məbləğində pul alıb.
O, sözügedən vəsait müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında" 29.03.2023-cü il tarixli qərarının tələblərini pozmaqla vəzifə saxtakarlığı törətməsinə, yəni 2023-cü ilin may-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 45 avtomobilə aid sənədləri saxtalaşdıraraq qanunsuz rəsmiləşdirməsinə əsaslı şübhələr müəyyən edilib.
A.Bayramova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham verilib.


Hadisə     Baxılıb: 54   Tarix: 01 may 2024
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

Bakıda məktəbli bıçaqlandı

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. apa-ya istinadən xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində baş verib. Belə ki, 17 nömrəli məktəbin qarşısında 2007-ci il təvəllüdlü Hüseynov Rəsul Anar oğlu tanış

Mingəçevirdə kafedə dava - Yaralılar var

Mingəçevirdə kafedə iki nəfər arasında dava düşüb. . -ın məlumatına görə, hadisə nəticəsində 1985-ci il təvəllüdlü şəhər sakini Dostuyev Taleh Sabir oğlu döş qəfəsi nayihəsindən kəsici alətlə kəsik-deşik xəsarəti alıb. Onunl

Braziliya hələ də bu qadından danışır - Bacısı qızı ilə ona xəyanət edən ərini belə cəzalandırdı - FOTOLAR

15 yaşlı bacısı qızı ilə ona xəyanət edən ərinin cinsiyyət orqanını kəsən qadın 4 il müddətinə azadlıqdan məhrum edilib. xəbər verir ki, ötən ilin dekabrında Braziliyada baş verən hadisənin əks-sədası davam edir. Keçən ili

Kürdəmir və Saatlını su basdı - FOTO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Kürdəmir və Saatlı şəhərlərində bəzi ərazilərin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub. xəbər verir ki, bununl

Daha bir zəlzələ İndoneziyada oldu

İndoneziya sahillərində 5,2 maqnitudada zəlzələ qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri təxminən 451 min nəfər əhalisi olan Manado şəhərində

Bakıda qəza sıxlığa səbəb oldu

Bakıda kənar dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, qəza səbəbindən Bakı Beynəlxal

Yüksək bal toplayan şagird faciəvi şəkildə öldü

Sumqayıtda məktəblinin ölümü ilə nəticələnən yol qəzası baş verib. xəbər verir ki, şəhərin Nəriman Nərimanov küçəsində minik avtomobili 2006-cı il təvəllüdlü Aydan Həbibovanı vurub. Ağır vəziyyətdə xəstəxanaya çatdırıla

Qətlə yetirilən 22 yaşlı qadının qonşusu: "İşdən gəlib görmüşəm ki, meyit çıxarırlar"

"İşdən gəlib görmüşəm ki, meyit çıxarırlar". xəbər verir ki, bu sözləri Lənkəranda meyiti tapılan mərhum qadının qonşusu Mərhəmət Ağayev deyib. O bildirib ki, bu yolu sadəcə işə geliş-gəliş üçün istifadə edib v

Bu gün vəfat edən Sevinc barədə ürək dağlayan FAKT

"Əməliyyatdan dərhal sonra dünyasını dəyişib". KONKRET.azxəbər verir ki, bu barədə -a Bakı Slavyan Universitetindən tələbə Sevinc Bayramovanın ölümü barədə bildirilib. Universitetdən Sevinc Bayramovanın heç bi


tezbazar yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler azerbaycan xeberlər xeberler bu qun ən son xəbərlər