Hansı hallarda uşaqlara peyvənd vurulmur?

Hansı hallarda uşaqlara peyvənd vurulmur?"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir".
KONKRET.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatrı Səbinə Cəfərova bildirib.
Pediatr qeyd edib ki, infeksiya (bakteriya və ya virus) ilə qarşılaşma ciddi ağırlaşmalara səbəb ola bilər və xroniki xəstəliyin şiddətini artıra bilər:
"Peyvənd infeksiyalardan qorunmağa kömək edə bilər. Bununla belə, bu cür uşaqlar üçün peyvəndlər fərdi peyvəndləmə taktikasının diqqətlə seçilməsini və tətbiqini tələb edir.
Peyvənd anamnestik məlumatlar, perinatal dövrün xüsusiyyətlərini, psixofiziki inkişafı, keçmiş xəstəlikləri öyrəndikdən sonra başlamalıdır".
Səbinə Cəfərova bildirib ki, uşaq kəskin xəstəlik vəziyyətindədirsə, o zaman xəstəlik dövründə peyvənd azad edilir:
"Müxtəlif xroniki xəstəliklər üçün uşaqlar remissiya mərhələsində peyvənd edilir. Belə hallarda həkim uşağı müayinə etdikdən, onun müayinəsi, müalicəsinin məlumatları ilə tanış olduqdan, müvafiq mütəxəssislərlə məsləhətləşdikdən sonra peyvənd etməyə başlama imkanını müəyyən edir: nevroloq, allerqoloq, otolarinqoloq və s.
İmmun çatışmazlığı olan uşaqlar yalnız inaktivləşdirilmiş vaksinlərlə peyvənd oluna bilər. Xəstəliyin kliniki təzahürləri və immun çatışmazlığı olmayan İİV-ə yoluxan uşaqlar peyvənd təqvimindəki bütün peyvəndlərlə peyvənd olunurlar".
Pediatr bildirib ki, immunçatışmazlığı olan bütün uşaqlara adi peyvəndlərlə yanaşı, hər il qripə qarşı peyvənd edilməlidir.
Qeyd edilməlidir ki, Azərbaycanın səhiyyə naziri Teymur Musayev 2024-cü il 21-27 aprel tarixlərində respublikanın bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi"nin keçirilməsi ilə bağlı əmr imzalayıb.
Belə ki, sənədə əsasən Azərbaycanın bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi"nin keçirilməsi təşkilatı-hüquqi formasından asılı olmayaraq, respublikanın bütün tibb idarə və müəssisələrinin rəhbərlərinə tapşırılıb.
Respublikanın bütün şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların "İmmunlaşdırma həftəsi" ərzində peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə səviyyəsi xüsusilə aşağı olan regionlarda monitorinqlərin keçirilməsi də burada öz əksini tapıb. (Oxu.az)


Sağlamlıq     Baxılıb: 136   Tarix: 24 aprel 2024
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu ilə bağlı proqnoz təqdim ediblər. xəbər verir ki, tədqiqat "Th

Xərçəng xəstəliyi buna görə artıb - SƏBƏBLƏR

Siqaret aludəçiliyi, ətraf mühitin çirklənməsi, stress və düzgün qidalanmamaq xərçəngə yoluxma hallarını artırır. xəbər verir ki, araşdırmaya görə, dünyada hər il təxminən 19,5 milyon insana xərçəng diaqnozu qoyulduğu halda

Bu şəxslərə sağlamlıq haqqında arayış verilməyəcək - XƏBƏRDARLIQ

Məlum olduğu kimi, bu gündən işə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektron formada veriləcək. Maraqlıdır, yenilik bu sahəyə hansı dərəcədə təsir edəcək? Sözügedən sahələrdə elektro

"Pilləkənlərlə qalxmaq ömrü uzadır"

Şərqi İngiltərə və Norfolk Universitetindən olan Britaniya alimləri müəyyən ediblər ki, mütəmadi olaraq pilləkənlərlə qalxmaq ömrü əhəmiyyətli dərəcədə uzada bilər. . xəbər verir ki, tədqiqatın nəticələri Avropa Kardioloqla

Bioloq xərçəng riskini azaldan qidaların adlarını açıqladı

Kərəviz, yerkökü, şüyüd və cəfəri kimi qidalar xərçəngə tutulma riskini azaltmaqla yanaşı, xəstəliyin müalicəsinə də töhfə verə bilər. xəbər verir ki, bunu bioloq-genetik, klinik psixoloq, dietoloq İrina Malçeva deyib. "Sün

Qanda dəmir çatışmazlığının yeddi əlaməti

Dəmir oksigenin daşınmasında əsas rol oynayır və onun çatışmazlığı insan sağlamlığına son dərəcə mənfi təsir göstərə bilər. KONKRET.azxəbər verir ki, sözügedən mikroelement olmadan, vücudumuz kifayət qədər sağlam qırmız

Yuxu problemini aradan qaldırmaq üçün ən təsirli meyvə

Ananas karbohidrat, zülal, yağ və lif ehtiva edən balanslaşdırılmış bir meyvədir. 1 dilimi (50 qram) 25 kalori, 1 ədədi (905 qram) isə 453 kaloridir. mövzu ilə bağlı kiçik araşdırmanı təqdim edir. Son araşdırmalar nəticəsind

Dünyanın ən böyük faydalı viruslarından biri kəşf edildi

Vyana Universitetinin alimləri faydalı nəhəng viruslar aşkar ediblər. Müəyəyn edilib ki, bu viruslar beyin yeyən amöb birhüceyrəli paraziti məhv edə bilir. Qeyd edək ki, həmin parazitlər orqanizm üçün çox təhlükəlidir. KONKRET.azxəbə

15 gündə qarın piyini əridən içki

Yaz aylarında bir çox insan qarın piylərindən xilas olmağa çalışır. Qarın piyi hətta normal çəkidə olan insanlarda belə yarana bilir. Bu piylərdən qısa müddətdə xilas olmaq elə də asan deyil. Ona görə də idman və sağlam qidalanm


tezbazar yeni xeberler son xeberler azerbaycan xeberleri son xabar xankendi valyuta mezennesi 2024 valyuta