Hökumət milli valyuta ilə bağlı QƏRAR VERDİ

Hökumət milli valyuta ilə bağlı QƏRAR VERDİNazirlər Kabineti "Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair Qaydalar"ı təsdiq edib.
KONKRET.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Qaydalar "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna uyğun hazırlanıb və valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair qaydaları və bununla bağlı indikatorları müəyyən edir, fiziki və hüquqi şəxslərin valyuta sərvətlərini və milli valyutanı ölkənin gömrük ərazisinə gətirməsi, bu ərazidən aparması və tranzit keçirməsi zamanı tətbiq olunur.
Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş valyuta sərvətləri və milli valyutanın bəyan edilməsi rejiminin tələbləri çərçivəsində bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyutanın aşkar edilməsi hallarında gömrük orqanları onların mənbəyi və istifadə məqsədi barədə məlumat və sənədləri, o cümlədən bu Qaydalara əlavə edilmiş "Valyuta sərvətləri və milli valyutanın mənbəyi və istifadə məqsədi barədə məlumatların təqdim edilməsi forması"nın doldurulmasını tələb edir.
Gömrük orqanları valyuta sərvətləri və milli valyutanın bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi hallarında onların mənbəyini və istifadə məqsədini müəyyənləşdirir.
Gömrük orqanları aşağıdakı hallarda valyuta sərvətləri və milli valyutanın hərəkətinin 48 saat müddətində dayandırılmasına dair Gömrük Məcəlləsinin 99-cu maddəsinə uyğun olaraq protokol tərtib edir və bu barədə gömrük orqanının rəhbəri tərəfindən əsaslandırılmış qərar qəbul edilir.
– fakt üzrə inzibati araşdırmanın və ya cinayət təqibinin aparılması zamanı valyuta sərvətləri və milli valyutanın maddi sübut qismində götürülməsi halları istisna olmaqla onların bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi hallarında;
– cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və digər cinayətlərin əlamətləri aşkar edildikdə.


Sosial     Baxılıb: 87   Tarix: 13 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Qaradağda iki yük avtomobili toqquşub, xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub

Bakıda velosiped sürənlərə ŞAD XƏBƏR

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən velosipedlərin parklanması üçün dəmir konstruksiyaların quraşdırılması işlərinə başlanılıb. AYNA-ya istinadən xəbər verır ki, artıq İstiqlaliyyət küçəsində və Azərbayca

"AvtoVAZ"ın yeni "Lada İskra" modeli plagiatdır?

Finlandiyanın "Teknikan Maailma" nəşri "AvtoVAZ"ın yeni "Lada İskra" modelinin plagiat olduğunu iddia edib. Rusiya mediasına istinadən xəbər verir ki, Rusiyanın "AvtoVAZ" şirkəti yen

Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri açıqlanıb. xəbər verrir ki, 2024-cü il iyunun 14-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat təşkil edib. Rusiya rublu 0.0193 manata kimi bahalaşıb. Avro 1.8253 manata kimi, Türkiyə lirəs

Bayram günlərinin havası açıqlandı

Bayram günlərində, iyunun 15-16-17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qey

Qəbələdə zəncirvari yol qəzasında iki əcnəbi turist ölüb

Qəbələdə zəncirvari yol qəzası baş verib, iki əcnəbi turist ölüb. report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Qəbələ-Ağdaş avtomobil yolunda qeydə alınıb. Belə ki, iki "Mercedes" markalı minik avtomobilini

Oğuzda avtomobil 53 yaşlı velosipedçini vurub

Oğuzda velosipedçinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bucaq kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayonun Şirvanlı kənd sakini, 1971-c

İki milyondan çox müsəlman hacı olub

Həcc ziyarətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına 2 milyondan çox müsəlman gəlib. APA-ya istinadən bildirir ki, müsəlmanlar gecə yarısından başlayaraq qrup halında təqribən 3,5 kilometr yol qət edərək, Cəmarətdək

Milli Hidrometeorologiya Xidməti: Son iki həftədə yağıntılar çox olub

Azərbaycanın bölgələrində, xüsusilə dağlıq və dağətəyi rayonlarda 1-13 iyun tarixlərində hava şəraiti fasilələrlə yağıntılı keçib, şimşək çaxıb. xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudo


tezbazar azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər bugün sonxabar apa.az xeberler cəbhədən xəbər