İcra başçıları arasında gizli rəqabət başladı - Görün nəyin davasını edirlər

İcra başçıları arasında gizli rəqabət başladı - Görün nəyin davasını edirlərİcra hakimiyyətlərinin ləğvi ilə bağlı xəbərlər son günlər intensiv xarakter alıb.
Azərbaycanın yeni idarəetmə modelinə keçəcəyini iddia edən adamlar konkret tarix göstərməkdən çəkinmirlər. Onların qənaətinə görə, bu ilin yayında keçirilməsi nəzərdə tutulan parlament seçkilərindən sonra ölkədə ciddi dəyişikliklərə start veriləcək. Bu proses icra hakimiyyətlərinin ləğvi ilə başlayacaq.
İcra hakimiyyətləri ləğv olunandan sonra, yeni idarəetmə modeli – xüsusi nümayəndəliklər fəaliyyətə başlayacaq. Bu model artıq işğaldan azad edilmiş rayonlarda tətbiq olunur. Qarabağda xüsusi nümayəndəlik institutunun faəliyyətə başlaması yerli icra hakimiyyəti orqanlarının kölgədə qalmasına səbəb olub. Bunun müvəqqəti hal olduğu artıq hər kəsə məlumdur. Xüsusi nümayəndəlik institutu ölkə ərazisində tətbiq ediləndən sonra, hazırda işğaldan azad edilmiş rayonlar üçün xarakterik olan ikitirəliyə son veriləcək. "Yeni Sabah"ın əldə etdiyi məlumata görə, icra hakimiyyətlərinin ləğvi ilə bağlı məsələnin yenidən gündəmə gəlməsi icra başçıları arasında rəqabəti gücləndirib. Yeni idarəetmə modelində təmsil olunmağı arzulayın indiki icra başçıları ciddi-cəhdlə özlərinin "xalqın qeydinə qalan təəssübkeş məmur" obrazını yaratmağa çalışırlar. Onlar son günlər vətəndaşlarla daha çox təmas qurur, bələdiyyələrin səlahiyyətinə aid olan problemləri həll etməklə ictimai diqqəti öz üzərlərinə çəkməyə çalışırlar.
Hakimiyyətin yuxarı eşelonunda təmsil olunan məmurlardan biri saytımıza icra başçıları arasında gedən gizli rəqabətin son günlər daha kəskin xarakter aldığını bildirib. Qeyd edib ki, "kiçik padşahlar" daha böyük posta iddialı olduqları üçün özlərini oda-közə vurur, hakimiyyətin ən yuxarı eşalonunun maraq dairəsinə düşməyə çalışırlar.
Məlumatlı şəxs, son günlər şəhid ailələri və qazilərə münasibətdə diqqətin artmasını da bu kontekstdən izah edib. Onun sözlərinə görə, yeni idarəetmə modelində təmsil olunmaq istəyən, yəni prezidentin xüsusi nümayəndəsi kimi ən azı 3-4 rayona rəhbərlik etmək iddiasında olan icra başçıları əhalinin aztəminatlı təbəqəsi ilə təmasları artırmağı son günlər özlərinin prioritet vəzifəsi elan ediblər.
Sonda mənbə bu cəhdlərin səmərə verməyəcəyini bildirib. Onun sözlərinə görə, mövcud icra başçılarının fəaliyyətindəki nöqsanlar üzündən Azərbaycan bu idarəetmə modelindən imtina edib. Buna görə də, həmin şəxslərə yenidən etimad göstərilməsi inandırıcı deyil.
(Pravda.az) / konkret.az


Siyasi     Baxılıb: 59   Tarix: 04 may 2024
f Paylaş

Oxşar xəbərlər

Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesi çərçivəsində əldə olunan irəliləyişi alqışlayır. xəbər verir ki, bu barədə Aİ-nin mətbuat xidmətinin bəyanatında deyilir. "Aİ 1991-ci il Almat

Azərbaycan və Belarus prezidentləri Füzuliyə getdi

Azərbaycan Respublikasında dövlət səfərində olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Füzuli rayonuna gəlib. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovu

PA 25 siyasi partiyanı bir araya topladı - FOTOLAR

Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının

Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib

Azərbaycanın İrandakı səfirliyinin yeni məkanda fəaliyyətinin bərpa edilməsi planlaşdırılır. AZXEBER COM report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Azərbaycan İrandak

Rəsmi Moskva İrəvanın KTMT ilə bağlı qərarına belə reaksiya verdi

"Ermənistanın KTMT-ni maliyyələşdirməyi dayandırması faciəvi hal deyil". " "ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib. O bildirib ki, buna baxmayara

Lukaşenkonun Azərbaycana səfəri başa çatdı

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri mayın 17-də başa çatıb. xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovu

"Paşinyan istefa verməyə hazırlaşmır"

"Ermənistanın Baş naziri Nikol Paşinyan istefa verməyə hazırlaşmır". TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının üzvü, parlamentin xarici əlaqələr komissiyasını

Hikmət Hacıyev ABŞ-də bir sıra görüşlər keçirib

Hikmət Hacıyev ABŞ-a səfəri çərçivəsində Dövlət Departamentinin yüksək vəzifəli şəxsləri ilə bir sıra görüşlər keçirib. xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ-da səfərdədir. Səfər çərçivəsind

İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərində

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər. xəbər verir ki, dövlət başçıları Şuşada birinci yaşayış kompleksində olubla


tezbazar son xeberler azerbaycan xeberleri yeni xeberler qarabag azerbaycan son xeber bugun xəbər.az siyaseti xeberler bugun