İlham Əliyev: "Bugünkü Azərbaycana investisiyalar daha böyük həcmdə gələcək

İlham Əliyev: "Bugünkü Azərbaycana investisiyalar daha böyük həcmdə gələcəkİlham Əliyev: "Bugünkü Azərbaycana investisiyalar daha böyük həcmdə gələcək"
Son 17 il ərzində mən Sumqayıtda bəlkə də 30 dəfə olmuşam. Hər dəfə burada olanda, həm sənaye müəssisələrinin işə düşməsi, eyni zamanda, şəhərsalma ilə bağlı görülən işlər, insanları narahat edən problemlərin həlli daim diqqət mərkəzində olur. Bu gün Sumqayıt həm memarlıq, həm də ekoloji baxımdan gözəl şəhərdir, havası təmizdir, gözəl bulvarı var və iş yerləri də yaradılır. Bax, bu 3 müəssisədə 350-dən çox iş yeri yaradılıb və burada işləyənlərin əksəriyyəti yerli sakinlər olacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında "Azərsulfat" MMC-nin sulfat turşusu istehsalı, "Glassica" QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməlqoyma və "Azerfloat" QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılış mərasimlərindən sonra Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.
"Biz bu müəssisələri yaratmaqla həm bu günün məsələlərini həll edirik, həm də gələcək məsələləri. Nə üçün Azərbaycanda bizə lazım olan bütün istehsalat sahələri yaradılmasın? Sadəcə olaraq, həm xarici, həm də yerli investorların ölkəmizin gələcəyinə inamı olmalıdır, bu da həmişə olub, bu gün də var. Gözəl investisiya iqlimi olmalıdır. Dünya Bankının "Doing Business" hesabatında biz 10 ən islahatçı ölkə sırasındayıq və dünya miqyasında 28-ci yerdəyik. Sabitlik olmalıdır, xalq-iqtidar birliyi olmalıdır, əmin-amanlıq olmalıdır, təhlükəsizlik olmalıdır və buna da biz nail olmuşuq", - deyə dövlətimizin başçısı bildirib.
Müharibənin artıq başa çatdığını, Dağlıq Qarabağ münaqişəsinin tarixdə qaldığını vurğulayan Prezident İlham Əliyev deyib: "Mən tam əminəm ki, bugünkü Azərbaycana investisiyalar, ilk növbədə, qeyri-neft sektoruna daha böyük həcmdə gələcəkdir. Çünki əgər əvvəlki illərdə - müharibə hələ həll olunmamış bir vəziyyətdə biz bu investisiyaları cəlb edə bilmişiksə, bu gün bunları cəlb etmək daha asan olacaq". /oxu.az


Siyasi     Baxılıb: 362   Tarix: 19 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. xəbər verir ki, mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasını

Lukaşenko: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq

Kənd təsərrüfatında buraya cins mal-qara, hər şeydən əvvəl, süd məhsullarına, iribuynuzlu mal-qara ətinə tələbatı tam təmin etmək üçün tədarüklə bağlı böyük proqramlarımız var. Biz bu mal-qaranı sizə tədarük edəcəyik. B

Ərdoğan: "Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir

"Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ile birgə mətbuat konfransı zaman

İlham Əliyev qazaxıstanlı həmkarına zəng edib

Azərbaycan və Belarus prezidentləri Şuşadakı Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ" sərgisinə baxıblar. xəbər verir ki, mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasını

İlham Əliyevin adından Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib

Mayın 16-da Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib. xəbər verir ki, ziyafətd

"Paşinyan istefa verməyə hazırlaşmır"

"Ermənistanın Baş naziri Nikol Paşinyan istefa verməyə hazırlaşmır". TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının üzvü, parlamentin xarici əlaqələr komissiyasını

Hikmət Hacıyev ABŞ-də bir sıra görüşlər keçirib

Hikmət Hacıyev ABŞ-a səfəri çərçivəsində Dövlət Departamentinin yüksək vəzifəli şəxsləri ilə bir sıra görüşlər keçirib. xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ-da səfərdədir. Səfər çərçivəsind

İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər

Azərbaycan Prezidenti İlham Əliyev və onun belaruslu həmrakı Aleksandr Lukaşenko mayın 17-də Şuşa şəhərinə səfər ediblər. xəbər verir ki, dövlət başçıları Şuşada birinci yaşayış kompleksində olublar

"Belarusun çox yaxşı şəhərsalma təcrübəsi var" - İlham Əliyev

"Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, aqroşəhərciklərin tikintisi təcrübəsi var".  xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə mətbuat


tezbazar son xeberler yeni xeberler azerbaycan xeberleri xəbər cəbhədən xəbərlər novruz bayramı cəbhədən son xəbərlər