Klubların şikayətinə AFFA rəsmisindən cavab

Klubların şikayətinə AFFA rəsmisindən cavabRegion Liqasında çıxış edən klubların yaşadıqları problemlərə AFFA rəsmisi cavab verib.
KONKRET.az xəbər verir ki, "İsmayıllı" klubunun baş məşqçisi Tərlan Vahidov məsələ ilə bağlı açıqlama verib.
"AFFA Region Liqasında çıxış edən komandalara oyunbaşına 300 manat vəsait ayırır. Ümumilikdə 10 ədəd top və futbol formaları verir. Yerdə qalan məsələlər isə klubların ixtiyarına buraxılır. Stadionu olmayan komandalar idman kompleksinin ixtiyarında olan meydançada oynamalı olurlar. Gənclər və İdman Nazirliyinin tələblərinə əsasən, idman kompleksinə hər oyun üçün 200 manat ödəniş olunur".
Məsələ ilə bağlı AFFA-nın mətbuat katibi Elnur Məmmədli sorğumuzu cavablandırıb.
"Region Liqasında çıxış edən komandalara hər oyuna (həm ev, həm də səfər) 300 manat verilir. Komandalara iki dəst forma hədiyyə olunur və mövsüm ərzində 10 top verilir. Komandalar Region Liqasında çıxış etmək üçün müraciət etdikləri zaman stadionla bağlı təminat məktubları verirlər. Onlar stadionla bağlı bu təminatları verməsələr, liqaya buraxılmazlar. Yəni bir növ komandaların öhdəliyidir stadion məsələsi. Region Liqasında çıxış etmək istəyən komanda stadionla yanaşı, təhlükəsizliyi təmin etməlidir, həmçinin oyunlarda həkim olmalıdır. Bu Region Liqasında çıxış etmək üçün minimum tələblərdir", – deyə o bildirib.
Qeyd edək ki, Region Liqasında mükafatçılara – 1-ci yerə görə 10 min manat, 2-ci yerə görə 5 min manat, 3-cü yerə görə 2 min manat mükafat verilir. (oxu.az)


İdman     Baxılıb: 61   Tarix: 01 may 2024
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

"Real"dan əzmkar qələbə: ÇL-in finalında

Çempionlar Liqasının yarımfinalı çərçivəsində "Real Madrid" – "Bavariya" ilə qarşılaşır.  xəbər verir ki, ilk matçda 2-2 bərabərliyə razılaşan komandaların ikinci dueli İspaniyada keçirilir. Hazırda matçd

"Neftçi" "Kəpəz"i darmadağın etdi

Bu gün Misli Premyer Liqasında 34-cü tura start verilib. xəbər verir ki, açılış matçında "Neftçi" öz meydanında "Kəpəz"lə qarşılaşıb. Əzəli rəqiblərin matçında "Neftçi" böyükhesablı qələbə qazanı

"Real" rekordunu təkrarladı

İspaniyanın "Real" klubu rekordunu təkrarlayıb. "Opta Sports" nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi buna La Liqanın XXV turunda "Qranada"nı 4:0 hesabı ilə məğlub etməklə nail olub

Futbolçuların olduğu təyyarəni ildırım vurdu

Türkiyənin "Kayserispor" klubunun futbolçularının olduğu təyyarəni ildırım vurub. . xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Təyyarə geri qayıtmağa məcbur olub: "Futbolçular və texniki heyə

"Fənərbağça" və "Qalatasaray" növbəti qələbələrini qazandılar

Mayın 12-də futbol üzrə Türkiyə Superliqasında 36-cı turun oyunları keçirilib. xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan "Qalatasaray" və "Fənərbağça" turu itkisiz başa vurublar. "Qalatasaray"

"Qarabağ"ın mükafatlandırılacağı stadion bəlli oldu

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün qalibi olan "Qarabağ"ın çempionluq mükafatları XXVI turun oyunundan sonra təqdim olunacaq. xəbər verir ki, təltifetmə mərasimi "Azərsun Arena"da baş tutacaq

"Barselona" futbolçusuna yarım milyard avro qiymət qoydu

Barselona" müdafiəçisi Pau Kubarsi ilə müqaviləsini yeniləyib. xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 17 yaşlı futbolçu ilə yeni sözləşmənin müddəti 30 iyun 2027-ci il tarixinədək nəzərdə tutulub. Müqaviləd

Premyer Liqada komanda sayı artırılmayacaq - RƏSMİ

Önümüzdəki mövsüm Azərbaycan Premyer Liqasında 10 komanda iştirak edəcək. xəbər verir ki, bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. İclasdan sonra AFFA prezidenti Rövşən Nəcəf qərar barədə açıqlama verib. Alına

Bu komanda II Liqanın çempionu OLDU

Futbol üzrə Azərbaycan II Liqasının çempionu bəlli olub. xəbər verir ki, XXV tur çərçivəsində doğma meydanda "Dinamo" komandasına qalib gələn (4:2) "Baku Sportinq" xallarının sayını 61-ə çatdıraraq qızı


tezbazar son xeberler azerbaycan xeberleri yeni xeberler qarabag azerbaycan son xeber bugun xəbər.az siyaseti xeberler bugun