Manatın məzənnəsi ilə bağlı MÜHÜM XƏBƏR

Manatın məzənnəsi ilə bağlı MÜHÜM XƏBƏR"Fevral ayındakı kəslin dollar tələbindən sonra xarici valyuta sifarişi yenidən stabilləşməkdədir. Keçirilən hərracda cəmi 68,9 milyon dollar sifariş olub. Qeyd edək ki, fevral ayında hərraclarda 870,6 milyon dollarlıq sifariş qeydə alınmışdı ki, bu da əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,6 dəfə çox idi. Mart ayında dollar tələbinin stabilləşməsi müsbət haldır. Bununla yanaşı, mart ayında xarici səfərlərin sayının çoxluğunu nəzərə alaraq Mərkəzi Bankın kommunikasiya alətindən mütəmadi istifadə etməsi vacibdir".
KONKRET.azxəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatının təhlili göstərir ki, bu ildə də manatın məzənnəsi tədiyyə balansının vəziyyətindən, daha dəqiqi neftin qiymətindən asılı olacaq: "Fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da aydındır ki, bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılı olacaq. Göründüyü kimi, bu ildə də neft gəlirlərimiz manatın məzənnəsinə təsir edən əsas faktor olacaq. Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta ehtiyatlarımızdan istifadə edə bilər. Bütün bunlar kontekstində isə, dollara tələbin stabilləşməsi Mərkəzi Bankın valyuta bazarına təsir imkanlarını genişləndirir. Bu növbəti mərhələdə intervensiyanın sterilizasiya ilə əvəzlənməsinə gətirib çıxara bilər".


Sosial     Baxılıb: 80   Tarix: 06 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Bu gün Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuranın iclası keçirilib və iclasda Mətanət Əsgərqızı (Mətanət Cəfərova) İctimai Şuranın Etik Davranış Kodeksini kobud şəkildə pozduğuna görə, Şura üzvlüyündən çıxarılıb

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - RƏSMİ

Bakıda vətəndaş dələduzluq edərək kirayə qaldığı evləri sahiblərinin xəbəri olmadan satıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) "Qafqazinfo"nun sorğusuna cavab verib. "Bakı şəhər sakini Leyla Nəbiyevanı

Qlobal bazarlar FED-in açıqlamaları ilə qarışıq kurs izləyir

ABŞ Federal Ehtiyat Sisteminin rəsmiləri ehtiyatlı mövqelərini və açıqlanan məlumatlardan alınan siqnalları davam etdirdikləri üçün qlobal bazarlar qarışıq bir kurs izləyir. KONKRET.azxəbər verir ki, ilin ikinci yarısı yaxınlaşdıqca

Talassemiyalı uşaqlara qarşı bir milyon manatlıq dələduzluqla bağlı yeni İDDİA

Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-ya istinadə

Polisi öldürən şəxsin ömürlük cəzası dəyişdirildi

Bakıda kütləvi dava zamanı iki nəfərin qətlində təqsirləndirilən Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahi

Azərbaycanda yüksəkvəzifəli xanım işdən azad edildi

Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi Aynur Sabitova vəzifəsindən azad edilib. Bununla bağlı müvafiq əmr imzalanıb. Məlumata görə, A.Sabitova öz xahişi ilə vəzifəsindən ayrılıb. Qeyd edə

Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT

Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi vəzifəsindən azad edilib. xəbər verir ki, səhiyyə naziri Teymur Musayev bununla bağlı əmr imzalayıb. Bildirilib ki, baş həkim Elgün Səmədov öz ərizəsi il

Ağır qəzada həlak olan şəxs polis zabiti imiş

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Toyota Prado" markalı avtomobil idarəetməni itirərək uşaq bağçasının divarına çırpılıb. -a istinadən xəbər verir ki, qəzada aldığı xəsarətlərdə

Özünü zəhərləyən kişi xəstəxanada öldü

Xırdalan şəhərində intihar məqsədilə sirkə içən şəxs vəfat edib. xəbər verir ki, şəhərin Nizami küçəsində yaşayan 1971-ci il təvəllüdlü Əkbər Əkbərov mayın 11-i evdə sirkə turşusu içərək özünü zəhərləyib. Kliniki Tibbi Mərkəz


tezbazar yeni xeberler azerbaycan xeberleri son xeberler idman xeberleri cəbhədən son vəziyyət metbuat son xeberler bugun 2024 canli