Mərhum jurnalistin oğlu: "Bizdə cümləmizin mübtədası da, xəbəri də atamdır

Mərhum jurnalistin oğlu: "2023-cü il məndən ən dəyərli parçamı - atamı alıb, haqq dünyasına qovuşdurdu. Bizdə cümləmizin mübtədası da, xəbəri də atamdır. Özü bizimlə olmasa da, ruhu hər daim bizlə bərabərdir".
Bu sözləri "Moderator.az" saytının təsisçisi, mərhum jurnalist Zülfüqar Hüseynzadənin oğlu Hüseyn Ələsgərov bildirib:
"Dünyanın müxtəlif xalqlarının ənənəvi bayramı olan Yeni il hər il Azərbaycanda da təntənəli şəkildə qeyd olunur. Dünya xalqlarının böyük əksəriyyəti yeni ilin başlanğıcını dekabrın 31-dən yanvarın 1-nə keçən gecə qeyd edirlər. Yeni il Yer kürəsinin bütün guşələrində dini etiqadlarından asılı olmayaraq müxtəlif xalqlar tərəfindən geniş qeyd olunan ən məşhur bayramlardan biri hesab olunur. Yeni ili bayram kimi qeyd etməklə insanlar belə hesab edirlər ki, bütün uğursuzluq və kədərli anlar köhnə ildə qalır, yeni il yeni arzular və ümidlər gətirir. Digər xalqlarda olduğu kimi bizim ağlımızda da bu fikir yer alır. Yeni ilin gəlişini yeni arzuların yeni ümidlərin başlanğıcı kimi düşünürük. Kimilərinə görə bu fikir doğru, kimilərinə görə isə bu fikir əbəs olaraq qalır. Bu il mənə də bu arzuların bir qədər əbəs olduğu düşüncəsini oyatdı. Hər kəs kimi bizlərdə 2022-ci ilin son günü, 2023-cü ilin girişi ərəfəsində bir sıra dualar etdik. Az-çox hər birimizin duaları hər kəsə bəllidir. Keçən ilin ağrısı, acısı elə o ildə qalsın, yeni ildə xoş, firavan, ən əsası sağlam həyat sürək. Əlbətdə ki, bizim arzularımızın içərisində də bu istəklər var idi. 2022-nin son döyünən dəqiqələri idi. Hər birimiz yeni ilin - 2023-cü ilin girişini qeyd edirdik. Hər birimizin üzündə gülüş, təbəssüm var idi. 2023-ün məndən nə aparacağını bilmədən mən də arzu, diləklərimi ard-arda qoşub, Allaha dua edirdim. Ancaq qismət elə gətirdi ki, 2023-cü il məndən ən dəyərli parçamı - atamı alıb, haqq dünyasına qovuşdurdu. Bizdə cümləmizin mübtədası da, xəbəri də atamdır. Özü bizimlə olmasa da, ruhu hər daim bizlə bərabərdir.
Bu il mənə həm də çox böyük dərs vermiş oldu. Öyrənmədiyim şeyləri öyrənmiş, dərk etmiş oldum. Halbuki atam mənə ali dərəcəli Oksford, Kembric kimi universitetlər də oxusaydım belə öyrənə bilməyəcəyim dərsləri vermişdi. Bizlərdə belə bir söz var. Deyir oğlan uşağı daha çox anasına bağlı olarmış. Mən isə nədənsə daha çox atamdan nəfəs alırdım. Bilmirəm bəlkə də tək övlad olduğum üçün belə idi. Ancaq əsas məsələ bu deyil. Əsas məsələ 2023-cü ilin bizlərin qəlbində hər zaman ürək sarsan bir il olaraq qalması olacaq. Çox istərdim yeni ilin girişində hər şey bir neçə il öncəyə qayıdardı. Nə olduğunu heç anlamazdıq. Ancaq bunun gerçək olmayacağını bilirəm. Biz axı nağıllar aləmində yaşamırıq. Ancaq ki, nağıllarda hər istək, hər dilək gerçək olur. Kaş ki, elə həyatımız da bir nağıl olardı...
Hər şeyə rəğmən ənənəyə sadiq qalaraq hər ilin sonu gələcək ilin girişində arzuladığımız dualar kimi, 2023-cü ilin sonunu, 2024-ün gəlişini dualarla sona çatdırmaq istəyindəyəm. Əlbəttə ki, insan üçün ən dəyərli şey can sağlığıdır. 2024-cü ili daha sağlam, daha xoş, firavan sürməyimiz diləyiylə..." / azxeber.com


Sosial     Baxılıb: 97   Tarix: 31 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Oğuzda avtomobil 53 yaşlı velosipedçini vurub

Oğuzda velosipedçinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bucaq kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayonun Şirvanlı kənd sakini, 1971-c

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Avstriyaya təhvil verib

Azərbaycan vergidən yayınmada təqsirləndirilərək 2015-ci ildə barəsində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışda olan şəxsi Avstriyaya təhvil verib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb

Bayram günlərinin havası açıqlandı

Bayram günlərində, iyunun 15-16-17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qey

"Sədərək" ticarət mərkəzində yanğın olub

"Sədərək" ticarət mərkəzində yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, Qaradağ rayonunda yerləşən ticarət mərkəzinin ərazisində ümumi sahəsi 50 m² olan tikinti materiallar

Şirvanda ocaq qalayan kişi özünü yandırıb

Şirvan sakini həyətdə ocaq qalayan zaman yanıq xəsarətləri alıb. "Report"un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Neftçi küçəsi 17-də qeydə alınıb. Həmin ünvanda yaşayan, Şirva

Azərbaycan neftinin qiyməti 84 dollara yaxınlaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşmaqda davam edib. KONKRET.azxəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.52 ABŞ dolları və ya 0.62% artara

Rauf Məhərrəmov işdən çıxarıldı

Ədliyyə Nazirliyində kadr dəyişikliyi olub. AZXEBER COM "Bakıvaxtı.az"a istinadən xəbər verir ki, nazirliyin kadr idarəsinin rəisi Rauf Məhərrəmov tutduğu vəzifədən azad olunub. Bununla bağlı ədliyyə naziri Fəri

Gəncədə nişanlandığı iddia olunan 14 yaşlı qızın valideynləri polisə çağırıldı

Gəncədə 14 yaşlı qızın nişanlanmasına görə valideynləri polis idarəsinə dəvət olunub. xəbər verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektor

Bakıda sevgi dramı: Ayrılığa görə bıçağı qarnına sancdı

Bakıda intihara cəhd olub. -a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu A.Nemətulla küçəsində qeydə alınıb. 44 yaşlı İ.Əhmədov özünü öldürmək üçün qarnına bıçaqla xəsarət yetirib. Məlumata görə, hadisəyə sevgi münasibətlər


tezbazar yeni xeberler son xeberler azerbaycan xeberleri apa.az xeberler qurban bayrami 2024 son xeberler azerbaycan hava