Mərkəzi Bankın yeni qərarı manatın məzənnəsinə necə təsir edəcək? – Ekspert açıqladı - ÖZƏL

Mərkəzi Bankın yeni qərarı manatın məzənnəsinə necə təsir edəcək? – Ekspert açıqladı - ÖZƏLMərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75 faiz səviyyəsində müəyyən edilib. AMB-nin uçot dərəcəsi ilə bağlı yeni qərarı Azərbayan iqtisadiyyatı üçün hansı risklər formalaşdırır? Manatın məzənnəsi üçün risklər varmı?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını iqtisadçı ekspert Natiq Cəfərli cavablandırıb. O bildirib ki, Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırmaqla inflyasiya riskini azaltmağı düşünür: "Mərkəzi Bank bazardan pul kütləsi azaldırsa, inflyasiyanın səviyəsinin aşağı düşəcəyini ehtimal edir. Amma təəssüf ki, bizim Mərkəzi Bankla dünya mərkəzi banklarının verdiyi qərarların bazarlara təsiri eyni deyil. Biz AMB-nin uçot dərəcəsinin 3 faiz olduğu vaxtlarda inflyasiyanın çox yüksək həddə çatdığını müşahidə etmişik. Buna görə də AMB-nin hər dəfə digər dövlətlərin mərkəzi banklarına baxaraq faiz artırması mexaniki qərardır".
Mərkəzi Bankın yeni qərarı manatın məzənnəsinə necə təsir edəcək? – Ekspert açıqladı - ÖZƏLİqtisadçı qeyd edib ki, Azərbaycanda uçot dərəcəsi artdığı zaman ilk növbədə bankların kredit faizləri yüksəlir: "Həm istehlak, həm biznes kreditləri uçot dərəcəsi artdığı zaman yüksəlir. Yeni qərardan sonra bank kreditlərinin 0,5-1 faiz artacağı gözlənilir. Bu, iqtisadiyyatın rıçaqlarının dönməsinə və iqtisadi aktivliyə mane olan faktordur. Hesab edirəm ki, mexaniki qərarlar verməkdənsə yerli reallıqlar nəzərə alınmalıdır. Çünki inflyasiya AMB-nin uçot dərəcəsi ilə bağlı verdiyi qərardan sonra da azalmayacaq və bu proses hazırda bütün dünyada gedir. Azərbaycan isə əksər sahələrdə idxaldan asılıdır. Yəni, AMB bu prosesə təsir edə bilməz. Lakin uçot dərəcəsinin artırılması iqtisadi aktivliyə, satışlara mənfi təsir edəcək".
Müsahibimin fikrincə, yeni qərar manatın məzənnəsinə hər hansı risk formalaşdırmır: "Hazırda manat üçün ciddi risk yoxdur. Çünki neft qiymətləri kifayət qədər yüksəkdir. "Qara qızılın" qiymətlərinin artması fonunda Azərbaycanın valyuta gəlirləri də yüksəlir. Ona görə də manat üçün indiki halda təhlükə yoxdur".
Şəbnəm Mehdizadə,
KONKRET.az


Sosial     Baxılıb: 218   Tarix: 19 mart 2022
f Paylaş

Xidmetler

Oxşar xəbərlər

Vəhşicəsinə qətlə yetirilən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ

Martın 2-də itkin düşən və mayın 14-də Lənkəranda meyiti tapılan Cəlilabad rayon Muğan kənd sakini Könül Ağayevanın nənəsi də vəfat edib. -a istinadən xəbər verir ki, Gülxara Ağayeva uzun sürən xəstəlikdən sonra bu gün vəfa

Yağıntılı hava şəraiti bu tarixədək davam edəcək - XƏBƏRDARLIQ

Mayın 19-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 21-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki

Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, imtahanda iştirak edən 9-c

Sürücülərin diqqətinə! - Sabahdan bu yolda təmir başlayır

Sabah saat 09:00-dan etibarən Bakı şəhəri, Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsindəki yol qovşağında təmir işlərinə başlanılacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Məlumat verilib

Qətiyyən imkan verməyək ki, parklarımız, meşələrimiz, yaşıllıq örtüyü məhv edilsin' - Deputat

"Azərbaycan dövləti tərəfindən uzun illərdir ətraf mühitin qorunması, yaşıllıq massivlərinin genişləndirilməsi, meşə massivlərinin artırılması, nəsli tükənməkdə olan heyvanların qorunub saxlanması, xüsusi qoruqları

Polisi öldürən şəxsin ömürlük cəzası dəyişdirildi

Bakıda kütləvi dava zamanı iki nəfərin qətlində təqsirləndirilən Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahi

Bu gün vəfat edən hərbçimizin FOTOSU

Azərbaycan Ordusunun hərbi qulluqçusu Sənan Kərəm oğlu Hüseynov vəfat edib. Sənan Hüseynovun fotosunu əldə edib. Həmin fotonu təqdim edirik:

Azərbaycanda dəm qazından iki uşaq zəhərləndi - biri öldü, digərinin vəziyyəti ağırdır

Ağcabədi rayonunun Boyat kəndində dəm qazından zəhərlənən iki azyaşlıdan biri ölüb, digərinin vəziyyəti ağırdır. report-a istinadən xəbər verir ki, Boyat kənd sakinləri Emil Emin oğlu Hümbətov və Filiz Emin qızı Hümbətov

Azərbaycanda hava xəbərdarlığı ilə bağlı YENİLİK

Küləkli hava şəraiti ilə bağlı "Rəng xəbərdarlıq sistemi" bu gündən saytı vasitəsilə əhaliyə çatdırılır. report-a istinadən xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib


tezbazar azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bugun sonxeber sonxəbər xeber.az 2024