Ordubadın Nüsnüs hamamı turist yox, mütəxəssis yolunu gözləyir - REPORTAJ + FOTO

Ordubadın Nüsnüs hamamı turist yox, mütəxəssis yolunu gözləyir - REPORTAJ + FOTOOrdubadın Nüsnüs hamamı turist yox, mütəxəssis yolunu gözləyir - REPORTAJ + FOTO
Hamamlar tarix boyu insanların həyatında müstəsna yer tutub, istirahət, ünsiyyət və sövdələşmələr üçün əlverişli məkan olub. Hazırda tarixi hamamların əksəriyyəti memarlıq abidəsi kimi qorunur, bir neçəsi isə öz təyinatı üzrə istifadə olunur. Lakin Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun özünəməxsus abidələrindən olan Nüsnüs hamamı barədə bunu demək mümkün deyil. Çünki bu tarixi tikili ziyarətçilərdən daha çox bərpa olunması üçün mütəxəssislərin yolunu gözləyir.
Ordubadın Nüsnüs kəndində yerləşən hamam yeraltı hamamlar qrupuna aiddir. Abidə XIV-XV əsrlərdə inşa olunub və kəndin yuxarı hissəsində, dağın ətəyində yerləşir. Hamamın ətraf ərazisi Murqalan adlanır. Onun əsas hissəsi yerin altında, günbəz və giriş qapısı isə yerin üzərindədir.
Hamama daxil olmaq üçün 12 pilləkən aşağı enməli olursan. Əsrlər keçsə belə, öz möhtəşəmliyini və qədimiliyini hələ də qoruyub saxlayıb. Bu hamamı digər orta əsr hamamlarından fərqləndirən əsas xüsusiyyət divarların, günbəzin və tağ tavanlarının dağ daşları ilə inşa olunmasıdır. Hamamın içərisi isə günbəz və tavanın mərkəzində yerləşdirilən baca vasitəsilə işıqlandırılıb.
Tikilinin planı düzbucaqlı formada olub, yuyunma salonu və onlara bitişik köməkçi otaqlardan ibarətdir. Otaqları qızdırmaq üçün samandan və odundan istifadə ediblər. Saman ocağa qoyulduqdan sonra onun ağzı və bacası qapadılır. Yaranan istilik həm anbardakı suyu qızdırır, həm də hamamın döşəməsinin altında yerləşdirilən borulardan keçərək yuyunma zalını qızdırır.
Kənd sakinlərinin dediklərinə görə, hamam 1940-1950-ci illərə qədər istifadə olunub. Burada həftənin müəyyən günləri qadınlar, müəyyən günləri isə kişilər çimiblər.
Nüsnüs hamamının ucqar ərazidə inşa olunması isə su mənbələri ilə əlaqələndirilir. Deyilənlərə görə, su dağın ətəyindəki bulaqdan saxsı borular vasitəsilə hamama gətirilib...
Zaman öz işini görüb. Hamamın salonları artıq yararsız hala düşüb, hovuzun, su anbarının (tulunbar) üzəri toz qatları ilə örtülüb. Odur ki, Şərq memarlığı üslubunda inşa edilən bu unikal abidənin ciddi bərpaya ehtiyacı var.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin şöbə müdiri Həsən Kərimov "Report"a bildirib ki, Ordubad rayonunda yerləşən 299 abidədən 200-ü Ordubad şəhərində yerləşir.
"Burada qoruğun yaradılması həmin abidələrin qorunması, tədqiqi və təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Və belə abidələrdən biri də Nüsnüs hamamıdır. Nüsnüs hamamı yerli əhəmiyyətli abidə olsa da, o, özünəməxsus həcm, plan və memarlıq quruluşu ilə digər abidələrdən seçilir. Həmin abidənin bərpası təmin ediləcək", - deyə nazirlik rəsmisi vurğulayıb.
Ordubadın Nüsnüs hamamı turist yox, mütəxəssis yolunu gözləyir - REPORTAJ + FOTOOrdubadın Nüsnüs hamamı turist yox, mütəxəssis yolunu gözləyir - REPORTAJ + FOTOOrdubadın Nüsnüs hamamı turist yox, mütəxəssis yolunu gözləyir - REPORTAJ + FOTOOrdubadın Nüsnüs hamamı turist yox, mütəxəssis yolunu gözləyir - REPORTAJ + FOTOOrdubadın Nüsnüs hamamı turist yox, mütəxəssis yolunu gözləyir - REPORTAJ + FOTOOrdubadın Nüsnüs hamamı turist yox, mütəxəssis yolunu gözləyir - REPORTAJ + FOTOOrdubadın Nüsnüs hamamı turist yox, mütəxəssis yolunu gözləyir - REPORTAJ + FOTOOrdubadın Nüsnüs hamamı turist yox, mütəxəssis yolunu gözləyir - REPORTAJ + FOTOOrdubadın Nüsnüs hamamı turist yox, mütəxəssis yolunu gözləyir - REPORTAJ + FOTO"Report" İnformasiya Agentliyi


Maraqlı     Baxılıb: 98   Tarix: 30 aprel 2024
f Paylaş

Xidmetler

Oxşar xəbərlər

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Həkim məsləhəti: Gündə nə qədər kolbasa yemək olar?

Həkim məsləhəti: Gündə nə qədər kolbasa yemək olar? . "Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır". Bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olq

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı. "Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". Bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO. Tədqiqatçılar qəddar təcrübə aparıblar və dənizin dərinliklərində yaşayan canlılardan birinin yaxın məsafədən 22 kalibrli atış zamanı sağ qala bildiyin

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO. Rusiyanın Saxalin vilayətinin Xolmoqor şəhər dairəsində, Leninin abidəsinin təmiri və bərpası işləri zamanı 1970-ci ildə gələcək nəsillərə mesaj kimi qoyulmuş zama

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma


tezbazar azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun 2024 muharibe xəbərlər xeber.az bu gun sonxəbərlər