Qənirə Paşayevadan parlamentin buraxılacağı xəbərlərinə reaksiya

Qənirə Paşayevadan parlamentin buraxılacağı xəbərlərinə reaksiyaSon günlər bəzi media orqanlarında və sosial şəbəkələrdə Azərbaycan Respublikası Konstitusiyasına yaxın vaxtlarda dəyişiklik edilməsi məqsədi ilə referendium keçiriləcəyi, habelə Milli Məclisin təkrarən buraxılacağı barədə "məlumat"lar yayılmaqdadır. – Bəzi sözləri dırnaq içində yazmağa məcburam, çünki o iddialar əsassızdır, həqiqətə uyğun deyil. Açıq desək, bu "məlumat"lar, gözləntilər nə dövlətin, nə cəmiyyətin, nə də dövlətçiliyin dəyərini yüksək tutan vətəndaşın maraqlarına cavab vermir və biləvasitə bəlli radikal siyasi dairələrin maraqlarına xidmət edir. Belə olan halda – bir dar siyasi çevrənin, radikalların maraqlarını cəmiyyət, dövlət maraqları səviyyəsinə qaldırmaq olarmı? – Bu, ritorik sualdır, əlbəttə və cavabı "Əlbəttə, olmaz"dır!
Diqqət edin: Referendum yaxın keçmişdə olub, cəmiyyətin müzakirələri, xalqın səsi nəticəsində 26 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının Konstitusiyasının 42 maddəsinə 29 dəyişiklik edilib.
Yəni "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendumun üzərindən heç 5 il keçməmiş növbəti bir referendium barədə müzakirələr köklü səbəblərə əsaslanmır. Ölkədə hakimiyyət bölgüsü məlumdur, qurum və quruluşların işi günün tələbləri səbiyyəsində qurulub; gərəkən islahatlar dövlət başçısının kamil rəhbərliyi ilə həyata keçirilir və xalqın rəğbəti ilə qarşılanır. Yalnız Vətən Müharibəsini, müharibədəki tarixi zəfərimizi vurğulamaqla dövlətimizin, dövlət orqanlarımızın Prezidentin rəhbərliyi ilə necə çalışdığını bütün dünyanın gördüyünü ifadə edə bilərik. Görünür, dünyanın gördüyünü bizim bəzi radikal çevrələr görə, idrak edə bilmir. Bir sözlə, respublikamızda təkmil və ahəngdar dövlət idarəçiliyi mövcuddur və konkret hakimiyyət bölgüsü vardır; müxtəlif dövlət orqanları, qurum və quruuluşlar bir-birinin fəaliyyətini tamamlayır. 28 sentyabr 2016-cı ildəki referendiumdan, 11 aprel 2018-ci ildəki Prezident və 09 fevral 2020-ci ildəki parlament seçkisindən sonrakı şəkillənmə və yeniliklərlə dövlət orqanlarının fəaliyyətinin, koordinasiyasının effektivliyi daha da artıb.
Milli Məclisin necə çalışması barədə danışmaqsa mənimçün daha rahatdır. Çünki özüm də Milli Məclisin üzvüyəm, Məclisin işinə yaxından bələdəm. Məclisin istər say tərkibi, istərsə də tərkibin formalaşdırılması üçün tətbiq olunan mövcud seçki sistemi illər ərzində sınaqdan uğurla çıxıb və günün tələblərinə uyğundur.
Nələri xüsusi fərqləndirə bilərik?
- VI çağırış Milli Məclis öz fəaliyyətini dövlət başçısının daxili və xarici
siyasətinə, eləcə də tövsiyələrinə uyğun, yüksək səviyyədə qurulması üçün zəruri addımlar atılıb, uğurlar əldə edilib;
-Milli Məclisdə islahatlarla yanaşı Məclis özü islahatlara töhfə verən bir mühüm hakimiyyət qolu kimi özünü doğruldub;
- 2020-ci ilin fevralındakı seçkilərdən sonra formalaşmış heyət, ötən müddət içində qanunvericilik fəaliyyətində yaddaqalan bir dönəm keçirib. Özəlliklə Şuşa şəhərinin Mədəniyyət Paytatxı statusu ilə bağlı cənab Prezidentin qanunvericilik təşəbbüsü ilə göndərdiyi Qanun layihəsinin Komitələrdə və plenar iclaslarda müzakirələri, səsvermənin keçirilməsi hər birimizin deputatlıq fəaliyyətimizdə xüsusi hadisə olub;
-Beynəlxalq əlaqələr daha da intensivləşib. O cümlədən Azərbaycan-Türkiyə-Pakistan parlamentlərarası (üçtərəfli) əməkdaşlıq formatının rəsmiləşdirilməsi ən yeni dövr tariximizin önəmli hadisəsidir;
-Vətəndaşlarla iş intensiv xarakter alıb, minlərlə vətəndaşın müxtəlif səpgili müraciətləri cavablandırılıb, istər məktubla bildirilmiş, istərsə biləvasitə görüşlərdə qaldırılmış problemlər öyrənilmiş, müvafiq qaydada həll olunmuşdur. Bu mənada, Məclis üzvlərinin fəallığının artırılması xüsusi qeyd olunmalıdır;
-Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əlaqələr daha da sıxlaşmışdır. Özəlliklə şəhid ailələri, yaralı qazilərlə bağlı, sosial müdafiəyə ehtiyacı olan seçicilərlə bağlı məsələlər Məclisin, Məclis üzvlərinin diqqətindən əskik olmamışdır;
-Bəllidir ki, ötən ilin martından qlobal pandemiya ilə mübarizə içindəyik. Bu mübarizədə ölkəmiz cənab Prezidentin mükəmməl rəhbərliyi ilə ümumdünya miqyasında yadda qalan addımlar atmış, beynəlxalq humanitar təşəbbüslərlə seçilmişdir. Ölkə daxilində də mühüm addımlar atılmışdır ki, Milli Məclis istər qanunlara müvafiq əlavə və düzəlişlərin qəbulunda, istərsə, vətəndaşlarla iş sahəsində yaddaqalan işlər görmüşdür.
Hər bir Məclis üzvü, ali dövlət rəhbərliyinin fəaliyyətini bundan sonra da özü üçün örnək hesab etməkdə haqlıdır.
44 günlük Vətən Müharibəsi ilə əlaqədar görülən işlər – müharibə dövründə və müharibədən sonra, ikitərəfli, çoxtərəfli parla⁶mentlərarası əlaqələr, qəbul edilən müxtəlif müraciətlər, bəyanatlar, qətnamələr Məclisin məsuliyyətli fəaliyyətinə sübutdur. Həmkarlarımın KİV-lərdə çoxsaylı məqalələri, müsahibələri, sosial mediadakı fəallıqları da bu yerdə minnətdarlıqla qeyd olunmalıdır.  Bura, ötən ilin iyulunda Tovuzda, dövlət sərhəddində baş vermiş döyüşlər vaxtı və döyüşlərsonrası görülən işləri də şamil edirəm.
Qalib ölkənin Milli Məclis üzvü olmaq nə qədər şərəflidirsə, bir o qədər məsuliyyətlidir. Çox şadam ki, tam əksər həmkarlarımız məhz bu şərəf və məsuliyyətin dərin fərqindədir.
DÖVLƏTİMİZ VAR OLSUN!
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva


Siyasi     Baxılıb: 599   Tarix: 03 avqust 2021
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

Lukaşenkonun Azərbaycana səfəri başa çatdı

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri mayın 17-də başa çatıb. xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovu

Fransa bu günə qədər törətdiyi soyqırımlara görə bəşəriyyətdən üzr istəməlidir' - Deputat

"Bildiyiniz kimi, Yeni Kaledoniyada insanların hüquqları pozulur. Fransa tərəfindən buradakı vətəndaşlara qarşı güc tətbiq edilir". Bu sözləri -a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev Fransanın Yen

Azərbaycan Prezidenti: Belarusun çox yaxşı şəhərsalma təcrübəsi var

Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, aqroşəhərciklərin tikintisi təcrübəsi var. Bu fikri Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə mətbuata bəyanatında səsləndirib. "Əlbəttə

Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesi çərçivəsində əldə olunan irəliləyişi alqışlayır. xəbər verir ki, bu barədə Aİ-nin mətbuat xidmətinin bəyanatında deyilir. "Aİ 1991-ci il Almat

"Fransa yenə də vəhşi metodlarla xalqın iradəsini sındırmaq istəyir" - Deputat

"Yeni Kaledoniya Fransanın baş ağrısına çevrilməkdədir. Bu da səbəbsiz deyil. Köhnə zehniyyətlə bu ölkələri idarə etmək mümkün deyil. Əvvəlki müstəmləkə zehniyyəti ilə burda olan sərvətləri talayaraq hansısa xalqın rifahın

Prezidentlər Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisinə baxıblar

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ"

"Abidələrə atəş açan barbardır" - Lukaşenko

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Şuşada Bülbülün ev-muzeyində olublar. -ın məlumatına görə, ev-muzeyi ilə tanış olan Lukaşenko açıqlamasında "İkonlar

İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərində

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər. xəbər verir ki, dövlət başçıları Şuşada birinci yaşayış kompleksində olubla

Nazir maaşına əlavələr ABŞ-da biznes qurmağa yetirmi? - Məmmədyarovun qeyri-səmimiliyi

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov artıq evdən işləmir. O, son vaxtlar fəallaşıb, kitab çap etdirir və mediada tez-tez görünür, müsahibələr, şərhlər verir. xəbər verir kİ, Məmmədyarov son olaraq İTV-yə müsahibəsind


tezbazar yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta mezennesi oxu.az xeberler xeberler bugun xeber