Sorosçuların Gürcüstanda həyata keçirmək istədikləri "Ukrayna ssenarisi"

Sorosçuların Gürcüstanda həyata keçirmək istədikləri Tiflis küçələrində niyə şiddətli küçə etirazları keçirilir və qan tökülür?
"Xarici agentlər haqqında" qanun layihəsinin müzakirələri qonşu Gürcüstanda siyasi çaxnaşmaya səbəb olub.
Xatırladaq ki, ABŞ, Fransa və digər "demokratiya mayakları" gürcü müxalifətinin əli ilə sözügedən qanunun qəbuluna qarşı çıxır. Həmin qanunun tətbiqinə tərəfdar olanların əsas arqumenti isə ondan ibarətdir ki, xarici maliyyələşdirmənin vergi orqanları qarşısında zəruri hesabatlılığını təmin etmək lazımdır.
Qeyd edək ki, hazırda ölkədə 25 min fəal QHT var ki, onların da 90%-i xarici mənbələrdən maliyyələşir. Bu vəsaitlərin haradan gəldiyi, hansı məqsədlər üçün xərclənməsi ilə bağlı isə ciddi nəzarət mexanizmləri mövcud deyil. Söhbət xarici donorlardan qrant alanları kənar maliyyə mənbələri haqqında hesabat verməyə məcbur etməkdən gedir. Üstəlik, "Şəffaflıq haqqında" qanun layihəsində heç bir cinayət məsuliyyəti nəzərdə tutulmur və fiziki şəxslərə şamil edilmir.
Sorosun onilliklər ərzində fəal şəkildə işlədiyi və bir çox sahələrə nüfuz etdiyi Gürcüstandakı real durum isə ürəkaçan deyil. Söhbət hər şeydən əvvəl korrupsiya, fahişəlik, gənclərin total narkomanlığı, homoseksualizm və pedofiliyanın təbliğatında kəskin artım kimi neqativ halların kütləviləşməsindən gedir. Gürcüstan cəmiyyətinin sağlam hissəsinin şübhəli xarici mənbələrin hesabatlılığını təmin etmək niyyəti də bu kimi halların aradan qaldırılmasına hesablanıb.
Aydındır ki, xaricdən maliyyələşən "müxalifət" ənənəvi dəyərləri məhv edən təxribatçı fəaliyyətinə üzərində heç bir nəzarət hiss etmədən mütəmadi olaraq milyonlarla dollar pul almaqda davam etmək istəyir. Prezident Zurabişvili isə bu işdə onlara açıq şəkildə dəstək verir.
Ssenari isə tanışdır – İndi Gürcüstanda baş verənlər 2013-2014-cü illərdə Ukraynada yaşananların eynisidir. Belədə isə bu suala cavab tapmaq vacibdir – bütün bunlar nəyə gətirib çıxardı?
Natiq Səlim
KONKRET.az


Siyasi     Baxılıb: 59   Tarix: 04 may 2024
f Paylaş

Oxşar xəbərlər

Hikmət Hacıyev Baydenin müşaviri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb. xəbər verir ki, Hikmə

Litva Rusiyaya nota verdi

Rusiyanın Litvadakı Səfirliyinin əməkdaşı bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Litva XİN məlumat yayıb. Bildirilir ki, diplomata etiraz notası təqdim edilib. (Qafqazinfo

Azərbaycan və Belarus prezidentləri Füzuliyə getdi

Azərbaycan Respublikasında dövlət səfərində olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Füzuli rayonuna gəlib. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovu

İlham Əliyev qazaxıstanlı həmkarına zəng edib

Azərbaycan və Belarus prezidentləri Şuşadakı Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ" sərgisinə baxıblar. xəbər verir ki, mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasını

Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesi çərçivəsində əldə olunan irəliləyişi alqışlayır. xəbər verir ki, bu barədə Aİ-nin mətbuat xidmətinin bəyanatında deyilir. "Aİ 1991-ci il Almat

Putin: "Əvvəlcə, görək, Fransa Ukraynaya qoşun göndərir, ya yox"

Rusiya prezidenti Vladimir Putin deyib ki, biz əvvəlcə Fransanın Ukraynaya öz qoşunlarını göndərib-göndərməyəcəyini anlamalı, sonra isə bu hərəkətlərə cavab vermək üçün mümkün variantları nəzərdən keçirməliyik. . KONKRET.azxaric

Nazir idarə rəisini işdən çıxarıb yüksək vəzifə verdi

Mədəniyyət Nazirliyində kadr dəyişikliyi olub. bildirir ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb. Əmrə əsasən, nazirliyin Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə vəzifəsində

Prezidentlər Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisinə baxıblar

Azərbaycan və Belarus prezidentləri Şuşadakı Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ" sərgisinə baxıblar. xəbər verir ki, mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasını

Robert Fitsonun hücuma məruz qalmasında hansı ölkələrin və təşkilatların əli ola bilər?

Bir neçə gün öncə Slovakiyanın Baş naziri Robert Fitso atışma zamanı yaralanıb. Diqqətçəkən detal odur ki, 2003-cü il tarixindən indiyə qədər Avropada heç bir prezidentə, dövlət nümayəndəsinə qarşı bu cür təxribat törədilməyib


tezbazar azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi maraqlı xəbərlər son xeber.az son xəbər