Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısındaTanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
azxeber.com apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
O, ifadəsi zamanı iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Kənan Rəsulov barədə danışıb:
"Audit işi ilə bağlı 2019-21-ci illər arasında müqavilə imzalamışıq. Layihədə qanunsuzluqlar isə 2022-ci ildə ortaya çıxıb. Bizə auditlə bağlı müraciət isə 2022-ci ilin ortasında olub. İlin ortasında müraciət olunub deyə audit üçün il sonunu gözləməli idik. Bizim audit apardığımız 2019-21-ci illər arasında heç bir qüsur aşkarlanmayıb".
Təqsirləndirilən Z.Hüseynzadə zərərçəkmişlə olan əlaqələrindən və imzaladığı müqavilələrdən danışıb:
"Kənanı "Muğanbankın" şöbə müdiri olan dostuma görə tanımışam. O xarici dili bilmirdi deyə sənədlər barədə kömək etmişəm. Layihənin davamlılığı üçün Avropa Yenidənqurma və İnkişaf Bankına hesabatlar təqdim edirdik".
Məhkəməyə ifadəsi zamanı təqsirləndirilən Z.Hüseynzadə zərərçəkmiş şəxslə daha əvvəl xidməti müqavilə imzaladığını deyib:
"2022-ci ilin yanvarın 6-da biz Kənan Rəsulovla 224 min dollarlıq xidməti müqavilə imzaladıq. Kənan bununla razılaşdı. Bizim işimiz kreditin ayrılması ilə bağlı deyildi. Altı ay sonra isə hüquqi müqavilə imzaladıq. O zaman pulun necə veriləcəyi ilə bağlı Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Kənan arasında razılıq əldə edildi. Həm kredit, həm də qrant ayrıldı. Bu işləri Kənan özü edib".
Təqsirləndirilən şəxs, həmçinin, bildirib ki, zərərçəkmişlə arasında bağlanan müqavilə ilə bağlı ona heç bir ödəniş edilməyib.
Məhkəmə prosesi mayın 8-nə təyin edilib.
Növbəti prosesdə təqsirləndirilən şəxsin ifadəsi davam edəcək.
Qeyd edək ki, "PKF Audit Azerbaijan" və "PKF Audit Consultinq" MMC-lərin təsisçisi olan Ziya Hüseynzadənin dələduzluq, vəzifə saxtakarlığı kimi əməllər törətməsinə şübhələr müəyyən edilib.
İstintaqla Z.Hüseynzadənin 2022-23-cü illərdə digər şirkət rəhbərləri ilə əlbir olaraq onlara məxsus obyektlərin fəaliyyətinin genişləndirilməsi təyinatı üzrə kredit verilməsinə dair Avropa Yenidənqurma və İnkişaf Bankına etdikləri müraciətlər üzrə külli miqdarda qanunsuz kredit vəsaitləri alınmasına əsaslı şübhələr aşkar edilib.
Həmçinin, 2022-ci ildə təsisçisi olduğu şirkətin bank hesabında olan pul vəsaitini nağdlaşdırmaq məqsədilə saxtalaşdırdığı rəsmi sənədlərdən istifadə etməklə həmin MMC-nin direktorunun xəbəri olmadığı halda onun adından şirkətin depozit hesabından təsərrüfat xərci adı altında külli miqdarda pul vəsaitini məxaric etməsi müəyyənləşib.
Xatırladaq ki, təqsirləndirilən Ziya Hüseynzadə tanınmış model Raziyyət Əliyevanı döyməkdə təqsirləndirilir. Bununla bağlı açılmış cinayət işi üzrə də hazırda məhkəmə araşdırması davam edir.


Sosial     Baxılıb: 63   Tarix: 25 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Prezident sabiq naziri rektor təyin etdi

Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyi

Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ

Mayın 3-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağı, külək əsəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkə

Çində yolun çökməsi nəticəsində ölənlərin sayı artdı

Çində avtomobil yolunun çökməsi nəticəsində həyatını itirənlərin sayı artıb. xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində 48 nəfərin öldüyü, 30 nəfərin yaralandığı qeyd edilib. Qeyd edək ki, Meycou əyalətind

Diqqət! Bakı ilə bağlı XƏBƏRDARLIQ - Mayın 5-i saat 15-dən... - FOTO

2024-cü ildə Günəşdə aktivlik pik həddə çatacaq. . -ə istinadən xəbər verir ki, bu da 2013-cü ildən sonra Günəşdə yenidən çoxlu sayda partlayışların olması anlamına gəlir. Bu aktivlik 10 ildən 14 ilədək davam edə bilər. Yerd

Mövlam Şixəliyev maddi ziyanla bağlı məhkəməyə müraciət etdi

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi, hazırda həbsdə olan Mövlam Şıxəliyev maddi ziyanla bağlı məhkəməyə ərizə verib. "Unikal"ın məlumatına görə, məhkəmə prosesi Nərimano

Bu şəxslər işə düzələrkən dövlətdən 4712 AZN ala bilər - RƏSMİ

Azərbaycanda yeni tətbiq edilən birdəfəlik ödənişlərdən biri də xüsusi kateqoriya şəxslərə işə düzələn zaman ödənilən vəsaitdir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər ilk dəfə işə düzələn zama

Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib. Qafqazinfo-ya istinadən xəbər verir ki, 2014-cü ildən həmin məktəbd

ƏHALİNİN NƏZƏRİNƏ! Sabah saat 09:00-dan 14:00-dək

"Bakı Marafonu 2024" ilə əlaqədar sabah səhər saat 09:00-dan 14:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkət tam məhdudlaşdırılacaq

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb

Mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçu Əhmədov Fuad Cəlal oğlu vəfat edib. Bu barədə -a Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, qəza nəticəsind


tezbazar yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun 2024 azerbaycan dunyada son xeberler sonxeberler oxu.az xeberler