Təhlükə var: Çölə çıxmayın! - İki gün boyunca…

Təhlükə var: Çölə çıxmayın! - İki gün boyunca…Xəbər verdiyimiz kimi, bu gündən etibarən güclü maqnit qasırğası müşahidə olunacaq. Maqnit qasırğası iki gün boyunca təsirli olacaq.
Nevroloq Rəna Abbasova açıqlamasında müşahidə olunan maqnit qasırğa və onun təsirləri barədə insanlara bir sıra tövsiyələr verib:
"Maqnit qasırğaları ürək-damar xəstəliyindən əziyyət çəkən insanlarda, yüksək təzyiq və şəkərli diabet xəstələrində öz təsirini daha ciddi şəkildə göstərir.  Maqnit qasırğası dövründə xəstələrdə kəskin başgicəllənməsi və başağrısı olarsa, buna xüsusi diqqət yetirilməlidir. Bu səbəbdən həmin şəxslərə tövsiyə edirik ki, ehtiyac olmadıqda sözügedən dövrdə açıq havaya çıxmasınlar və daha çox qapalı, sərin məkankarda vaxt keçirsinlər. Bundan əlavə, bu cür xəstəliyi olanlar dərmanlarını mütəmadi olaraq qəbul etməli, şəkər və təzyiqlərini normada saxlamalı, əks-göstəriş olmadığı təqdirdə 2 litr maye qəbul etməlidirlər. Bu dönəmdə təzyiq və şəkərləri yüksələrsə, həkimə müraciət etmələri mütləqdir".
Həkim bildirib ki, maqnit qasırğaları heç bir xroniki xəstəliyi olmayan,  səhhəti normal olan insanlara da təsir göstərir:
"Həmin şəxslər bu dövrdə ciddi bir problem yaşamasa da, bu adamlarda da yüksək təzyiq müşahidə edilir. Həmçinin, sağlam insanlarda əzginlik, yorğunluq, gün ərzində yuxululuğun artması, baş ağrıları özünü göstərə bilər. Maqnit qasırğası baş verdikdə, işığa, yüksək səsə qarşı həssaslığın artması, oynaqlarda ağrılar, əsəbilik, əhvalın səbəbsiz pozulması kimi hallar yaranır.
Bununla yanaşı, maqnit qasırğası zamanı bəzən tam sağlam insanlarda da müəyyən diskomfort hissi yarana bilər. O halda müəyyən sakitləşdirici preparatlardan istifadə etmək mümkündür. Həmçinin belə hallar baş verdikdə, xüsusi avadanlıqlarla işləməyi minumuma endirmək, avtomobildən istifadəni azaltmaq, artıq diqqət tələb edən işlərdən çəkinmək tövsiyə olunur". (Yeni Sabah) / konkret.az


Sağlamlıq     Baxılıb: 72   Tarix: 15 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Bu üç əlamət qaraciyər problemindən xəbər verir

Mütəxəssislər qaraciyər problemlərini göstərən üç dəri əlamətini açıqlayıblar. xəbər verir ki, qaraciyər xəstəliyi dəridəki dəyişikliklərlə özünü göstərə bilər. Qaraciyər yağlanması iki növə bölünür: alkoqollu və alkoqolsuz

Arağın öldürücü dozası ilə bağlı XƏBƏRDARLIQ

Çoxlu miqdarda arağın çox tez içilməsi həyat üçün təhlükəli ola bilər. . -a istinadən xəbər verir ki, Rusiya Dövlət Təhsil Universitetinin tibb fakültəsinin müəllimi, cərrah Aleksandr Umnov spirtli içkinin ölümcül dozas

Qaraciyəri təmizləyən qidaların SİYAHISI

Qaraciyəri təmizləməyə kömək edəcək və bu orqanın fəaliyyətini dəstəkləyəcək məhsulların siyahısı tərtib edilib. Siyahını kardioloq Olqa Bokeriya tərtib edib. Onun sözlərinə görə, sağlam qaraciyər üçün ən azı yeddi vaci

Koronavirus bütün dünyada gözlənilən ömür müddətini 2 ilə yaxın qısaldıb

"COVID-19 epidemiyası dünyada orta ömrü daha da qısaldıb". xəbər verir ki, bu barədə ÜST-nin saytında verilən açıqlamada bildirilib. Açıqlamada qeyd olunub ki, 2019-2021-ci illərdə COVID-19 epidemiyası səbəbində

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu ilə bağlı proqnoz təqdim ediblər. xəbər verir ki, tədqiqat "Th

Həkim xoruldamanın səbəblərindən danışdı

"İnsanda xoruldamanın səbəbləri piylənmə, eləcə də spirtli içkilərdən sui-istifadə ola bilər". xəbər verir ki, bu nəticəyə rusiyalı kardioloq Polina Kontsedailo gəlib. O qeyd edib ki, piylənmə boğazda yağ yığılmas

Bu şəxslər süddən imtina etməlidir

Bu xəstəlikldən əziyyət çəkənlər süddən imtina etməlidir. -ın xəbərinə görə, dietoloq və endokrinoloq Natalya Lazurenko bildirib ki, laktoza və kazein kimi bir sıra süd komponentlərinə qarşı dözümsüzlükdən əziyyət çəkən insanla

Çay diabet riskini azalda bilər: Belə içsəniz

Alimlər sübut ediblər ki, çayın müntəzəm istehlakı insan sağlamlığına müsbət təsir göstərir. -a istinadən bildirir ki, tədqiqatçılar çayın insan sağlamlığına təsiri ilə bağlı 20 elmi araşdırmanı araşdırıblar. Nəticələr göstəri

Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI

Sarıkök antioksidant xüsusiyyətlərə malikdir. Sarıkök yeməklərə ətir və dad əlavə etməklə yanaşı, həm də çoxsaylı sağlamlıq faydaları ilə tanınan heyrətamiz bir ədviyyatdır. xarici mətbuata istinadən xəbər verir ki, bu ədviyya


tezbazar azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bugun 2024 son xeberler bugun 2024 canli son xeberler bugun butun xeberler