Tezliklə şad xəbərlər eşidəcəyik, Paşinyanın Gümrü səfəri

Tezliklə şad xəbərlər eşidəcəyik, Paşinyanın Gümrü səfəriXəbər verdiyimiz kimi Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Gümrü şəhərinə gedərək, "Mülki müqavilə" partiyasının təşəbbüs qrupunun iclasında iştirak edib. Paşinyan 5 saat qapalı şəraitdə öz partiya üzvləri və özünə yaxın siyasi qruplarla danışıqlar aparıb. Danışıqlar zamanı Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması və Ermənistanın Aİ perspektivi, bu fonda daxildə müxalif qrupların davranışları müzakirə edilib. "Hazırda tarixi Ermənistandan real Ermənistana ağrılı keçid var. Bu proses bizim tarixi məsuliyyətimizdir. Biz bu prosesə münasibət bildirməliyik", – deyə Paşinyan bildirib. Onun sözlərinə görə, bu prosesə iki yanaşma var.
"Yanaşmalardan biri belədir. Biz hər cür şəkildə tarixi Ermənistandan reallığa keçidin əleyhinəyik, bunun qeyri-mümkün və qəbuledilməz olduğunu deyirik. İkinci yanaşma isə odur ki, tarixi Ermənistandan keçidi tarixi zərurət hesab edirik. Biz bu yolla getməliyik. Ermənistan Respublikasının təhlükəsizliyini, rifahını, iqtisadi inkişafını və xoşbəxtliyini təmin etməliyik. Mənim qavrayışım və qiymətləndirməm bundan ibarətdir. Əgər biz bu seçimi etməsək, real Ermənistan da tarixə çevriləcək", – deyə o, qeyd edib. Beləliklə, Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması məsələsi tezliklə öz həllini tapa bilərmi? Paşinyanın son açıqlamaları hansı mesajlardan xəbər verir?
KONKRET.az xəbər verir ki, politoloq Zaur Məmmədov mövzuya bu cür şərh bildirib:
"Xatırladım ki, Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması ilə bağlı ölkə daxilində müəyyən siyasi və hərbi qruplaşmaların hakimiyyətə pressinqi olsa da, ümumilikdə böyük şəhərlərin əhalisi bu mövzuda hökuməti dəstəkləyirlər. Ölkə rəhbərliyini hazırda bu məsələ ilə yanaşı 5 aprel Brüssel görüşü və orada veriləcək bəyanatlardan sonra İrəvanda və digər şəhərlərdə mümkün iğtişaşların olub – olmayacağı maraqlandırır. Ukrayna və Gürcüstan hakimiyyətlərinin Avropa İttifaqının üzvlüyünə perspektivi alaraq üzləşdiyi çağırışlar hər kəsin yadındadır. İndiyə qədər həmin ölkələrin xalqları bu qərarın nəticələrini hiss etməkdədirlər. Sözsüz, 5 aprel görüşü və onun nəticələri də Ermənistanda hiss ediləcək, ancaq hələlik Kiyev və Tiflisdə maydanlarda baş verəcəklər kimi yox.
Yeri gəlmişkən, Gürcüstan və Ermənistanın Avropa perspektivliyi fonunda bölgədə geosiyasi vəziyyətin daha da qəlizləşməsi və Azərbaycanın tamamilə müstəqil və suveren balanslı siyasəti güdərək bloksuz dövlət kimi statusunu davam etdirməsi yaxın qonşularımız tərəfindən mütləq şəkildə nəzərə alınmalıdır.
O ki qaldı aprelin 5-i Blinken, Fon der Layen və Paşinyan arasında görüşə, Azərbaycanla Ermənistanın hansının daha çox əslində Qərbin tərəfdaşı olmasını müqayisə edək. Müqayisəni edərkən maraqlı şəkil qarşımıza çıxır. KTMT və Avrasiya İttifaqının üzvü olan, Avropa İttifaqı ilə ümumi ticarət dövriyyəsi 2023 – cü ildə cəmi 7 milyard dollardan bir qədər çox olan Ermənistan, NATO – nun ən güclü üzvlərindən sayılan Türkiyənin hərbi – siyasi müttəfiqi, Aİ – nin 9 dövləti ilə strateji tərəfdaş olan, qoca qitənin ənənəvi və yaşıl enerji siyasətində xüsusi rol oynayan və oynayacaq, Aİ ilə ticarət dövriyyəsi 2023 cü ildə 24 milyard dollar olan Azərbaycan. Əlbəttə ki, Ermənistanla bağlı Qərbin çətir funksiyasını yerinə yetirmək istəməsinin əsl səbəbi geosiyasi faktor, Rusiya ilə olan konfrantasiyadır. Bununla da, Qərb Ermənistanı tərəzinin bir tərəfində, Azərbaycan və Türkiyəni isə o biri tərəfində qoyaraq açıq şəkildə ayrı – seçkilik etmiş olduğunu göstərmiş olur.
Ermənistanda və Qərbdə başa düşməlidirlər ki, İrəvanın Qərbə inteqrasiyalarının imkanları ilk növbədə Azərbaycandan və Türkiyədən asılı olacaq. Azərbaycan və Türkiyə hansı cinahı seçərlərsə Ermənistan orada olacaq. Çünki Anadolu – Qafqaz birgə siyasi orqanizmdir və 44 günlük müharibədən sonra region öz bucağı altına qayıtdı- daim burada ağalığı edən azərbaycanlılara qayıtdı.
Beləliklə, yaxın vaxtlarda növbəti şad xəbərləri eşidəcəyik. Azərbaycan böyük şahmat lövhəsində böyük fiqurları bir – bir şah və mat etməyi bacarır. 44 günlük müharibə, son 4 ildə ordumuzun uğurları, Xankəndidə bayrağımızın asılması və bizi gözləyən sonrakı hadisələr… "
Politoloq Elxan Şahinoğlu isə qeyd edib: "Ermənistanın baş naziri Nikol Paşinyan Gümrü şəhərində lideri olduğu "Vətəndaş müqaviləsi" partiyasının fəallarıyla görüşdə deyib ki, hazırki şəraitdə sülhdən daha çox danışmaq lazımdır: "Biz elə etməliyik ki, Ermənistan ətrafındakı vəziyyət bir daha müharibəyə rəvac verməsin. Bu çox çətindir, dözümlü olmalıyıq". Paşinyan onun və partiyasının tarixi missiya yerinə yetirdiyini bildirərək, partiya üzvlərini yaradıcı ideyalar irəli sürməkdən çəkinməməyə çağırıb.
Paşinyanın hədəfi Ermənistanın bir daha heç bir müharibədə iştirak etməməsinin təminatıdırsa, iki qonşusu – Azərbaycan və Türkiyə ilə bütün məsələlərin həllini sürətləndirməlidir. Paşinyan partiyadaşlarıyla birgə, özünün də vurğuladığı kimi, tarixi missiyanı yerinə yetirmək istəyirsə və buna hazırdırsa, 1) vaxt itirmədən 4 kəndi Azərbaycana qaytarmalı; 2) Azərbaycanla çərçivə sazişini imzamalı; 3) Zəngəzur dəhlizinin işə düşməsini təmin etməlidir. Paşinyan bu yolu seçərsə, həm tarixi missiyanı yerinə yetirmiş olacaq, həm də sülh şəraitində Ermənistanın Azərbaycan və Türkiyə ilə əməkdaşlıq fonunda regional layihələrdə iştirakını təmin edəcək".Musavat.com


Siyasi     Baxılıb: 415   Tarix: 26 mart 2024
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşdü

AFFA prezidenti Rövşən Nəcəf UEFA rəhbəri Aleksander Çeferinlə görüşüb. report-a istinadən xəbər verir ki, toplantı Tailandın paytaxtı Banqkokda keçirilən FIFA-nın 74-cü Konqresindən əvvəl baş tutub. Görüşdə UEFA və AFF

Prezidentlər Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisinə baxıblar

Azərbaycan və Belarus prezidentləri Şuşadakı Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ" sərgisinə baxıblar. xəbər verir ki, mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasını

Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib

Azərbaycanın İrandakı səfirliyinin yeni məkanda fəaliyyətinin bərpa edilməsi planlaşdırılır. AZXEBER COM report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Azərbaycan İrandak

Rəsmi Moskva İrəvanın KTMT ilə bağlı qərarına belə reaksiya verdi

"Ermənistanın KTMT-ni maliyyələşdirməyi dayandırması faciəvi hal deyil". " "ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib. O bildirib ki, buna baxmayara

"Qarabağda bu işləri görməyə hazırıq" - Lukaşenko

"Kənd təsərrüfatında buraya cins mal-qara, hər şeydən əvvəl, süd məhsullarına, iribuynuzlu mal-qara ətinə tələbatı tam təmin etmək üçün tədarüklə bağlı böyük proqramlarımız var. Biz bu mal-qaranı sizə tədarük edəcəyik"

Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesi çərçivəsində əldə olunan irəliləyişi alqışlayır. xəbər verir ki, bu barədə Aİ-nin mətbuat xidmətinin bəyanatında deyilir. "Aİ 1991-ci il Almat

"Bundan daha pis nə ola biləcəyini təsəvvür belə edə bilmirəm" - Manaseryan

"ABŞ və Avropanın arzusunda olduğu Rusiya bazarı bu gün Ermənistan üçün açıqdır, amma ölkəmizin ondan niyə imtina etməsi anlaşılan deyil".  xəbər verir ki, bu sözləri professor Tatul Manaseryan Ermənistanın  Aİİ-də

Hikmət Hacıyev Baydenin müşaviri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb. xəbər verir ki, Hikmə

Prezidentlər Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisinə baxıblar

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ"


tezbazar yeni xeberler son xeberler azerbaycan xeberleri son xabar dunya xeberleri cəbhədən son xəbər valyuta mezennesi