Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİQazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir.
Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.
Qazaxıstanın Baş nazirinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Əlixan Asxanoviç Smailova həvalə edilib.
Hazırda Ə. Smailov baş nazirin birinci müavini vəzifəsini tutur. Əvvəlki hökumət ötən ilin yanvarında Milli Məclisə - respublika parlamentinin aşağı palatasına seçkilərdən sonra təsdiq edilib.
O zaman, Əsgər Mamin yenidən Nazirlər Kabinetinin rəhbəri təyin edilmişdi. O, bu vəzifəni 2019-cu ilin fevral ayından tuturdu.
xxx
04:30
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhər saatlarında hökumətin istefasını elan etməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə Zakon.kz portalı hökumətdəki mənbələrə istinadla məlumat yayıb.
Bundan əvvəl Tokayev ölkənin qərbində başlayan küçə iğtişaşları fonunda Manqistau vilayətində və Almatıda iki həftə müddətinə fövqəladə vəziyyətin tətbiqi haqqında fərman imzalayıb. Fərmana əsasən, tətillər, dinc toplantılar və kütləvi tədbirlər qadağan edilir, komendant saatı tətbiq edilir, giriş-çıxış məhdudlaşdırılır.
Prezident həmçinin fiziki şəxslərdən və hüquqi şəxslərdən silah-sursatların, o cümlədən hərbi və təlim hərbi texnikasının, partlayıcı maddələrin, radioaktiv maddələrin müvəqqəti müsadirə edilməsi haqqında qərar verib.
Yanvarın 2-də Manqistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinləri kütləvi şəkildə küçələrə çıxaraq yanacağın qiymətinin aşağı salınmasını tələb ediblər. Onların sözlərinə görə, yanvarın 1-dən maye qazın bir litrinin qiyməti 120 təngəyə (0,27 dollar) qalxıb, nümayişçilər onun 50-60 təngəyə (0,11-0,13 dollar) endirilməsini tələb ediblər.
Tokayev hökumətə iqtisadi məqsədəuyğunluğu və hüquqi müstəvidə regiondakı vəziyyəti təcili nəzərdən keçirməyi tapşırıb. Hökumət komissiyası Aktauya gəlib və işə başlayıb.
Çərşənbə axşamı etirazçılarla görüşdən sonra komissiya Manqistau vilayətində maye qazın qiymətinin litri üçün 50 təngəyə (0,11 dollar) endirildiyini elan edib.
Hüseyn


Dünya     Baxılıb: 1035   Tarix: 05 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

ABŞ Rusiya ilə razılaşmaya görə BU ÖLKƏLƏRİ qurban verəcək - ŞOK İDDİA

ABŞ Rusiya ilə strateji razılaşmaya Baltikyanı ölkələri qurban verə bilər. xəbər verir ki, bu barədə amerikalı analitik Devid Payn "The National Interest" jurnalında dərc olunan məqaləsində qeyd edib. Nəşrdə eksper

Borrel Donbasa gedəcək - Təmas xəttində

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya səfər edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Ali komissarın 4-6 yanva

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68

İsrail bu şəxslərə "yaşıl işıq" yandırdı - Ölkəyə daxil ola bilərlər

İsrail yanvarın 9-dan vaksinasiya olunmuş və ya COVID-19-dan sağalmış turistlərin ölkəyə daxil olmasına icazə verəcək. xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bu, "narınc

ABŞ 20-dən çox rus PUA-sını vurdu

Suriya və Ukrayna üzərində uçan rus istehsalı "Lancet" pilotsuz aparatları naməlum silahlarla vurulub. -a istinadla xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Rusiyanın PUA texnologiyasını öyrənmək istəyə

Türkiyə Ordusu çox sayda terrorçunu zərərsizləşdirdi

"Sülh Çeşməsi", "Zeytun Budağı" və "Fərat Qalxanı" əməliyyat bölgələrində təxribat atəşi açan və əraziyə sızmağa cəhd edən 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Türkiy

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl


tezbazar yeni xeberler son xeberler azerbaycan xeberleri sonxabar butun xeberler son xeberler bugun 2024 muharibe cebheden xeberler