"Yazıq gəlinim deyirdi ki, mənim üstümə niyə düşüblər?"

"Hakim partiyaya üzv olmamağımın hər hansı səbəbi yox idi. Düşünürəm ki, xarici işlər nazirinin, müdafiə nazirinin bitərəf olması lazımdır. Çünki bunlar güclü blokdur".
KONKRET.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov müsahibəsində deyib.
Eks-nazir XİN rəhbərləri ilə münasibəti barədə danışıb: "Yavaş-yavaş aşağıya doğru getdi. Amma yazışdığım nazirlər var. Tez-tez Lavrovla, Mövlud Çavuşoğlu ilə danışırıq. Macarıstanın XİN başçısı hər dəfə mənə təbriklər göndərir, Qazaxıstanın keçmiş naziri ilə zəngləşirik. Amma bu aralar mənimlə daha çox əlaqə saxlayanlar jurnalistlərdir.
Lavrovla çox danışırıq, axırıncı dəfə Rusiyada terror hadisəsi olanda başsağlığı göndərdim. O da məmnuniyyətlə qəbul etdi. Biz danışmışıq ki, Moskvaya getsəm, mesaj göndərim, ən azı bir çay içək. Amma 4 ildə hələ Moskvaya getməmişəm, bu yaxınlarda bir tədbirlə bağlı getməyi planlaşdırıram".
E. Məmmədyarov övladlarının illər əvvəl Nyu-Yorkda 2 bahalı mənzil alması ilə bağlı xəbərə də münasibət bildirib: "Onu deyən şəxslər bilmir ki, Amerika bank sistemi necə işləyir. Hansı bankla əməliyyat etmişəm, yazışmaların hamısı var. Evdə bununla bağlı 5 kiloqrama yaxın sənəd var, hamısını saxlayıram. Ona görə də mən rahatam. Bu, mənə qarşı kampaniya idi, özü də bilirəm ki, bunun arxasında kim dayanırdı. Amma bu böhtanların heç biri mənə dəymir, mən elə şeylərə fikir vermirəm. Mənim yazıq gəlinimi erməni eləmişdilər. Atası italyan, anası irlandiyalı, özü amerikandı. Başa düşmürdü, deyirdi ki, mənim üstümə niyə düşüblər?" (Modern.az)


Siyasi     Baxılıb: 57   Tarix: 03 may 2024
f Paylaş

Oxşar xəbərlər

Fransa bu günə qədər törətdiyi soyqırımlara görə bəşəriyyətdən üzr istəməlidir' - Deputat

"Bildiyiniz kimi, Yeni Kaledoniyada insanların hüquqları pozulur. Fransa tərəfindən buradakı vətəndaşlara qarşı güc tətbiq edilir". Bu sözləri -a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev Fransanın Yen

Azərbaycan Prezidenti: Belarusun çox yaxşı şəhərsalma təcrübəsi var

Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, aqroşəhərciklərin tikintisi təcrübəsi var. Bu fikri Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə mətbuata bəyanatında səsləndirib. "Əlbəttə

Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir

Fransa tərəfi üzr istəməlidir. xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Fransanın daxili işlər naziri Jerald Darmanan tərəfindən Azərbaycanın diktatura adlandırılmas

"Qarabağda bu işləri görməyə hazırıq" - Lukaşenko

"Kənd təsərrüfatında buraya cins mal-qara, hər şeydən əvvəl, süd məhsullarına, iribuynuzlu mal-qara ətinə tələbatı tam təmin etmək üçün tədarüklə bağlı böyük proqramlarımız var. Biz bu mal-qaranı sizə tədarük edəcəyik"

PA 25 siyasi partiyanı bir araya topladı - FOTOLAR

Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının

Azərbaycan və Belarus prezidentləri Füzuliyə getdi

Azərbaycan Respublikasında dövlət səfərində olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Füzuli rayonuna gəlib. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovu

Avropada mühacirətdə olan fəal Bakıya döndü, hava limanında saxlanıldı - ÖZÜNDƏN AÇIQLAMA

Almaniyada mühacirətdə olan, Azərbaycan tərəfindən axtarışa verilmiş Müsavat fəalı Mehdi Xəlilbəyli Bakıda həbs olunub. xəbər verir ki, Mehdi Xəlilbəyli bir qədər əvvəl Bakıya qayıdıb və hava limanında saxlanılıb. Onun barəsind

Litva Rusiyaya nota verdi

Rusiyanın Litvadakı Səfirliyinin əməkdaşı bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Litva XİN məlumat yayıb. Bildirilir ki, diplomata etiraz notası təqdim edilib. (Qafqazinfo

Rəsmi Bakıdan fransalı nazirə cavab: RƏDD EDİRİK

Rəsmi Bakı Fransanın daxili işlər naziri Jerar Darmaninin "France-2" telekanalına müsahibəsində Azərbaycana qarşı və Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik liderləri arasında iddia edilən münasibətlərə dai


tezbazar yeni xeberler son xeberler azerbaycan xeberleri son xabar dunya xeberleri cəbhədən son xəbər valyuta mezennesi