Yemək yeyərkən televizora baxmaq artıq çəkiyə səbəb olur - ARAŞDIRMA

Yemək yeyərkən televizora baxmaq artıq çəkiyə səbəb olur - ARAŞDIRMAMinho Universitetinin (Portuqaliya) alimləri müəyyən ediblər ki, yemək yeyərkən telefondan istifadə edən və ya televizora baxan uşaqlarda artıq çəkili olma ehtimalı əhəmiyyətli dərəcədə artır.
KONKRET.az xəbər verir ki, bunu mayın 12-dən 15-dək İtaliyada keçirilən Avropa Obezite Konqresində (ECO) təqdim olunan araşdırma göstərib.
Komanda altı yaşdan on yaşa qədər olan 735 uşağın yemək vərdişlərini təhlil edib. Onlar hər bir uşaqdan son 24 saat ərzində istehlak etdikləri qidaların növünü və miqdarını soruşub və valideynlərdən övladlarının səhər, nahar və şam yeməyi zamanı telefon və ya televizora baxıb-baxmadığını öyrəniblər.
Tədqiqatçılar müəyyən ediblər ki, yemək zamanı mobil cihazlardan istifadə etməyə və televizora baxmağa icazə verilən uşaqların artıq çəki alma ehtimalı digər uşaqlara nisbətən 15% çoxdur.
Alimlər deyirlər ki, yemək yeyərkən daim ekrana baxmaq uşaqlara tox olduqlarını dərk etmələrinə mane olur. Uzun müddətdə bu vərdiş tez-tez həddindən artıq yeməyə və bədən yağının artmasına səbəb olur.
Burhan,
KONKRET.az


Sağlamlıq     Baxılıb: 114   Tarix: 14 may 2024
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

Elektron siqaretlərin ciddi fəsadları - Həkimdən XƏBƏRDARLIQ

"Elektron siqaretlərin istifadəsi adi siqaretlə müqayisədə orqanizmə nikotinin daha çox daxil olmasına gətirib çıxarır ki, bu da orqanizmin müxtəlif həyati sistemlərinə mənfi təsir göstərir".   -a istinadən bildiri

Həkim xoruldamanın səbəblərindən danışdı

"İnsanda xoruldamanın səbəbləri piylənmə, eləcə də spirtli içkilərdən sui-istifadə ola bilər". xəbər verir ki, bu nəticəyə rusiyalı kardioloq Polina Kontsedailo gəlib. O qeyd edib ki, piylənmə boğazda yağ yığılmas

Naringi qabığını atmayın - Bu dərdlərə çarədir

Naringi qabığı bir çox xəstəliklərin müalicəsində istifadə olunur. C vitamini, kalsium, vitamin B6 və beta karotinlə zəngin olan naringi qabığı antioksidant mənbəyidir. Yüksək qida dəyərinə malik olduğu üçün təbii əlavə kim

Dondurma havası - Bunlara diqqət edin

İsti yay aylarında sərinləmək üçün hər kəsin ilk müraciət etdiyi qidalardan biri dondurmadır. Dondurma həm sərinliyinə, həm də dadına görə böyükdən-kiçiyə hər kəsin ləzzət aldığı qidalardandır. Yay aylarında dondurma istehlakını

Sumqayıtda Azərbaycan səhiyyəsinin inkişafına həsr olunan tədbir keçirildi - FOTOLAR

Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Sumqayıt Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə şəhərin 75 illik yubileyi və "Yaşıl dünya naminə həmrəylik ili" münasibətilə "Azərbaycan səhiyyəsinin inkişafı Heydə

Ən əzabverici xəstəliklər hansılardır?

"Amiotrofik yan skleroz (Lu Qehriq) ən ağır xəstəliklərdən biridir". xəbər verir ki,  bunu ABŞ-də çalışan tibb bacısı Culi Makfadden ölümlə nəticələnən ən ağrılı xəstəliklərdən danışarkən deyib. O qeyd edib ki

İsti havada adi su əvəzinə DUZLU SU için

Yay aylarında havanın temperaturu 30 dərəcədən yuxarı olanda orqanizm tər və nəfəs vasitəsilə çoxlu miqdarda qiymətli mikroelementlər itirir. Belə günlərdə itirilən mikroelementləri bərpa etmək üçün duzlu su içmək məsləhə

Beyində internet asılılığı yaradan SƏBƏBLƏR

Gənclərdə internet asılılığı yaradan səbəblərdən ən başlıcası beyin kimyasında yaranan dəyişikliklərdir. xəbər verir ki, bu barədə "PLOS Pathogens" jurnalında  nəşr olunan araşdırmada qeyd olunub. Tədqiqatçıla

Cənnət meyvəsi – üzüm və faydaları

Qida dəyəri ilə seçilən üzüm yüksək miqdarda antioksidant ehtiva edir. Ürək xəstəlikləri riskini azaldan, şəkər xəstəliyinə də nəzarət edən üzüm göz sağlamlığını dəstəkləyir, keyfiyyətli yuxu təmin edir və xərçəng əleyhin


tezbazar yeni xeberler son xeberler azerbaycan xeberleri maşın realiti şou cəbhədən xəbər cəbhədən şad xəbər xeber.az son xeberler