Yeni təyin olunan rektor kimdir? - DOSYE

Yeni təyin olunan rektor kimdir? - DOSYEPrezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.
KONKRET.az yeni təyin olunan rektorun dosyesini təqdim edir:
Heydər Əsədov 1959-cu il oktyabrın 24-də anadan olub.
1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun Mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.
1978-1984-cü illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışıb. 1983-1992-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (son illərdə Azərbaycan Dövlət İqtisad İnstitutu adlanıb) müəllim, baş müəllim vəzifələrində işləyib, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.
1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub.
1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Maliyyə nazirinin müavini təyin edilib, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının baş direktoru, Azərbaycan Respublikası Maliyyə nazirinin müavini, 2007-2013-cü illərdə isə Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib
Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə 2011-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni, 2019-cu ildə isə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilib. 2019-cu ildə Azərbaycan Respublikasında təhsilin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.
Üç monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir.
Ailəlidir. Üç övladı var.


Siyasi     Baxılıb: 49   Tarix: 02 may 2024
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. xəbər verir ki, mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasını

Lukaşenko: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq

Kənd təsərrüfatında buraya cins mal-qara, hər şeydən əvvəl, süd məhsullarına, iribuynuzlu mal-qara ətinə tələbatı tam təmin etmək üçün tədarüklə bağlı böyük proqramlarımız var. Biz bu mal-qaranı sizə tədarük edəcəyik. B

Ərdoğan: "Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir

"Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ile birgə mətbuat konfransı zaman

İlham Əliyev qazaxıstanlı həmkarına zəng edib

Azərbaycan və Belarus prezidentləri Şuşadakı Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ" sərgisinə baxıblar. xəbər verir ki, mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasını

İlham Əliyevin adından Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib

Mayın 16-da Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib. xəbər verir ki, ziyafətd

"Paşinyan istefa verməyə hazırlaşmır"

"Ermənistanın Baş naziri Nikol Paşinyan istefa verməyə hazırlaşmır". TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının üzvü, parlamentin xarici əlaqələr komissiyasını

Hikmət Hacıyev ABŞ-də bir sıra görüşlər keçirib

Hikmət Hacıyev ABŞ-a səfəri çərçivəsində Dövlət Departamentinin yüksək vəzifəli şəxsləri ilə bir sıra görüşlər keçirib. xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ-da səfərdədir. Səfər çərçivəsind

İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər

Azərbaycan Prezidenti İlham Əliyev və onun belaruslu həmrakı Aleksandr Lukaşenko mayın 17-də Şuşa şəhərinə səfər ediblər. xəbər verir ki, dövlət başçıları Şuşada birinci yaşayış kompleksində olublar

"Belarusun çox yaxşı şəhərsalma təcrübəsi var" - İlham Əliyev

"Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, aqroşəhərciklərin tikintisi təcrübəsi var".  xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə mətbuat


tezbazar son xeberler yeni xeberler azerbaycan xeberleri xəbər cəbhədən xəbərlər novruz bayramı cəbhədən son xəbərlər