2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO
Yaz fəslinin ikinci ayını başa vurmaq üzrəyik. Havaların isinməsi ilə əlaqədar turizm sektorunda da canlanma müşahidə olunur. 2020-ci ildə başlayan koronovirus pandemiyası səbəbindən bu sektorda zəifləmə olub. Artıq pandemiya səngiyib. Bu il daha çox turist axınının olacağını düşünənlər var. İndidən yay tətili üçün hazırlıqlara başlayanlar da az deyil.
Bəs görəsən, turizm sektorunda vəziyyət necə olacaq? Turizmdə trendlər nələrdir?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən turizm məsələləri üzrə ekspert Ceyhun Aşurovun sözlərinə görə, 2024-cü il turizm sektorunda bərpa ili hesab olunur:
2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO"COVID-19 pandemiyasından sonrakı dövrdə turizm sənayesinin bərpa olunacağı və əvvəlki göstəricilərə geri qayıdacağı gözlənilir. Çünki ötən ilki dünya göstəricilərində turizmin bərpası təxminən 95 faiz oldu. Və bu il o göstəriciləri də keçəcəyi gözlənilir".
Ekspert qeyd edib ki, ölkəmizdə insanlar daha çox yaxın regionlara üz tuturlar:
"Yaşanmış qısa tarixdə COVID-19 ilə əlaqədar olaraq insanlar daha kiçik qruplarla tez-tez yaxın ərazilərə və regionlara səyahətlər edirlər. Dünyada da bu trenddir. Təbiət yaxın olan istirahət növləri daha cazibəli olur. İnsanlar da buna görə təbiətdə daha çox vaxt keçirməyə üstünlük verirlər.
Azərbaycanda da belədir. Regionlarda istirahət zamanı insanlar təbiətdə vaxt keçirməyi sevirlər. İnsanlar və dünya turisti asudə vaxtını dəyərləndirərək qısamüddətli də olsa, daha çox istirahət edərək vaxtını dəyərləndirməyə çalışır".
C.Aşurov dünyada turizm xərclərinin artdığını əlavə edib:
"Əgər 3-4 il əvvəl turist başına düşən xərc təxminən 1000 dollar idisə, indi 1400-1500 dollardır. Müxtəlif səbəblərdən bu bahalaşma olub. Buna baxmayaraq, istirahətlərini edirlər. Artıq istirahət və səyahət etmək zərurət halını alıb. Tələbat da xeyli artıb".
Nəzrin Vahid


Turizm     Baxılıb: 121   Tarix: 30 aprel 2024
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir. Bu barədə "Azərbaycan Hav

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Novruz bayramı ərəfəsində növbəti endirim aksiyasına start verir. Aviaşirkət Novruz çərşənbələrində

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir. Novruz bayramının gəlişi ilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərinə onlarla marşrut üzrə uçuşlar təqdi

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI. "Ötən il Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarların sayı 15 min nəfəri keçib". "Report" xəbər verir ki, bunu Bakıda səfərd

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO. Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutlarının yaradılması çoxdan müzakirə olunan mövzudur. Keçən il Azərbaycan-Türkiy

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO. Yaz fəslinin ikinci ayını başa vurmaq üzrəyik. Havaların isinməsi ilə əlaqədar turizm sektorunda da canlanma müşahidə olunur. 2020-c

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-d

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL. Rusiyanın "Ural Hava Yolları" şirkəti Jukovski hava limanından (Moskva vilayəti) Azərbaycanın paytaxtına müntəzəm birbaşa reysləri bərpa edəcək


tezbazar azerbaycan xeberleri son xeberler yeni xeberler bugunun xeberleri sonxabar bu gune olan xeberler kriminal xeberler