Deputat parlamentdə kibercinayətkarlıqla mübarizəyə dair çağırış edib

Deputat parlamentdə kibercinayətkarlıqla mübarizəyə dair çağırış edibKibertəhlükəsizlik milli yox, qlobal problemdir.
azxeber.com APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, insanlar bank adı ilə gələn zənglərin həqiqətən bankdan, yoxsa başqa bir şəxs tərəfindən hansı məqsədlə gəldiyini aydınlaşdıra bilmirlər: "Əksər hallarda isə bu kimi zənglərə inanaraq şəxsi məlumatları qarşı tərəfə ötürürlər ki, bu da bütün kart balanslarının oğurlanmasına gətirib çıxarır. Kibercinayətkarlar kart istifadəçilərini əvvəlcə qorxudaraq, ardından köməklərini təklif edirlər. Bəzi şəxslər də təbii ki dərhal buna inanaraq qarşı tərəfin bütün suallarını cavablandırırtirir və daha bir kiibercinayət hadisəsi baş verir. Azərbaycanın müvafiq qurumları kibercinayətkarlığa, bu işlə mütəşəkkil məşğul olan dəstələrə qarşı müntəzəm əməliyyatlar həyata keçirsələr də, bu istiqamətdə məlumat yetərsizliyinin olması ən böyük çatışmazlıqlardan biridir. Kibertəhlükəsizlik milli yox, qlobal problemdir. Lakin nəzərdə tutulan yaş qrupları üçün məlumatlandırma sessiyaları ilə, sosial çarxlarla bu sahədə savadlılıq və sosial immunitet artırıla bilər. Çünki artıq 50 insandan ən azı biri artıq bu kimi hallarla qarşılaşıb. Ya özünün, ya da tanıdığı kimsənin başına gəldiyindən çevrəsindəki digər şəxsləri bu sahədə məlumatlandırır və mümkün kibercinayətin qarşısını almağa müvəffəq olur. Hətta bankların özünün belə bu istiqamətdə məlumatlandırıcı fəaliyyətləri olmalı, ən azından müştərilərinin telefon nömrələrinə ismarıclar göndərərək mümkün zənglərə qarşı xəbərdarlıq etməlidirlər. Həmin bankın müştərisi bilməlidir ki, bank ondan zəng edərək 4 rəqəmli kod və ya hər hansı digər məlumat tələb etmir, əgər soruşulursa, deməli artıq o kibercinayətkarla qarşı-qarşıyadır. Müvafiq qurumları, bank sektorunu, kütləvi informasiya vasitələrini, televiziya kanallarını vətəndaşlarımız üçün aydınladıcı-məlumatlandırıcı çarxlar paylaşmağa, infosessiyalara, bu istiqamətdə xəbərdaredici fəaliyyət görməyə çağırıram".


Siyasi     Baxılıb: 87   Tarix: 25 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

MSK Sədri: "Artıq parlament seçkilərinə hazırlığa başlamalıyıq"

Artıq parlament seçkilərinə hazırlığa başlamalıyıq. -ın xəbərinə görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib. Məzahir Pənahov deyib ki, qarşıdan yay gəlir: "Yazda, payızd

Azərbaycan hərbçiləri beynəlxalq təlimdə iştirak edəcək

"Anatolian Phoenix – 2024" beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak edəcək Azərbaycan Ordusunun hərbi qulluqçuları və aviasiya vasitələri Türkiyə Respublikasının Konya şəhərinə gediblər. Müdafiə Nazirliyində

Ruslar ABŞ bazasına daxil oldular

Rusiya hərbçiləri ABŞ hərbçilərinin yerləşdiyi Nigerdəki 101-ci aviabazada məskunlaşıblar. xəbər verir ki, bu barədə "Reuters" Pentaqondakı mənbəyə istinadən məlumat verir. Bildirilir ki, ruslar aviabazanın ərazisind

Ermənistanda müdafiə işinə cəlb olunan şirkətlər "ifşa edilib"

29.04.2024-cü ildə Fransa xüsusi xidmət orqanı DGSE-nin məlum mətbuat uzantısı "İntelligence Online" Ermənistanda hərbi sənayesinin qurulması işinə cəlb edilən Britaniya şirkətlərini, nüfuzlu britaniyalıların işi

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəməyə görə daha bir hərbçi həbs edilib. . -ın məlumatına görə, N saylı hərbi-hissənin maliyyə xidmət rəisi işləmiş Elvin Cəfərov dövlətə dəymiş ziyanı ödəmədiyi üçün barəsində tədbi

Avropa Komissiyasının genişlənmə üzrə Baş direktorunun Azərbaycana səfəri başlayıb

Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş direktoru Qert Yan Kopmanın Azərbaycana səfəri başlayıb. "Report" xəbər verir ki, onun Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasını

Azərbaycan və İran generalları regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Azərbaycan müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İran İslam Respublikasına rəsmi səfər edib. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, səfə

"Yazıq gəlinim deyirdi ki, mənim üstümə niyə düşüblər?"

"Hakim partiyaya üzv olmamağımın hər hansı səbəbi yox idi. Düşünürəm ki, xarici işlər nazirinin, müdafiə nazirinin bitərəf olması lazımdır. Çünki bunlar güclü blokdur". xəbər verir ki, bunu sabiq xarici işlər nazir

"İnanırıq Azərbaycan bayrağı Təbrizdə dalğalanacaq"

"Bu gün Azərbaycanda 7-dən 77-yə hər kəsdə Məhəmməd Əmin Rəsulzadənin, Müsavatın ruhu var. Rəsulzadə Azərbaycan xalqının şərəfli keçmişidir. O, bu millət üçün öz ailəsini qurban vermiş gerçək dövlət adamıdır. Ruhu dai


tezbazar azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler bugun 2024 muharibe son xeberler bugun 2024 canli ən son xeberler sou biznes