Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır"
Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşların sayı bu ay müharibədən əvvəlki səviyyəyə qayıdır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun (ATB) baş direktoru Florian Zenqstşmid Təl-Əvivdə keçirilən illik turizm sərgisində iştirakı çərçivəsində JNS ("Jewish News Syndicate") onlayn jurnalına açıqlamasında bildirib.
"Azərbaycan israilli turistlər üçün əvvəlki kimi açıq və təhlükəsiz olaraq qalır. Burada olmağımız vacib bir siqnaldır", - deyə o vurğulayıb.
Nəşr qeyd edib ki, Azərbaycan da daxil olmaqla, yalnız 12 ölkə öz nümayəndələrini bu sərgiyə göndərib. Bildirilib ki, bu, Təl-Əvivdə müharibədən sonra İsrailə turizmin təşviqinə həsr olunmuş sərgidir. Ötən il tədbirdə iştirak edən təxminən 20 digər ölkə isə sərgiyə qatılmayıb. Tədbirdə Fransa, Çexiya, Kipr, Salvador, Tayvan, Hindistan, Yunanıstan, Vyetnam, Şri-Lanka, Rumıniya və Efiopiya da iştirak edib.
Xatırladaq ki "Azərbaycan Hava Yolları" QSC (AZAL) ötən ay Bakıdan Təl-Əvivə birbaşa uçuşları bərpa edib və hazırda iki şəhər arasında həftədə 9 reys həyata keçirilir.
ATB-nin baş direktorunun sözlərinə görə, "Israil Airlines" da bu ayın sonunda bərpa edəcəyi üç reyslə yanaşı, hazırda iki ölkə arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır: "Azərbaycan müsəlman ölkəsi kimi qəbul edilir, amma əslində bu, rəngarəng qobelendir və müxtəlif xalqların yaşadığı bir məkandır".
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra Avropa paytaxtlarında və dünyada antisemitizm artarkən, ötən il 30 min israilli onlar üçün təhlükəsiz sığınacaq olaraq qalan Azərbaycana səfər edib.
Azərbaycan əhalisinin əksəriyyəti şiə müsəlmanı olan ölkə kimi ötən il İsraildə səfirlik açan ilk dövlət olaraq tarixə düşüb.
Nəşr vurğulayıb ki, İsrail üçün İranla 428 mil sərhədi olan və bu ölkəyə neft idxalının ümumi həcminin təxminən 30%-ni təmin edən Azərbaycanla əlaqələr strateji əhəmiyyət kəsb edir.
Bu gün Azərbaycanda 25-30 minə yaxın yəhudi yaşayır.


Turizm     Baxılıb: 199   Tarix: 06 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL. Rusiyanın "Ural Hava Yolları" şirkəti Jukovski hava limanından (Moskva vilayəti) Azərbaycanın paytaxtına müntəzəm birbaşa reysləri bərpa edəcək

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO. "2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub". . xəbər veri

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik. "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıql

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır". Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşları

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir. Bu barədə "Azərbaycan Hav

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO. Bakı "Destination Dupes"un reytinq siyahısında ilk beşliyə daxil olub, həmçinin "Instagram", "TikTok"

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd


tezbazar son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta məzənnələri xeberler bugun şou biznes xəbərləri xeberler