"Rusiya, Azərbaycan, Türkiyə və İranı Qərbə qarşı birləşməyə çağırdı" - Korotçenko 

"Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı yaratmalıdırlar".
KONKRET.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert İqor Korotçenko deyib.
Onun sözlərinə görə, Qərb ölkələri Rusiya iqtisadiyyatı üçün strateji əhəmiyyət kəsb edən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin işə salınmasına qarşı çıxmaq istəyirlər.
"Bütün region ölkələri – Rusiya, Azərbaycan, Türkiyə, İran birləşməlidir ki, Ermənistan Qərbin nüfuzunun tramplininə çevrilməsin. Bu gün ABŞ, Aİ, Fransa İrəvandan istifadə edərək regionda qeyri-sabitlik və yeni silahlı münaqişələr yaratmaq istəyir. Fakt budur ki, Şimal-Cənub dəhlizi regiondan keçir və bu, Qərbin sanksiyalarından yan keçmək və Rusiya iqtisadiyyatının dayanıqlı fəaliyyəti üçün zəruri logistikanı təmin etmək baxımından Moskva üçün kritik əhəmiyyət kəsb edir", – Korotçenko qeyd edib.
Ekspert bidirib ki, Qərb digər məsələlərlə yanaşı, Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyir. Onun sözlərinə görə, region ölkələrinin liderləri ən azı Təhlükəsizlik Şuralarının katibləri səviyyəsində məsləhətləşmələrə getməlidirlər. O, Çinin bu təklifə xüsusi diqqət yetirməli olduğunu vurğulayıb.
"Cənubi Qafqazda sabitliyin pozulması Mərkəzi Asiyada sabitliyin pozulması deməkdir və bu birbaşa Çinin özünün maraqlarına toxunur. Başqa sözlə, bu format bizə Qərbin Cənubi Qafqaz regionunu və daha geniş kontekstdə onun ətrafındakı məkanı qarşıdurma və sabitliyi pozma meydanına çevirməsinin qarşısını almaq üçün yol xəritəsini birgə hazırlamağa kömək edəcək", – Korotçenko bildirib.
Günel Mikayılova,
KONKRET.az


Siyasi     Baxılıb: 121   Tarix: 24 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Türkiyədəki seçkilərin son nəticələri bu tarixdə açıqlanacaq

Mayın 6-da Türkiyə Mərkəzi Seçki Komissiyası martın 31-də respublikada keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilərin yekun nəticələrini açıqlayacaq. xəbər verir ki, bu barədə MSK-nın məlumatında deyilir. Türkiyəd

Mirzoyan Kuleba ilə danışıqlar APARDI

Ukrayna və Ermənistanın xarici işlər nazirləri Dmitri Kuleba ilə Ararat Mirzoyan telefon danışığı zamanı Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.  xəbər verir ki, bu barədə ukraynalı nazir "X" sosial şəbəkəsind

Nazir generalı özünə müşavir təyin etdi

Ali Hərbi Məktəbin sabiq rəisi general-mayor İlqar Məmmədov yenidən vəzifəyə gətirilib. -ın əldə etdiyi məlumata görə, İ.Məmmədov daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun hərbi məsələlər üzrə müşaviri təyi

İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Konstantin Kosaçovu və Dövlət Dumasının MDB işləri, Avrasiya iqtisadiyyatı və həmvətənlərlə əlaqələr komitəsini

Azərbaycan və İran generalları regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Azərbaycan müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İran İslam Respublikasına rəsmi səfər edib. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, səfə

"AŞPA ölkələri məcbur edir ki, qeyri-ənənəvi oriyentasiya nümayəndələrini göndərin" - Volodin

"Avropa Şurası Parlament Assambleyası (AŞPA) ölkələrin parlamentlərini qeyri-ənənəvi cinsi oriyentasiya nümayəndələrini təşkilata göndərməyə məcbur edir". xarici mediaya istinadən xəbər verir ki, bu fikri Rusiy

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun parlament seçkilərinin daha tez keçirilə biləcəyi ilə bağlı dünənki açıqlaması ölkə gündəmin əsas mövzusuna çevrilib. xəbər verir ki, Milli Məclisin bir sıra deputatlar

IV Bakı Beynəlxalq Humanitar Forumunun yekununda Bəyannamə qəbul edilib

IV Bakı Beynəlxalq Humanitar Forumunun yekununda Bəyannamə qəbul edilib. "Report" Bəyannamənin mətnin təqdim edir:. "Biz, 2014-cü il 2-3 oktyabr tarixlərində Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda iştira

Paşinyan cinayət məsuliyyətinə cəlb edilə bilər

Ermənistanın Baş Prokurorluğu ölkənin Baş naziri Nikol Paşinyanın cinayət məsuliyyətinə cəlb olunması tələbi ilə Milli Təhlükəsizlik Xidmətinə təqdimat göndərib. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, b


tezbazar yeni xeberler son xeberler azerbaycan xeberleri hava kriminal bugun bugunun xeberleri kriminal xeber