Unibank "Yaşıl layihələr"in dəstəklənməsi istiqamətində əməkdaşlığa başlayıb

Unibank Unibank yaşıl maliyyələşmənin təşkili və ICMA standartlarına uyğun "yaşıl istiqrazlar"ın emissiyası istiqamətində, AIFC Yaşıl Maliyyə Mərkəzi (Astana Beynəlxalq Maliyyə Mərkəzi) ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq 2024-cü il üçün Bankın strateji inkişaf prioritetlərindən olan "ESG" (Ətraf mühit, Sosial və İdarəetmə) istiqaməti üzrə layihələrin həyata keçirməsinə imkan yaradacaq. Unibank bu strategiyanın reallaşdırılması istiqamətində "yaşıl layihələr"in dəstəklənməsinə xüsusi diqqət yetirir. 
"Yaşıl istiqrazlar"ın emissiyası layihəsinin ikili əməkdaşlıq fonunda həyata keçirilməsində kapital bazarları istiqaməti üzrə konsultant və dəstəkçi qismində "Unicapital" İnvestisiya Şirkəti çıxış edəcək. "Yaşıl istiqrazlar"ın emissiyası Azərbaycanın maliyyə infrastrukturunun inkişafına töhfə verəcək və diqqəti ətraf mühitin mühafizəsinə yönəldəcək layihələrdəndir.
Beynəlxalq Kapital Bazarları Assosiasiyasının təsis etdiyi "yaşıl istiqrazlar" prinsiplərinə uyğun olaraq, emissiya vasitəsilə cəlb edilən vəsait ekoloji cəhətdən perspektivli layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.
Qeyd edək ki, 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. İl çərçivəsində istər dövlət, istərsə də özəl strukturlar bu istiqamətdə yeni layihələrin reallaşdırılmasında irimiqyaslı və innovativ addımlar atır. 
Belə layihələr qlobal təşkilatların da diqqət mərkəzindədir. İqlim dəyişiklikləri, eko sistemin pozulması və ekoloji çirklənmə kimi qlobal əhəmiyyətli problemlərin həllində dəstək göstərilməsi hər bir şəxsin mənəvi öhdəliklərindən hesab olunur.
Astana Beynəlxalq Maliyyə Mərkəzinin əsas fəaliyyət funksiyaları ölkənin iqtisadiyyatına investisiyaların cəlb olunmasına kömək  göstərmək, maliyyə sahəsinin, o cümlədən fond bazarının inkişaf etdirilməsi və beynəlxalq kapital bazarlarına inteqrasiya olunmasıdır. 
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. 30 ildən artıq uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.  
Unibank-Sənin Bankın! / azxeber.com


İqtisadiyyat     Baxılıb: 83   Tarix: 01 may 2024
f Paylaş

Xidmetler

Oxşar xəbərlər

Bakıda keçiriləcək "GSMA M360 Eurasia 2024" konfransına 2 gün qaldı

Azercell-in ev sahibliyi etdiyi "M360 Eurasia 2024" tədbirinə qeydiyyat davam edir. May ayının 15-i "GSMA M360 Eurasia 2024" konfransının açılışı baş tutacaq.  Bakıda ikinci dəfə Azərbaycan Respublikasını

Taleh Kazımov: 'COP29 Azərbaycana 'yaşıl' maliyyənin cəlb edilməsinə müsbət təsir göstərəcək

COP29 (BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası) Azərbaycanda dayanıqlı maliyyə ekosisteminin formalaşdırılmasına və xarici investorlar tərəfindən "yaşıl maliyyələşmə"nin cəlb edilməsinə müsbət təsi

Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır

Ölkənin birinci bankı Kapital Bankavtomobil sahibi olmaq istəyən müştərilərinəsərfəli fürsət təqdim edir. Rəsmi gəliri olan hər kəs 200 00 AZN-dəkavtomobil kreditini 5 il müddətinədək illik 12%-dən başlayan şərtlərlə əld

Avropa İnvestisiya Bankı və Bank Respublika arasında əməkdaşlıq müqaviləsi bağlandı

Müqavilə şərçivəsində Bank Respublika-ya ölkədə sahibkarların dəstəklənməsi məqsədilə 10 milyon avro həcmində kredit ayrılacaq. Avropa İnvestisiya Bankının (AİB) Avropa İttifaqı hüdudlarından kənarda fəaliyyətlərin maliyyələşdirilməs

Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir

Sahibkarların ehtiyaclarına uyğun həllər təqdim edən Yelo Bank-dan dahabir innovativ xidmət: Mobil POS. Bu yenilik sayəsində fiziki və hüquqi şəxslərənənəvi POS terminal olmadan bank kartları, smartfon və ya ağıllı saatlardanödəni

"EasyCep" Azərbaycanda fəaliyyətini genişləndirir - FOTOLAR

Yenilənmiş elektron cihazların satışı sektorunun liderindən olan və bu sahədə etibarlı tərəfdaş nüfuzuna sahib "EasyCep" şirkəti Azərbaycanda özünün ilk mağazasını açmaqla qlobal miqyasda genişlənmədə növbəti mühü

Tıxaclara əlvida! - Nərimanovda yeni yol və tunel çəkilir

Xəbərverdiyimiz kimi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı şəhərininsürətli inkişafı təmin etmək məqsədilə yeni avtomobil yolunun tikintisinəbaşlayıb. Bu layihə Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektin

Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır

Yelo Bank-ın sevimli Yelo kart məhsulu təqdim etdiyi üstünlüklərlədiqqətləri öz üzərinə çəkməyə davam edir. xəbər verir ki, xərclərindən və kart balansındangəlir qazanmaq istəyirsənsə, Yelo kart tam sənlikdir. Kartın əsa

Deputatdan müjdə: Maaşlarda ikirəqəmli artım gözlənilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin minimum əmək haqqının artırılması ilə bağlı təkliflərini hazırlayaraq noyabrın 1-dək təqdim edəcəyi gözlənilir. Bəs minimum əmək haqqı nə qədər arta bilər?. xəbər verir ki, bununl


tezbazar azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbər bugünki xəbərlər kriminal xeberler cəbhədən son görüntülər