"100 dollar götürdük, çox utanırdım" - Emindən maraqlı etiraf
Xalq Artisti Emin Ağalarov şəxsi instaqram hesabında uşaqlıq illəri ilə bağlı hər kəsi təəccübləndirən etiraf edib.
azxeber.com xəbər verir ki, sənətçi uzun illər vicdan əzabı çəkdiyi bir hadisəni izləyiciləri ilə bölüşərək, gənc yaşlarında atasının pulqabından xəbərsiz pul götürdüyünü bildirib.
E. Ağalarov həmin anları bu sözlərlə xatırlayıb:
"Bax beləcə xırda bir oğruya çevrildim... Hər zaman utanc hissi ilə xatırladığım bir hərəkətdir. Amma bir epizod var idi, bu yaxınlarda atama da bu haqda danışdım. O, həmişə işdən gələndə pulqabını girişdəki servantın üzərinə qoyardı. Həmin vaxt təxminən 15 yaşım olardı, uşaqlarla haradasa oturub vaxt keçirmək istəyirdik. Dostum mənə dedi ki, "ağlın olsun, orda pul çoxdur, hiss etməyəcək". Biz də oradan 100 dollarlıq əsginası götürdük...
Amma bu əməl məni rahat buraxmırdı, içimi yeyirdi. Doğrudur, heç nə hiss etmədi, məbləğ də böyük deyildi, amma çox utanırdım. Sonra atamın yanına gəlib dedim: "Ata, sənlə danışmaq istəyirəm". Soruşdu ki, nə etmisən? Dedim ki, pulqabından 100 dollar götürmüşəm, sənə deməmişəm, faktiki olaraq oğurluq eləmişəm. Atam gülüb dedi: "Niyə belə az götürdün? 100 dollar çatdı sizə? Nəyə xərclədiniz?" Dedim ki, uşaqlarla oturub yeyib-içmək istəyirdik. "Yaxşı eləmisiniz" dedi. Soruşdum ki, məndən incimədin? Dedi "yox".
Bu, həyatımda ilk və sonuncu belə epizod oldu. Amma bu hadisə məni düşünməyə sövq etdi. İndi uşaqlarımla bu mövzuda danışanda başa salıram ki, nə lazımdırsa, həmişə verəcəyəm. Amma mənim arxamca, gizlin iş görülməsin. O vaxt isə mənə bunu heç kim izah etməmişdi, başa salan yox idi".

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto