1000 kilometrə qədər yayılır: Hava küləklidirsə, daha tez— Radiasiya ilə bağlı qorxunc proqnoz

1000 kilometrə qədər yayılır: Hava küləklidirsə, daha tez— Radiasiya ilə bağlı qorxunc proqnozRegionda artan hərbi gərginlik fonunda nüvə obyektlərinin hədəfə alınması ilə bağlı yayılan məlumatlar narahatlıq doğurur. Xüsusilə İranın Buşehr nüvə elektrik stansiyası ətrafında baş verən hadisələr radiasiya təhlükəsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Son açıqlamalara görə, Buşehr ətrafına endirilən zərbələr aktiv nüvə obyektinə yaxınlığı səbəbilə potensial radioaktiv sızma riskini artırır. İran rəsmiləri bu hücumların davam etməsinin region üçün "ciddi radioloji təhlükə" yarada biləcəyini vurğulayır və beynəlxalq qurumları vəziyyətə dərhal reaksiya verməyə çağırır.
KONKRET.az bildirir ki, mövzu ilə bağlı radioloq Eldar Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, radiasiya sızmasının yayılması birbaşa qəzanın miqyası və növü ilə əlaqəlidir:
"Əgər yalnız texniki nasazlıq və ya kiçik zədələnmə baş verərsə, radiasiya əsasən obyekt daxilində və yaxın ərazilərdə, təxminən 10-30 km radiusda məhdud qalır. Daha ciddi hallarda, məsələn soyutma sisteminin sıradan çıxması zamanı radioaktiv maddələr atmosferə qalxaraq 100-300 km məsafəyə qədər yayıla bilər. Ən ağır ssenarilərdə isə, yəni reaktorun ciddi zədələnməsi və ya əriməsi halında radioaktiv bulud min kilometrlərlə məsafə qət edə bilər, lakin bu zaman uzaqlaşdıqca təsirin gücü əhəmiyyətli dərəcədə zəifləyir. Radiasiyanın yayılmasında əsas rolu meteoroloji şərait oynayır və xüsusilə küləyin istiqaməti həlledici faktordur. Azərbaycanın Buşehrə olan məsafəsi təxminən 1000 km-ə yaxındır və bu, riskin qiymətləndirilməsində mühüm amildir".
O bildirib ki, yüksək dozalı radiasiya təsiri ehtimalı praktik olaraq çox aşağı hesab olunur:
"Yalnız çox ağır qəza və uyğun olmayan külək istiqaməti üst-üstə düşərsə, zəif səviyyəli radioaktiv izlərin regiona çatması nəzəri olaraq mümkündür. Belə bir halda risk daha çox kəskin deyil, uzunmüddətli xarakter daşıyır. Bu, əsasən torpaq, su və qida zəncirində radioaktiv maddələrin yığılması ilə bağlı ola bilər. İnsan sağlamlığı üçün isə bu cür aşağı dozalar illər ərzində müəyyən xəstəlik risklərini cüzi şəkildə artıra bilər, lakin bu təsirlər dərhal hiss olunmur. Hazırkı vəziyyətə əsasən bölgədə hər hansı radiasiya artımı qeydə alınmayıb və real təhlükə mövcud deyil".

Hadisə       Tarix: 09 aprel 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə araşdırması davam edir. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasd

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə zamanı rayonun Heydər Əliyev prospektində olub. Belə ki, "Kia" markalı avtomobil ilə "VAZ-2106" markalı avtomobil toqquşub. Hadis

Meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi

Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiyası edilən Tovuz sakini vəfat edib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlu

Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-nin mətbuat xidmətində

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə

Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var

Bu gün saat 16 radələrində paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. -ya istinadən xəbər verir ki, Əhmədli metrostansiyasının qarşısında "BMW" və "Hyundai" markal

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq Türkiyənin 7 vətəndaşına qarşı cinayət işi açıb ki, onlardan da biri Fateh Tezcandır. -a istinadən xəbər verir ki, Fateh Tezcan 1976-cı ildə İstanbulun Bakırköy rayonunda anadan olub


azerbaycan xeberleri yeni xeberler son xeberler azerbaycanda son xeberler apa.az xeberler bugünkü son xəbərlər maşın realiti şou