"16 fevraldan tələbə ilə əlaqə saxlaya bilmədik" - Öldürülən tələbə ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, 70 gün öncə itkin düşən Cəlilabad rayonu, Muğan kənd sakini, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dördüncü kurs tələbəsi Könül Ramin qızı Ağayevanın Lənkəranda evin zirzəmisində meyiti aşkar edilib. Məlum olub ki, Könül amansızcasına qətlə yetirilərək basdırılıb.
Könül Ağayevanın oxuduğu Pedaqoji Universitetinin Cəlilabad filialından KONKRET.az-a bildirilib ki, tələbə 16 fevraldan dərslərə gəlməyib və onunla əlaqə saxlamaq mümkün olmayıb:
"Tələbə yanvarda imtahanlarda iştirak edib. Lakin imtahanlardan sonra – ikinci semestrdə dərsə gəlməyib artıq. 4 dənə kəsri var idi, alt qrupda oturmalı idi. İkinci semestr başlayandan – 16 fevraldan bu tələbə ilə əlaqə saxlaya bimədik. Dərslərdə də qaib yazılırdı".
Qeyd edək ki, ilkin məlumatlarda 22 yaşlı Könül Ağayevanın işləmək məqsədilə Lənkərana gəlməsi, bu ilin martın 2-dən itkin düşdüyü bildirilib. Hazırda Lənkəran rayon Prokurorluğu hadisəni törədən şəxsin və ya şəxslərin müəyyən edilməsi istiqamətində araşdırma aparır. (metbuat.az)

Hadisə       Tarix: 15 may 2024
f Paylaş

Oxşar xəbərlər

Bakıda dava: 33 yaşlı kişi bıçaqlandı

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaqlanıb. teleqraf-a istinadla xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində baş verib. Belə ki, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev onun ünvanın qeyri eti

İzmirdə zavodda baş verən güclü partlayışda 16 nəfər öldü

Türkiyənin İzmir vilayətinin Əliağa rayonunda yerləşən dəmir-polad zavodunda baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb. xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilə

"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü

Qazaxda "KamAz"ı dəmir maneələrə çırpan sürücü ölüb. KONKRET.azxəbər verir ki, hadisə rayonun Yuxarı Daşsalahlı kəndində qeydə alınıb. Belə ki, 1961-ci il təvəllüdlü İsmayıl Məmmədov "KamAz" markalı avtomobil

Yardımlıda məktəb direktoru vəfat etdi

Yardımlıda vəzifəli şəxs vəfat edib. -a istinadən xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illə

Bakıda kişi evində ölü tapıldı

Bakı sakini evində ölü halda tapılıb. -ınxəbərinə görə, hadisə Binəqədi rayonu, A.Məmmədov küçəsində baş verib. 44 yaşlı Ramil Rafiq oğlu Tağıyevin meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb

Mingəçevirdə yük maşını bataqlıqda batdı

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Mingəçevir su anbarı yaxınlığında yük avtomobilinin bataqlıqda batması və vətəndaşların çətin keçilən ərazidə köməksiz vəziyyətdə qalması barəd

Naxçıvanda gənc əsgər naməlum şəraitdə öldü

Naxçıvanda hərbi xidmət keçən gənc əsgər naməlum şəraitdə ölüb. -a istinadla xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun oktyabr çağırışlı hərbi qulluqçusu Elnar Tağıyev buraxılışda olarkən Naxçıvan şəhərində yerləşən Sahi

Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü

Cəlilabadda azyaşlını yüksək hərarətdən qıcolma tutub. xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 10 yaşlı A. Y. yüksək hərarət səbəbilə qıcolma keçirib və o, dünyasını dəyişib. Faktl

İmişlidə yol qəzası oldu, ölənlər var

İmişli rayonunda yük və minik avtomobilləri toqquşub. KONKRET.azazərtac-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Telişli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb


azerbaycan xeberleri son xeberler yeni xeberler hava haqqinda cəbhədən xəbərlər qarabag cəbhədən son məlumat