16 yaşlı oğlan ad günündə faciəvi şəkildə öldü
Türkiyədə yeniyetmə öz ad günündə faciəvi şəkildə ölüb.
KONKRET.az xəbər verir ki, hadisə gecə saatlarında Antalyanın Kəpəz qəsəbəsində, Ulubatlı Həsən prospekti ilə Müftü Talat Əfəndi prospektinin kəsişməsində baş verib.
Məlumata görə, ad günü olan və 16 yaşı tamam olan Məhəmməd Durmaz qohumu, 15 yaşlı Həmzəgilə həm ad gününü qeyd etmək, həm də Qurban bayramı münasibətilə qonaq gedib.
Gecə saatlarında Məhəmməd qohumu Həmzənin idarə etdiyi motosikletlə evə qayıtmaq üçün yola düşüb. Motosiklet kəsişmədə yoldakı çuxura düşərək idarəetmədən çıxıb.
Nəticədə sürücü və sərnişin yola yıxılıb, motosiklet isə bir neçə dəfə aşaraq metrlərlə uzaqda dayanıb. Arxa oturacaqda sərnişin kimi əyləşən Məhəmməd Durmaz tarazlığını itirərək əvvəlcə yol ayırıcısına, daha sonra isə işıq dirəyinə çırpılıb.
Hadisəni görən şəxslərin məlumatı əsasında əraziyə polis və təcili tibbi yardım briqadaları göndərilib. Hadisə yerinə gələn həkimlər yoxlama zamanı Məhəmməd Durmazın öldüyünü müəyyən ediblər.
Araşdırma aparılır.//lent.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA